Persil Persil-Premium

Paltar və tekstil məmulatlarından qəhvə və ya çay ləkələrini necə təmizləmək

Bütün dünyada çay və qəhvə əsas qida məhsulları siyahısına daxildir. İş gününə başlamadan öncə səhər-səhər içilən bir fincan isti qəhvənin verdiyi ləzzəti, yaxud bir fincan çobanyastığı çayı ilə istirahətinizi, adi bir ehtiyatsızlıq - üzərinizə dağılan çay və ya qəhvə - poza bilər.

Bu gümrahlandırıcı içki (espresso, yaşıl çay və ya qara çay) ləkələrinin paltarlardan təmizlənməsi çətin deyil. Bunun üçün aşağıda qeyd edilənlərə riayət etmək lazımdır.

Paltar və tekstil məmulatlarının qəhvə və ya çay ləkələrindən təmizlənməsi: mərhələli təlimat

Ləkəni təmizləməyə başlamazdan öncə, təmizləyəcəyiniz parça məmulatının üzərindəki etiketdə yazılmış məlumatla tanış olun. Daha sonra aşağıda təqdim olunmuş göstərişlərə riayət edin:

  1. Maye qalıqlarını silmək üçün ləkə olan nahiyəni, təmiz, quru bez və ya salfetlə qurulayın.
  2. Təmizlədiyiniz parça növünə uyğun olaraq Persil yuyucu vasitəsini seçin.
  3. Yuyucu vasitədən hansı miqdarda istifadə etmək üçün vasitənin üzərindəki  miqdara dair məlumatı diqqətlə oxuyun.
  4. Paltarın üzərindəki etiket göstəricisinə əsasən müvafiq rejimi  seçin.
  5. Ləkələnmiş hissəni Persil yuyucu vasitəsi ilə öncədən təmizləyin.
  6. Təmizlədiyiniz paltar və ya digər tekstil məmulatını  yuyaraq, soyuq suda yaxalayın.
  7. Ləkənin tamamilə təmizlənməsindən əmin olun.

Yuyucu vasitənin seçilməsi

  • Persil Kapsullar, Gel və ya Toz seçin

  • Paltarları ləkələrdən təmizləməyə başlamazdan öncə üzərindəki etiketdə yazılmış məlumatı diqqətlə oxuyun. Paltarın yuyulma üçün uyğun olmasından əmin olun. Yumaya məhdudiyyət olmadığı zaman ağ və açıq rəngli paltarlar üçün Persil Vernel Təravəti, Persil LavandaPersil Yaz Təravəti vasitələrindən istifadə edin. Lakin yumadan öncə bu paltarın oksigen əsaslı ağardıcı vasitəsilə yuyulması üçün məhdudiyyətin olmadığına diqqət edin. Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel Təravəti yuyucu vasitələrindən istifadə edin. Zərif növlü parçalardan olan paltarlar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə etmək tövsiyə olunur.

Əvvəlcədən təmizləmə

  • Ləkəni çıxarın

  • Rəngli paltarları ləkələrdən təmizləyən zaman, ilk öncə, paltarın rənginin dayanıqlı olduğunu yoxlayın. Həmçinin etiket üzərində qeyd edilən məlumatla tanış olun. Ləkənin üzərindəki maye qalığını təmiz bez ilə qurudun. Gel istifadə etdiyiniz zaman yuyucu vasitəni birbaşa ləkənin üzərinə əlavə edin və ehtiyatlı şəkildə yuyucu vasitəni parçaya hopdurun. 5 - 10 dəqiqə gözləyin. Ləkələr çətin təmizlənən və ya köhnə olduqda, Persil yuyucu vasitədən ilıq suya əlavə edərək, paltarları suda isladın.

Yuma

  • Yuduqdan sonra ləkəni yoxlayın

  • Qəhvə və ya yaşıl çay ləkələrinin təmizlənməsi üçün paltarları isladarkən soyuq sudan istifadə etmək lazımdır.

    Lakin yuyulma zamanı, etiketin üzərindəki müvafiq temperaturda yuma məqsədəuyğundur.

    Hansı maksimal temperaturun paltarınız üçün təhlükəsiz olduğunu öyrənmək üçün paltarın üzərindəki etiketi diqqətlə oxuyub.

  • Paltarı isladın

  • Bir çox hallarda ləkələr birinci yumadan sonra təmizlənir. Lakin, ləkələr tam təmizlənmədikdə, öncədən təmizləmə və yuma prosedurunu yenidən təkrarlamaq lazımdır.

Xüsusi növ paltar və parçaların qəhvə və ya çay ləkələrindən təmizlənməsi

Yuxarıda göstərilmiş tövsiyələr köynəklərin, şalvarların və ya döşəküzlərinin ləkələrdən effektiv şəkildə təmizlənməsində yardımçı olacaq.

Zərif parçalar isə xüsusi qulluq tələb edir. Poliester və ya pambıqdan olan köynəklər asanlıqla paltaryuyan maşında yuyulsa da, ipək və yun parçalardan olan məmulatları Laska xüsusi yuyucu vasitəsi ilə yumaq lazımdır.

Rəngli paltar və parçaların qəhvə və çay ləkələrindən təmizlənməsi

Persil yuyucu vasitəsindən və ya istənilən digər vasitədən istifadə etməzdən öncə, paltarın nəzərə çarpmayan yerinə az miqdarda yuyucu vasitə vuraraq, parça rənginin dayanıqlılığını yoxlamaq lazımdır. Etiket üzərindəki məlumatlarla da tanış olmağı unutmayın. Rəngli paltarların qəhvə ləkələrindən təmizlənməsi zamanı xüsusi olaraq bunun üçün nəzərdə tutulmuş Persil Color və ya Persil Color Vernel Təravəti vasitələrdən istifadə edin.

Qurumuş qəhvə və ya çay ləkələrinin təmizlənməsi

Qurumuş qəhvə və ya çay ləkələrini təmizləmək bir az çətindir. Ağ köynəyi və ya şalvarı qəhvə izlərindən təmizləmək üçün, paltarları əvvəlcədən bir saatlıq və ya daha çox müddətə Persil yuyucu vasitəsi ilə qarışdırılmış isti suda islatmaq lazımdır. Ğncədən təmizləməyə başlamazdan əvvəl, etiket üzərindəki məlumatlarla tanış olun. Ön təmizləmədən sonra paltarı yaxalayın və burada qeyd olunmuş təlimatlara uyğun olaraq yuyun.

Qəhvə və çay ləkələrinə qarşı xalq vasitələri

Qəhvə və çay ləkələrini təmizləmək üçün xalq üsulu təmizləmədən istifadə etməməyə çalışın. Persil yuyucu vasitəsindən fərqli olaraq, bu cür vasitələr ləkələrin çıxarılması üçün nəzərdə tutulmayıb və ləkə problemini daha da dərinləşdirə bilər. Parçaya spirtin hopdurulması zərif parçanın liflərini zədələyə bilər, hidrogen peroksid isə onun rəngini dəyişdirə bilər. Sirkədən istifadə isə, öz növbəsində, zaman keçdikcə paltaryuyanın rezin və plastik detallarına mənfi təsir göstərə bilər.

  • Qəhvə və çay ləkəsini çıxarmaq asanlaşdı!

  • Təsadüfən paltarınızda əmələ gələn ləkəyə görə gününüzün korlanmasına imkan verməyin! Paltarları çay və ya qəhvə ləkələrindən sürətli və effektiv şəkildə təmizləmək üçün yuxarıda qeyd olunmuş təlimatlara riayət edin.