Persil Persil-Premium

Qırmızı şərab ləkələrini necə təmizləmək olar

“Şam yeməyində bir qədəh şərab qədər rahatlıq verən heç nə yoxdur” - çoxları bu cür düşünür. Bir ehtiyyatsız hərəkət - və şərab ləkəsi artıq paltarın və ya süfrənin üzərindədir. Xoşbəxtlikdən, onu təmizləmək çox da çətin deyil, sadəcə bunu vaxtında etmək lazımdır. Bunun üçün aşağıda göstərilmiş tövsiyələrə riayət etmək lazımdır.

Şərab ləkələrinin növləri

Bir çox qırmızı şərab növü mövcudur. Pasta, steyk və ya qəlyanaltılarla istifadə etmək üçün hansı növü seçdiyinizdən asılı olmayaraq, təsadüfən dağılmış şərabın əşyaların üzərində dərin ləkə qoyması qaçılmazdır.

Qırmızı şərab ləkələrinin təmizlənməsi: mərhələli təlimat

Ləkəni təmizləməyə başlamazdan öncə, məmulatınız üzərində yazılmış məlumatla tanış olun. Daha sonra aşağıda təqdim olunmuş göstərişlərə riayət edin:

  1. Yuyulacaq parça növünə uyğun olaraq Persil yuyucu vasitəsini seçin.
  2. Şərab paltarın üzərinə töküldükdən sonra, yuyucu vasitəni mümkün qədər tez kirlənmiş sahəyə tətbiq edin (sürtmədən).
  3. Daha sonra məhsulun etiketində göstərilmiş yuyucu vasitənin lazımı miqdarına aid məlumatla diqqətlə tanış olun.
  4. Məhsulun və yuyucu vasitənin etiketlərində göstərilmiş məlumata əsasən yuma rejimini seçin.
  5. Əşyanı pambıq üçün yayarlı temperaturda yuyun və yaxalayın.
  6. Ləkənin tamamilə aradan qaldırılmasını yoxlayın.

Şərab ləkələrinin aradan qaldırılması üçün müvaviq yuyucu vasitəni seçin

  • Persil Kapsullar, Gel və ya Toz seçin

  • Paltarın yuyulması üçün səmərəli və düzgün yuyucu vasitədən istifadə edin. Qırmızı şərab ləkələrinin aradan qaldırması üçün Persil Vernel Təravəti, Persil LavandaPersil Yaz Təravəti yuyucu vasitə sıralarından olan yuyucu vasitələri ən yaxşı seçimdir. Amma paltarın yuyulmasından qabaq həmin əşyanın yuyulması üçün oksigen ağardıcın yararlı olduğunu yoxlamaq lazımdır. Rəngli əşyalar üçün isə Persil Color yaxud Persil Color Vernel Təravəti yuyucu vasitə sıralarından istifadə edin.

Ləkələrə qarşı ilkin təcili tədbir

  • Qırmızı şərab ləkəsini çıxarın

  • Parca şərab ləkələrini dərhal canına çəkir. Əgər Siz əşyanızı şərab ilə ləkələmisinizsə, o zaman həmin ləkəyə qarşı mümkün qədər tez lazımı qaydada tədbir görmək lazımdır. Ən əvvəl əşyanın etiketində göstərilmiş məlumatla tanış olmaq lazımdır. Daha sonra parça üzərindən şərabın artıq qalmış qalıqlarını yığmaq üçün ləkəni kağız dəsmal ilə qurutmaq lazımdır. Heç zaman ləkəni salfetin köməyi ilə sürtüb silməyə çalışmayın, məhz ona görə bu yolla siz problemi daha da çətinləşdirə bilərsiniz.

Əgər Siz geldən istifadə edirsinizsə, o zaman kirlənmiş sahəyə bi qədər yuyucu vasitəni tətbiq etmək lazımdır: ağ və açıq rəngli paltarlar üçün Persil Vernel Təravəti, Persil LavandaPersil Yaz Təravəti məhsullar sıralarından olan gellər yayarlıdır, rəngli paltarlar üçün isə Persil Color yaxud Persil Color Vernel Təravəti məhsullar sıralarından olan gellər gərəkdir. Yuyucu vasitəni parçaya yüngül hərəkətlə daxil edib 5-10 dəqiqə gözləmək lazımdır. Çətin çıxarılan ləkələrlə qarşılaşdığınız halda, paltarı Persil yuyucu vasitəli su məhlulunda bir-iki saat ərzində isladın. Hər halda ləkənin ilkin çıxarılmasından əvvəl geyim əşyanızın etiketində göstərilmiş məlumatla tanış olun.

Paltarın yuyulması

İlkin tədbir gördükdən sonra əşyanı Persil yuyucu vasitəsindən istifadə etməklə onun üçün yararlı temperaturda (parça növündən asılı olaraq) yuyun. Paltar yuyulmasına aid temperatur məhdudiyyətinini öyrənmək üçün geyim əşyanızın etikentində göstərilmiş məlumatla diqqətlə tanış olun.

Əşyalarda ləkələrin olub-olmamasın yoxlanılması

  • Yuduqdan sonra ləkəni yoxlayın

  • Ləkəni hər zaman ilk cəhddən aradan qaldırmaq mümkün olmadığına görə əşya yuyulduqdan sonra onu bir daha diqqətlə nəzarətdən keçirməyə unutmayın. Parçada gözə görünən ləkə izləri olduqda, paltarı heç bir halda qurutmayın, çünki həmin hərəkət problemi bir daha da çətinləşdirəcək. Bu halda əşyanı Persil yuyucu vasitəli su məhlulunda bir-iki saat ərzində islatmaq və sonradan yenidən yumaq lazımdır.

Xüsusi növlü geyim və parça əşyalarından qırmızı şərab ləkələrinin çıxarılması

Qırmız şərab ləkələrini süfrə, cins şalvar yaxud hər növ digər parçadan çıxarmaq zərurəti yarandıqda yuxarıda göstərilmiş və əksər parça növləri üçün səmərəli olan məsləhətlərə uyğun olaraq tədbir görün. Maşın yuyulması üçün yaramıyan geyim və ev məişəti halında isə, kirlənmiş sahəni yuyucu vasitəni köməyi ilə yuyub yaxalamaq və əşyanı açıq havada qurumağa qoymaq gərəkdir.

İncə yuma tələb edən parçaları, misal üçün ipək və yunu adətən paltaryuyan maşında yumaq olmaz. Bu halda Perwoll adlı xüsusi yuyucu vasitəsindən istifadə edin.

Ağ süfrədən və ev məişəti əşyalarından qırmızı şərab ləkələrinin çıxarılması

Ağ rəngli əşyalarda qırmızı şərabın görkəmi sanki qan ləkəsinə bənzərdir. Buna görə də əşyalarınızın bəziləri həmin içkidən zərər çəkibsə, o zaman dərhal tərbir görməklə mayenin parçanı həmişəlik rəngləməsinə yol verməmək gərəkdir. Yuxarıda göstərilmiş məsləhətlərə uyğun qaydada tədbir görməklə qırmızı şərab ləkələrini ağ köynək, cins şalvardan yaxud parçadan çıxarmaq mümkündür. Amma ləkənin aradan qaldırmasına başlamazdan əvvəl əşyanızın etiketində göstərilmiş məlumatla tanış olun.

Köhnəlmiş yaxud qurumuş şərab ləkələrinin aradan qaldırılması

Köhnəlmiş ləkəni parçadan çıxarmaq zırurəti yarandıqda yaxud Siz əşyanın tamamilə yuyulmuş olduğunu nəzarətdən buraxdığınız halda ruhdan düşmək lazımm deyil. Aşağıda göstərilmiş məsləhətlərə uyğun qaydada tədbir görsəniz Siz həmin problemin öhdəsindən gəlmiş olacaqsınız..

Ləkəni aradan qaldırmağa başlamazdan əvvəl əşyanızın etiketində göstərilmiş məlumatla tanış olun. Əgər Siz geldən istifadə edirsinizsə, o zaman kirlənmiş sahəyə bi qədər yuyucu vasitəni tətbiq etmək lazımdır: ağ və açıq rəngli paltarlar üçün Persil Vernel Təravəti, Persil LavandaPersil Yaz Təravəti məhsullar sıralarından olan gellər yayarlıdır, rəngli paltarlar üçün isə Persil Color yaxud Persil Color Vernel Təravəti məhsullar sıralarından olan gellər gərəkdir. Yuyucu vasitəni parçaya yüngül hərəkətlə daxil edib 5-10 dəqiqə gözləmək lazımdır. Çətin çıxarılan ləkələrlə qarşılaşdığınız halda, paltarı Persil yuyucu vasitəli su məhlulunda bir-iki saat ərzində isladın.

İlkin görülmüş tədbirdən sonra qabaqcadan seçilmiş Persil yuyucu vasitəsindən istifadə etməklə əşyanı onun üçün yararlı temperaturda yuyun. Əgər ləkə izləri gözə görükürsə, o zaman proseduru ən əvvəldən təkrarlayın.

Ləkələrin aradan qaldırılması üçün xalq üsulları

Biz tez-tez eşidirik ki, ləkələrin aradan qaldırılması üçün ləkələrə qarşı xalq mübarizə üsulları ideal bir vasitədir. Amma şərab ləkələri halında (və həmçinin əksər digər ləkələr halında) bu ən yaxşı bir problem həlli deyil. Həmin üsulların çox vaxt və səy aparmalarından başqa, onların səmərəliyi həmçinin aşağı səviyyədədir. Misal üçüm hidrogen peroksid geyiminizin rəngini zədələyə bilər. Buna görə də yalnız Persil yuyucu vasitələrindən istifadə edin, çünki onlar bilavasitə həmin məqsədlərin öhdəsindən gəlmək üçün yaradılmışdır.

  • Qan ləkəsini çıxarmaq asanlaşdı!

  • Bilmədən köynəyinizə yaxud divana qırmızı şərab tökmüsünüz? Yuxarıda göstərilmiş məsləhətlərdən istifadə edərək siz çətinlik çəkmədən ləkəni aradan qaldıracaqsınız.