Piy və yağ paltarda çox vaxt çətinliklə çıxarılan tünd ləkə qoyur. Bu cür paltar əşyanı piy ləkələrindən, xüsusən də təzə ləkələrdən azad etmək – Persil kimi düzgün yuyucu vasitəsini seçməklə həmin paltar əşyanı xilas etmək deməkdir.
Piy və yağ ləkələrinin aradan qaldırıımasında fərq
Ev şəraitində puy və yağ ən çox hallarda eyni məqsədlə istifadə edilir. (yeməyin hazırlanması, detalların yağlanması və sair). Amma zahiri görkəm üzrə onların arasında hər halda azca bir fərq var – belə ki, piy yarı bərk substansiya, yağ isə - maye bir maddədir. Həm piy, həm də yağ heyvan piylərindən alınır, amma yağ həmçinin bitkilərdən də istehdal oluna bilər. Bu fərqə baxmayaraq piy və yağın digər xüsusisyyətləri o dərəcədə oxşardır ki, onlarandan əmələ gələn ləkələri yeni üsullarla aradan qaldırılır.
Piy və yağ ləkələrinin növləri
Yağ ləkələrinin aradan qaldırılmasına başlamazdan əvvəl hansı maddəyə rast gəldiyinizi dəqiq bilməkç lazımdır: bitki, zeytun, kokos yağı yaxud yağlama yağı – bunların hamısı öz mətbəxinizdə tapa biləcəyiniz adi kulinariya inqrediyentləridir. Bundan başqa kərə və araxis yağı kimi ərzaq məhsulları həmçinin kulinariya yağlarına bənzər eyni növlü ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Losyon, vazelin və hətta saçlara qulluq edən müxtəlif məhsullar da paltarınızı ləkələyə bilər.
Piy və yağ ləkələrin çıxarılması. Addımbaddım təlimat
Şalvarınızdakı yağ piyini aradan qaldırmaq lazımdır? Köynəyinizdə yağlı ləkə əmələ gəlib? O, zaman aşağıdaki addımlara əsasən tədbir görün:
- Parçanın növü və rənginə əsasən ən uyğun Persil yuyucu vasitəsini seçin.
- Təmiz ağ parça ilə geyim əşyanızı qurudaraq piy yaxud yağ qalıqlarını silin.
- Vernel-dən təravət Gel yaxud Persil Color Gel yuyucu vasitəsi ilə rirlənmiş sahəni əvvəlcədən təmizləyin.
- Geyim əşyanızı ona üçün icazə olunan maksimal temperaturda yuyun.
- Ləkənin tamamilə aradan qaldırmağa nail olduğunuzu yoxlayın.
- Ehtiyac olduqda yuma prosedurunu yenidən təkrarlayın.
Düzgün yuyucu vasitəni nə cür seçmək olar
-
İlk növbədə tələb olunan Persil yuyucu vasitəsini seçin. Piy yaxud yağ ləkələrinin aradan qaldırılması üçün Persil Toz yaxud Persil Gel yuyucu vasitələrdən istifadə etmək daha səmərəlidir, parçaların ilkin təmizlənməsi üçün isə Persil yuyucu vasitəsindən istifadə etmək tövsiyə olunur. Ağ geyim əşyalarının yuyulması üçün Vernel-dən təravət Gel, Persil Color yuyucu vasitələri, rənglı parçalar üçün Vernel-dən təravət Gel, Persil Color, yun va ipək kimi incə davranış tələb edən parçalar üçün isə Perwoll yuyucu vasitəsini işlədin.
İlkin təmizləmə
-
Səliqə ilə salfetlə ləkəni qurudun
-
Yuyucu vasitəni ləkə üzərinə tədbiq etməzdən əvvəl piy yaxud yağ qalıqlarını imkan daxilində silin. Ləkəni bir təmiz ağ parça ilə qurudun. Bunun nəticəsində piy salfetə hoparaq geyim üzərində daha artıq yayılmayacaq.
Daha sonra kirlənmiş sahəni ilkin olaraq təmizləyin. Bunun üçün az miqdarda Vernel-dən təravət Gel (ağ geyim əşyaları üçün) yaxud Persil Color Gel (rəngli geyim əşyaları üçün) yaxud da Perwoll (incə davranış tələb edən parçalar üçün) vasitəsini parça daxilə səliqə ilə tədbiq edin və 5 dəqiqə ərzində gözləyin.
Yuma və yaxalama
Geyimlərdən ləkələrin səmərəli çıxarılması üçün geyim əşyalarını dərhal yumaq gərəkdir. Geyim əşyanı müvaviq yuyucu vasitədən, o cümlədən Vernel-dən təravət Gel (ağ geyim əşyaları üçün) yaxud Persil Color Gel (rəngli geyim əşyaları üçün) istifadə etməklə və geyim əşyası üçün icazə olunan maksimal temperaturda yuyun (ilk növbədə əşyanın daxili tərəfindəki etiketdə göstərilmiş istehsalçının həmin əşyaya qulluq etmə üzrə təlimatla tanış olun) və daha sonra çox kirri əşyaların təmizlənməsi üzrə təlimatlara riayət edin.
Geyim əşyalarında piy yaxud yağ ləkələrinin olub-olmamasının yoxlanılması
-
Yuduqdan sonra ləkəni yoxlayın
-
Yuyulmuş paltarlar üzərində ləkə izləri qaldıqda onu qurutmağa tələsməyin. Bu yalnız problemin şiddətlənməsinə gətirib çıxara bilər. Bunun əvəzinə yuyucu vasitəsinin köməyi ilə ilkin təmizləmə prosedurunu təkrarlayın və daha sonra geyim əşyasını yenidən yuyun. Çətin çıxarılan yaxud kök salmış ləkələr halında geyim əşyanı yuyucu vasitəsi ilə hazırlanmış məhlulda bir yaxud daha artıq saat ərzində islatmaq və daha sonra yumanı yenidən təkrarlamaq lazımdır. Kirlənmiş əşyanın yuyulması üzrə tələblərlə diqqətlə tanış olun (etiketdə göstərilmiş istehsalçının təlimatına baxın) və orada göstərilmiş tövsiyələrə hökmən riayət edin.
Yataq yaxud hamam parçalardan və digər parça növlərindən piy yaxud yağ ləkələrinin çıxarılması
Yuxarıda göstərilmiş tövsiyələr əsasında müxtəlif növlü geyim və parça növlərindən ləkələri aradan qaldırmaq olar, o cümlədən bluzkalardan, polo köynəklərdən, cins şalvarlardan, sviterlərdən, şortlardan, salfetlərdən və hətta mələfələrdən. Halbuki ipək və yun parçaları hallarlında son dərəcədə ehtiyatlı olmaq lazımdır. Bu halda yuma zamanı incə davranış tələb edən geyim əşyaları üçün nəzərdə tutulmuş Perwoll yuyucu vasitəsi köməyinizə gələcək.
Yalnız quru təmizləmə üçün yayarlı geyim əşyalarından ləkələri çıxarmaq zərurəti yarandıqda mütəxəssislə məsləhətləşin. Təbii piy uducular yaxud digər ev vasitələrindən istifadə etməməyə çalışın! Həmin vasıtələrdən bəziləri son dərəcədə turşlu ola bilər və bu da öz növbəsində parçanın zədələnməsinə gətirib çıxara bilər.
Yuma və yaxalamadan sonra piyli ləkə izləri qalıb?
-
Yağ ləkələrini təmizləmək daha da asan oldu!
-
Siz yalnız geyiminizi quruducudan çıxararkən yağlı ləkəyə fikir vermdiniz?
Qurumuş piy yaxud yağ ləkənin çıxarılması xeyli dərəcədə çətindir, amma hər halda bunu etmək mümkündür. Bunun üçün ləkəni “canlandırmaq” məqsədi ilə kirlənmiş sahəyə az miqdarda piy tədbiq edin. Daha sonra ləkəni müvafiq ləkəaparanla təmizləmək, yumaq və təmiz olub-olmamasını yoxlamaq lazımdır. Ləkə izləri mövcud olduqda proseduru təkrarlayın.
Təslim olmayın! Piy yaxud yağ ləkələri geyiminiz üçün hökm deyil. Yuxarıda göstərilən tövsiyələr sizə həmin ləkələrdən tez biz zamanda azad olmağa kömək edəcək.