Persil Persil-Premium

Köhnə və qurumuş ləkələri necə təmizləmək olar

Ah bu ləkələr! Əlbəttə ki, ləkələrdən heç kim sığortalanmayıb. Gündəlik həyatımızda tez-tez müxtəlif ləkələrlə üzləşirik. Buna şalvarımızın üzərindəki boya, qələm və ya yemək ləkələrini misal göstərmək olar. Təəssüflər olsun ki, bəzən biz bu ləkələrin mövcudluğundan xəbərsiz olur və ya bu ləkələri unuduruq və nəticədə köhnə və qurumuş ləkələrlə üzləşirik.

Əlbəttə ki, köhnə və qurumuş ləkələrin təmizlənməsi çətin olsa da, eyni zamanda realdır.

Köhnə və quru ləkələri necə təmizləmək lazımdır

Deyin görək, köhnə və qurumuş qan, şokolad və ya kosmetika ləkələrinin paltarlardan təmizlənməsinin sirri nədədir?

Sirr sadəcə səbr və doğru yuyucu vasitələrin seçimindən ibarətdir. Hansı ləkənin təmizlənməsi önəmli deyil, ən əsası doğru yuyucu vasitənin və bir az zamanın olmasıdır.

Köhnə və qurumuş ləkələrin təmizlənməsi: ardıcıllıq

Qurumuş və köhnə ləkələrin təmizlənməsi üçün:

  1. İlk növbədə paltarın üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun.
  2. Paltarınıza müvafiq olaraq  Persil yuyucu vasitəsini seçin (parça və rəng).
  3. Bərkimiş ləkə qalıqlarını təmizləyin.
  4. Ləkə olan hissəni isladın.
  5. Müvafiq Persil vasitəsilə ləkə nahiyəsini öncədən təmizləyin.
  6. Yuyucu və təmizləyici vasitələrdən düzgün miqdarda istifadə etmək üçün müvafiq məlumatla tanış olun.
  7. Müvafiq paltaryuma rejimini seçin.
  8. Paltarları etiketin üzərindəki temperatura uyğun temperaturda yuyun.
  9. Ləkələrin təmizlənməsindən əmin olun.

Yuyucu vasitələrin seçimi

İlk öncə, qurumuş və köhnə ləkələr üçün düzgün Persil yuyucu vasitəsi seçilməlidir.

Ləkə nahiyəsinin öncədən təmizlənməsi

Qurumuş və köhnə ləkələrin təmizlənməsini asanlaşdırmaq üçün paltarlarınızı yuyucu vasitə əlavə edilmiş su qarışığında isladın. Bu ləkənin üst səthinin təmizlənməsinə kömək edəcək. Bundan sonra Persil yuyucu vasitəsini birbaşa ləkənin üzərinə əlavə edin və bir neçə dəqiqə gözləyin. Yuyucu vasitəni yuyun.

Yuma və yaxalama

Köhnə və qurumuş ləkələri qaynar suda deyil, isti suda yuyun. İsti su ləkələri daha da dayanıqlı edə bilər.

Ləkələrin təmizlənməsindən əmin olun

Yumadan sonra ləkələr təmizlənmədiyi halda, paltarları qurutma rejiminə qoymayın. Bunun əvəzinə paltarları yenidən isladaraq, öncədən təmizləmə və yuma proseslərini təkrar edin.

Köhnə və qurumuş ləkələrin xüsusi növ parçalardan və tekstil məmulatlarından təmizlənməsi.

Platarlarınızı yumadan öncə, hər zaman üzərindəki etiketdə avtomat yumanın münasib olduğunu yoxlayın. Satin, yun və ipək kimi bəzi parça növlərini əldə yumaq tələb olunur.  Əldə yuyulan paltarlar üçün ləkə təmizləyici və yuyucu vasitə kimi Laskadan istifadə edin.

Müxtəlif parça növlərində qurumuş ləkələr.

Pambıq və kətan kimi bəzi parça növləri daha məsaməli struktura malik olduqları üçün daha çox diqqət tələb edə bilərlər. Məsələn bu cür parçalardan qurumuş ləkələrin təmizlənməsi zamanı Persil vasitəsinin ləkə üzərində daha çox qalması tələb oluna bilər.

Paltarınızda qurumuş və köhnə ləkəyə rast gəldikdə məyus olmayın. Bir çox ləkələrin, hətta qurudulmadan sonra da  təmizlənməsi mümkündür.