Maraqla seriala baxarkən yatağınıza kartof çipsləri dağıtmaqla və ya qorxulu yuxulardan sizi tər basarkən təmiz döşəküzündə xoşagəlməz ləklərin qalması mümkündür. Lakin bu ləkələri təmizləmək olar. Bir neçə məsləhət və siz bir çox ləkələrdən qurtula bilərsiniz.
Döşəküzünün üzərindəki ləkə növləri
Döşəküzülərinizi istənilən ləkə korlasa da, ən çox yayılmış ləklərə tər, qan və yağ ləklərini misal göstərmək olar. Ləkənin hansı səbəbdən düşməsi önəmli deyil – ləkənin tez təmizlənməsi üçün dərhal hərəkətə keçmək lazımdır.
Döşəküzündən ləkələrin təmizlənməsi: ardıcıllıq
Yuxudan ayıldıqda, döşəküzündə ləkə aşkarlamısınızsa nə etmək lazımdır?
- İlk növbədə yataq dəstinin üzərindəki etiketdə qeyd edilən məlumatla tanış olun.
- Döşəküzünün rəngindən asılı olaraq Persil yuyucu vasitəsini seçin.
- Seçilmiş yuyucu vasitə ilə ləkə nahiyəsini öncədən təmizləyin.
- Döşəküzünü yuyun və yaxalayın.
- Ləkənin təmizlənməsindən əmin olu.
Yuyucu vasitənin seçilməsi
Ləkəni təmizləmədən öncə yataq dəstinin üzərindəki etiketdə avtomatik yumanın münasib olduğunu yoxlayın. Bəzi nazık parçalar daha çox diqqət tələb edir. Bu cür dəstlər üçün effektiv və təhlükəsiz vasitə Perwoll olacaq. Rəngli döşəküzlərindən ləkələri təmizləmək üçün Persil Color və ya Persil Color Vernel Təravəti istifadə edin. Ağ dəstlər üçün Persil Vernel Təravəti, Persil Lavandа və ya Persil Yaz Təravəti istifadə edilməlidir.
Öncədən təmizləmə
Ləkənin üzərindəki maye qalığı və kir hissəciklərini təmizləyin. İç üzündən soyuq su ilə yuyun, sonra isə üz tərəfinə Persil yuyucu vasitə əlavə edin. Bir neçə dəqiqə gözləyin, sonra isə yaxalayın.
Gecikdirmədən yuyun
Temperatur dərəcəsi ləkənin və parçanın növündən asılıdır. Hər bir halda dəstin üzərindəki etiketdə qeyd edilmiş məlumatla tanış olun. Tər, qoltuqaltı ləkələr və həmçinin yağ ləkələri zamanı parça üçün təhlükəsiz olan temperatur rejimi seçin. Qan ləklərinin təmizlənməsi zamanı soyuq sudan istifadə etmək lazımdır. Əlbəttə ki, Persil yuyucu vasitələri hətta soyuq suda belə effektiv təsirə malikdirlər.
Yumadan sonra
Paltarları qurulamaya qoymadan öncə ləkələrin təmizlənməsindən əmin olun. Ləkələr təmizlənmədikdə yuxarıda qeyd edilənləri təkrar edin. Ləkələr təmizlənməmiş paltarlar qurudularsa, ləkələrin daimi ləkələrə çevrilmə ehtimalı ola bilər.
Rəngli döşəküzü və ya müxtəlif parçalardan ləkələrin təmizlənməsi
Ağ döşəküzündən qan ləkəsini təmizləmək üçün yuyucu vasitə kimi Persil Vernel Təravəti, Persil Lavanda və ya Pesril Yaz Təravəti məhsullarından istifadə edə bilərsiniz. Rəngli döşəküzüləri üçün Persil Color və ya Persil Color Vernel Təravəti istifadə edin. Bu vasitələri qarışdırmayın, belə ki, onlar müxtəlif parça növləri üçün nəzərdə tutulub.
Parçanın növündən asılı olaraq, siz döşəküzünü paltaryuyanda və ya əldə yuya bilərsiniz. Pambıq parçalar möhkəm olduğu üçün avtomatik yumaya və ləkə təmizlənməsinə dayanıqlı olurlar. İpək kimi zərif parçalar isə xüsusi Perwoll vasitəsilə yuyulmalıdır.
Xüsusi şərtlər: döşəküzlərində ləkələr
Döşəküzündə köhnəlmiş qan ləkəsini necə təmizləmək lazımdır?
Köhnəlmiş və qurumuş qan ləkələrini döşəküzündə təmizləmək üçün, döşəküzünü soyuq suda isladın. Belə ləkələr daha asanlıqla təmizlənəcək. Bir saat islaqda saxladıqdan sonra yuxarıda qeyd edilmiş öncədən təmizləmə bölməsində qeyd edilənləri tətbiq edin.
Qurumuş yaş ləkəsini necə təmizləmək lazımdır?
Təəccüblü olsa da, ləkənin təmizlənməsi üçün, ləkəni bərpa etmək lazımdır. Bunun üçün qurumuş ləkəyə bir az yağ əlavə edin. Ləkə bərpa olduqdan sonra, o nahiyəni öncədən təmizləyin və müvafiq temperatur rejimində yuyun.
Tər ləkələrinin və sarı qoltuqaltı ləkələrin təmizlənməsi.
Bu xoşagəlməz sarı tər ləkələrindən qurtulmaq üçün, döşəküzünü bir saat ərzində Persil yuyucu vasitə məhlulunda isladın. Sonra öncə təmizləməni yerinə yetirdikdən sonra, həmişəki qaydada yuyun.
Döşəküzünün üzərindəki tər, yağ və qan ləkələri sizi məyus edir? Bu tövsiyələrə riayət etməklə siz onları asanlıqla təmizləyə bilərsiniz.