Persil

Polister paltarlardan ləkələri necə çıxarmalı

Polister – möhkəm, etibarlı və uzunömürlü materialdır. Bu demək deyil ki, çirk üçün tüm nüfuzedici deyildir. Əgər sizin poliesterdən olan sevimli köynəyinizdə ləkə əmələ gəlibsə, bu problemi necə tez və effektiv həll etməyi öyrənin.

Poliester paltarlarda ləkələrin növləri

Öz sintetik təbiətinin sayəsində poliester çox asanlıqla təmizlənir və bir çox hallarda ləkələrin əmələ gəlməsinə qarşı müqavimət göstərir. Həqiqətdə, tər, dezodorant və su əsaslı bir çox maddələr (şirələr və çaxırlan) bu materialın sintetik lifləri tərəfindən itələnir, onun üzərində iz qoymur. Bundan əlavə poliester bir çox kimyəvi maddələr və hətta kifə qarşı dayanıqlıdır.

Buna baxmayaraq, elə substansiyalar vardır ki, bu cür parçanın üzərinə ləkə kimi düşür, məsələn piy və yağ. Bu maddələrin molekulları poliester liflərinə yapışır, bu isə bu cür ləkələrin çıxarılmasını çətinləşdirir.

Poliester paltardan ləkələrin çıxarılması: Addım-addım təlimat

Poliester paltardan ləkələrin çıxarılması üçün aşağıdakıları etmək lazımdır:

  1. Parçanın növü və rənginə müvafiq olaraq Persil yuyucu vasitəsini seçin.
  2. Fırçanın köməkliyi ilə bərk maddələrin qalıqlarını çıxarın.
  3. Çirklənmiş yeri təmiz parça ilə qurudun.
  4. Ləkəni xüsusi vasitə ilə əvvəlcə ovun.
  5. Həmin paltar üçün yolverilən maksimal temperaturda paltarı yuyun (paltarın tərs üzündə olan birkada informasiyaya baxın).
  6. Yuduqdan sonra paltarda ləkənin qalıb-qalmamasını yoxlayın

Yuyucu vasitə seçimi

Yuyucu vasitə seçimi bütövlükdə parçanın növündən və rəngindən asılıdır. Demək olar ki, həmişə poliester paltarlar rəngədayanıqlığı ilə fərqlənir. Ləkələrin çıxarılması üçün ən yaxşısı Persil Unieversaldan istifadə etməkdir. Bundan əlavə, əvvəlcədən əmin olmaq lazımdır ki, paltarları oksigen ağardıcısının tətbiqi ilə yumaq olar (paltarın tərs üzündə olan birkada informasiyaya baxın). Delikat qulluq tələb edən rəngli poliester paltarlar üçün Persil Color Gel istifadə edin. Ağ paltarların yuyulması üçün Persil Universal Gel idealdır.

Əvvəlcə ovma

Parçanın əvvəlcə ovulması üsulu çirklənmə növündən asılıdır. Bir çox hallarda əvvəlcə plastik qaşığın köməkliyi ilə paltarın üstündən bərk maddə qalıqları qaşınmalıdır, sonra isə ləkə təmiz ağ parça ilə qurudulmalıdır.

Az miqdarda Persil Universal və ya Persil Color Gel yuyucu vasitəsi birbaşa çirklənmiş sahəyə çəkilir, səliqə ilə parçaya yeridilir və bir neçə dəqiqə gözlənilir ki, maddə parçanın liflərinə hopsun. Sonra isə paltarı yuyun və yaxalayın.

Yuma və yaxalama

Paltarın tərs üzündə olan birkada informasiya ilə tanış olun və çox çirklənmiş paltarlar üçün göstərilən miqdarda yuyucu vasitəni yolverilən maksimal temperaturda yuyun (dozaya qablaşdırmada baxın).

Ləkələrin olmamasını yoxlayın

Paltarları quruducu maşına göndərməzdən əvvəl ləkə izlərinin paltarda qalıb-qalmamasını yoxlayın. Qeyri-qənaətbəxş nəticə olduğu zaman yuxarıda göstərilən proseduru təkrarlayın. Heç bir halda ləkəli paltarları qurutmayın, yoxsa problemi daha da dərinləşdirə bilərsiniz.

Poliester paltarlardan ləkələrin çıxarılmasının çətinlikləri

Baxmayaraq ki, poliester köynəklər, bluzlar, donlar və gödəkçələr öz uzunömürlülüyü ilə fərqlənirlər və onları  maşınla yumaq olar, bu o demək deyil ki, poliesterdən olan istənilən paltardan ləkələri çıxarma proseduru həmin addımları özündə ehtiva edir. Hərdən poliester paltarların tərkibinə digər parçaların lifləri də daxil olur, məsələn, ipək, yun və ya viskoz, bu isə bu cür materialın strukturunun dəyişməsinə səbəb olur. Yüksək möhkəmliyinə baxmayaraq, poliester daxil olmaqla kombinə olunmuş liflərlə olan parçalar ləkələrə qarşı o qədər də dayanıqlı olmaya bilər. Bundan əlavə, bu cür materialın tərkibində daha zərif liflərin olması delikat qulluq tələb edə bilər, məsələn, Perwoll vasitəsini istifadə etməklə əllə yuma tələb edə bilər.

Poliester paltarlardan quru ləkələrin çıxarılması

Ləkələr sizin paltarlarınızın daimi yoldaşı olmamalıdır. Əgər poliester paltardan qurumuş və ya köhnə ləkəni çıxara bilmirsinizsə, yuyucu vasitə həll olunmuş ilıq suda paltarı isladın. Bu adətən parçanın liflərini yumşaltmağa kömək edir və ləkəni “canlandırır”, bu isə xüsusi vasitələrin köməkliyi ilə onda əvvəlcə ovma prosedurunun aparılmasına imkan yaradır.

Poliesterdən olan sevimli köynəyinizi və ya pencəyinizi ləkələrdən xilas etmək istəyirsiniz? Sizi  təngə gətirən problemlərdən qurtulmaq üçün yuxarıda göstərilən məsləhətlərə riayət edin.

Bizimlə əlaqə