Persil

Paltarlardan və parçalardan xardal, ketçup və ya sous ləkələrini

Bizim çoxumuzun mətbəx rəflərimiz xardal, ketçup, barbekü üçün sous kimi müxtəlif ədviyyatlarla və souslarla doludur, hansılar ki, bizim sevimli ərzaqlarımızın siyahısında lider yerləri tuturlar, çünki bizim yeməklərimizi daha da dadlı edirlər. Eyni zamanda yeməklərdən aldığımız zövqlə birlikdə onlar gözlənilməyən ləkə formasında xoşagəlməz sürprizlər verə bilərlər. Əgər siz paltarınıza sous və ya xörək şirəsi tökmüsünüzsə, onu təmizləmək asan olmayacaqdır, aşağıdakı tövsiyyələrə riayət etmək lazımdır.

Ketçup, xardal və digər sous ləkələrinin növləri

Ləkəri çıxarmağa başlamazdan əvvəl, onun əmələ gəlməsi səbəbini araşdırmaq lazımdır. Bəzi hallarda bu problemin həllinə xüsusi yanaşma tələb olunacaqdır. Ən geniş yayılmış sousların siyahısında aşağıdakılar vardır:

  • Xardal
  • Ketçup
  • Tomat sousu
  • Spagetti üçün sous
  • İsti sous
  • Xörək sousu
  • Mayonez
  • Pasta üçün sous
  • Barbekü üçün sous
  • Marinara

Sous ləkəsinin çıxarılması. Addım-addım təlimat

  1. Paltardan sous qalıqlarını çıxarın
  2. Paltarı tərs üzünə çevirin və çirklənmiş sahəni soyuq su ilə yaxalayın.
  3. Parçanın növü və rənginə müvafiq olaraq Persil yuyucu vasitəsini seçin.
  4. Zəruri hallarda ləkəni əvvəlcə ovun.
  5. Paltarı onun üçün yolverilən maksimal temperaturda yuyun.
  6. Ləkənin tam çıxmasını yoxlayın.

Qalan sous ləkəsinin çıxarılması

Hansı sousu öz üzərinizə tökməkdən asılı olmayaraq, əvvəlcə onun qalıqlarını paltardan çıxarın. Sonra çirklənmiş paltarı tərs üzünə çevirin və çirklənmiş hissəni arxa tərəfdən soyuq su ilə yuyun. Bu paltardan ləkənin çıxarılması məsələsini yüngülləşdirəcək, çünki sous qalıqları parçaya nüfuz edən maddələri liflərdən çıxaracaqdır.

Yuyucu vasitənin seçilməsi

Parçanın növü və rənginə müvafiq olaraq yuyucu vasitəni seçin:

  • Ağ əşyalar üçün Persil Universal
  • Rəngli əşyalar üçün Persil Color Gel
  • Delikat qulluq tələb edən parçalar üçün və ya əllə yuma hallarında Perwoll istifadə edin.

Ləkələrin əvvəlcə ovulması

Yuma proseduruna başlamazdan əvvəl parçanı rənglərin davamlılığına görə yoxlayın. Sonra ketçup, xardal və ya digər sous ləkələrinin birbaşa üstünə Persil Universal və ya Persil Color Gel vasitələrini çəkin və bir neçə dəqiqə gözləyin ki, o, parçaya hopsun.

Yuma və yaxalama

Persil yuyucu vasitəsi həll edilən suda paltarı bir neçə dəqiqə isladın. Bundan sonra paltarı paltaryuyan maşına yerləşdirin, paltarın çox çirklənməsi hallarında göstərilən dozaya bərabər Persil dozasını əlavə edin.

Ləkələrin olmamasına görə paltarların yoxlanması

Yuma zamanı paltarları quruducu maşına yükləməzdən əvvəl, əmin olun ki, onların üzərində ləkə izləri qalmamışdır. Əgər paltar yuyulmayıbsa, həmin parça üçün yolverilən maksimal temperaturda yuma prosedurunu təkrarlayın (informasiya paltarın tərs üzündə birkada göstərilir).

Müxtəlif növ paltarlardan və parçalardan xardal, ketçup və müxtəlif sous ləkələrinin çıxarılması

Əgər siz köynəyinizdən xardal ləkəsinin və ya şalvarınızdan ketçup ləkəsinin çıxarılması problemi ilə rastlaşmısınızsa, yuxarıda göstərilən məsləhətlərə riayət edin, çox hallarda onlar sizə bu problemin öhdəsindən gəlməyə kömək edəcəkdir. Lakin ipək, atlas və ya yun kimi delikat qulluq tələb edən parçalarla işləyirsinizsə, əllə yuma və ya paltardan ləkələrin çıxarılması üçün Perwoll istifadə edin. Ola bilsin ki, yuma prosedurunu dəfələrlə təkrarlamalı olacaqsınız ki, ləkə tam getsin, əvəzində həmin vasitə sizin paltarlarınızın qayğısına qalacaq və onlara heç bir ziyan verməyəcəkdir. Pambıq və poliester kimi parçaları maşında yumaq daha yaxşıdır.

Xardal, ketçup və digər sousların çıxarılmasının çətin halları

Paltardan qurumuş ləkəni necə çıxarmaq məsələsinə görə baş sındırırsız? Əvvəlcə barbekü və ya xardal sousunun qalıqlarını qaşımağa cəhd göstərin, sonra isə birbaşa ləkənin üzərinə Persil Color Gel və ya Persil Universal vasitəsini tökün, onu səliqə ilə parçaya sürtün və bir neçə dəqiqə gözləyin. Bundan sonra paltarı Persil yuyucu vasitəsinin həll olunduğu isti suda 30 dəqiqə ərzində isladın, sonra isə adi rejimdə yuyun.

Rəngli paltarlardan ketçup, xardal və digər sous ləkələrinin çıxarılması

Sous ləkələri xüsusilə bəzi növdə, rəngdə olan paltarlardan onları çıxarmağın çətin olması ilə onunla məşhurdular. Həqiqi problemləri ağ paltarda ketçup və ya tomat sousunun ləkəsi və tünd paltarlarda mayonez ləkələri yaradır. Xardalın tərkibində təbii boya olan sarıkök var, ona görə də onun ləkəsini ağ köynəkdən çıxarmaq son dərəcədə çətindir. Xardal ləkələrindən xilas olmağın ən yaxşı üsulu-yuyucu vasitəni təzə ləkənin üzərinə tökmək və paltarı bacardığınız qədər tez yumaqdır.

Təsadüfən köynəyinizi və ya şalvarınızı sousla ləkələmisiniz? Ləkələrin sizin paltarlarınızı korlamağına yol verməyin! Yuxarıda göstərilən məsləhətlərdən istifadə edərək bu problemlərdən xilas olun.

Bizimlə əlaqə