Persil

Paltardan və parçalardan pas ləkələrini necə çıxarmaq olar?

Məişətdə biz tez-tez dəmir və polad əşyalarla – təsərrüfat ləvazimatından başlayaraq həyət mebelinə və hətta manqala qədər - rastlaşırıq və bu materiallar bizi hər yerdə əhatə edir. Əgər bu cür əşyaların səthinə boya çəkilməmişdirsə və ya xüsusi astarla örtülməmişdirsə, sıyrılıbsa və ya köhnəlibsə, onlar korroziyaya məruz qalır və bu səbəbdən pas əmələ gəlir.

Pas dəmir oksidindən ibarət olan maddədir, hansı ki, dəmirin su və hava ilə əlaqəsi nəticəsində əmələ gəlir. Bunun üçün çox su lazım deyil, havada rütubətin yüksək olması kifayətdir. Paltarlarınızı ləkələməmək üçün korroziyaya məruz qalan səthlərlə əlaqədən yayınmaq lazımdır, lakin bu həmişə mümkün deyildir. Buna görə də paltarda pas ləkəsi əmələ gəldikdə nə etməyin lazım olduğunu bilmək lazımdır.

Pas ləkələri haqqında bir qədər məlumat

Bu ləkələri çıxarmaq çox çətindir, çünki pas hissəciklərinin soyulan təbiətinə görə onlar asanlıqla yayılırlar. Beləliklə, kiçik bir ləkəcik böyük bir ləkəyə çevrilə bilər. Bəzi hallarda pas izlərinin tam çıxarılması mümkün olmur. Paltarda pas ləkəsi əmələ gəldiyi halda peşəkar kimyəvi təmizləmənin köməyinə müraciət etmək lazım olur ki, korlanan paltar xilas edilsin. Lakin bir çox hallarda siz aşağıdakı məsləhətlərdən istifadə edərək paltarda pas ləkərindən müstəqil xilas ola bilərsiniz.

Pas ləkələrinin çıxarılması: Addım-addım təlimat

  1. Yubanmadan hərəkət edin. Siz yumanı nə qədər tez başlasanız, paltardan ləkəni çıxarmaq ehtimalı bir o qədər yüksək olur.
  2. Parçanın növünə uyğun olaraq yuma və ləkəçıxarma üçün vasitələri seçin.
  3. İlkin olaraq ləkəni ovun.
  4. Yolverilən maksimal temperaturda paltarı yuyun və yaxalayın (paltarın tərs üzündə olan birkada informasiyaya baxın).
  5. Ləkənin tam çıxmasını yoxlayın.

Yuyucu vasitənin seçilməsi

Lazım olan yuyucu vasitənin və ləkəçıxaranın seçilməsi birbaşa parçanın rəngindən asılıdır. Ağ paltarlar üçün Persil Universal istifadə olunur. Rəngli paltarlar üçün Persil Color Gelə üstünlük verin.

Ləkələrin əvvəlcə ovulması

Pasın çətin çıxan və hopmuş ləkələrinin çıxarılması üçün xüsusi ləkəçıxaran tələb olunur. Bu cür vasitəni aptekdən almaq olar, lakin onu istifadə etməzdən əvvəl paltarın tərs üzündə olan birkada informasiya ilə tanış olmaq və ondan necə istifadə etməyə əmin olmaq lazımdır.

Yuma və yaxalama

Əvvəlcə paltarın tərs üzündə olan birkada informasiya ilə tanış olaraq paltarı yolverilən maksimal temperaturda yuyun. Rəngli parçalar üçün paltaryuyan maşında Persil Color Gel istifadə edin, ağ paltarlar üçün isə Persil Universal vasitəsi ideal dərəcədə uyğundur.

Əmin olun ki, ləkələr tam getmişdir

Əgər yumadan sonra paltarın üzərində pas ləkəsi qalıbsa, proseduru yenidən təkrarlayın. Heç bir halda ləkə izləri olan paltarları qurutmayın, yoxsa onlar parçanın liflərinə daha möhkəm oturacaqlar.

Xüsusi növ paltarlardan və parçalardan pas ləkərinin çıxarılması

Bəzi parçaları delikat quruluşuna görə və ya çox böyük ölçüsünə görə avtomat yumaya məruz qoymaq olmaz. Bu hallarda paltarları əllə yumaq lazımdır və bu zaman sizə Perwoll vasitəsi kömək edəcəkdir.

Ağ paltardan pas ləkəsini necə çıxarmalı?

Ağ paltardan pas ləkəsini necə çıxarmaq lazım olduğunu necə bilmək olar? Ağ köynəkdə və ya şalvarda bu cür ləkələrdən xilas olmaq üçün çox qüvvə sərf etmək lazımdır, lakin bu problem həll olunandır. Yuxarıda göstərilən tövsiyyələrə riayət edin, sonra isə paltarda pas ləkəsi izlərinin qalıb-qalmamasını yoxlayın. Ola bilsin ki, ləkədən xilas olmaq üçün sizdən çirklənmiş sahəni əvvəlcə ovmaq lazım olacaq və əşyanı bir neçə dəfə yumalı olacaqsınız. Ləkə itdikdən sonra köynəyi yolverilən maksimum temperaturda yuyun (paltarın tərs üzündə olan birkada informasiyaya baxın).

Paslı skamyaya oturarkən və yaxud əlinizdə paslı bağ xəkəndazı apararkən təsadüfən paltarınızı ləkələmisiniz? Əgər sizin paltarınıza pas ləkəsi “hücum edibsə” dərhal hərəkətə keçin. Yuxarıda göstərilən tövsiyyələrdən istifadə edin və əmələ gələn problemdən xilas olun.

Bizimlə əlaqə