Persil

Paltarlardan və parçalardan dekorativ kosmetika və pomada ləkələrini necə çıxarmaq olar

Siz makiyajınızın dayanıqlı olması və bütün gün ərzində tər qalması haqqında xəyal edirsiniz, əvəzində isə paltarınızın ən görünən yerində kosmetika ləkəsiylə qarşılaşırsınız. Köynəyinizi çıxararkən, siz onu təsadüfən pomada ilə ləkələyə bilərsiniz. Və ya kədərli filmə baxarkən, siz emosiyalara qapılırsınız və ağlayırsınız, tuş isə satqıncasına sizin kirpiklərinizdən aşağı axır və paltarınızda öz izini qoyur. Əgər siz əşyalarınızı kosmetika ilə ləkələmisinizsə, dərhal ləkələri çıxarmalısınız. Beləliklə, siz nəyi bilməlisiniz?

Kosmetika və pomada ləkələrinin növləri

Paltarda ləkələrin əmələ gəlməsi səbəbi istənilən dekorativ kosmetika ola bilər. Onlardan vəziləri:

  • Pomada
  • Tonal krem
  • Dodaqlar üçün məlhəm (balzam)
  • Kirpiklər üçün tuş
  • Dodaq üçün parıltı
  • Ənlik

Hətta bəzi gigiyena vasitələri də əşyalarda ləkə qoya bilər, xüsusilər əgər onlar yağların əsasında istehsal olunmuşdursa, və ya tərkibində boya varsa.

Kosmetika və pomada ləkələrinin çıxarılması: Addım-addım təlimat

Beləliklə, paltarlardan və əşyalardan kosmetika ləkələrinin uğurla çıxarılmasının sirri nədən ibarətdir?

  1. İlk əvvək Persil yuyucu vasitəsini düzgün seçmək lazımdır (ləkələnən əşyanın növü və rənginə müvafiq olaraq)
  2. Sonra parçanın ləkələnmiş hissəsinin üzərinə Persil Universal və ya Persil Color Gel çəkərək, onu əvvəlcə ovmaq lazımdır
  3. Bundan sonra maksimal yol verilən temperaturda əşyanı yumaq lazımdır.
  4. Ləkənin tam getməsini yoxlayın.

Yuma və ləkələri çıxarma üçün uyğun vasitəni seçin

Ağ paltarlardan kosmetika və pomada ləkələrinin çıxarılması üçün Persil Universal, rəngli paltarlar üçün isə - Persil Color Gel idealdır. Delikat yuma tələb edən paltarlar üçün Perwoll istifadə edin.

Ləkələrin əvvəlcə ovulması

Paltarı yuyucu maşına yükləməzdən əvvəl, onun üzərində ləkəni əvvəlcə ovun. Problemli hissəyə az miqdarda Persil Universal (ağ paltarlar üçün) və ya Persil Color Gel (rəngli paltarlar üçün) çəkin, onu səliqəli şəkildə paltara sürtün və 5 dəqiqə gözləyin.

Paltarların yuyulması

Paltarları yolverilən maksimal temperaturda yuyun (istehsalçının informasiyasına baxın). Dərhal ləkənin çıxaırlmasına başlamaq lazımdır, əks halda o parçaya hopa bilər.

Əşyalarda ləkələrin olmamasının yoxlanması

Paltarın üzərində yumadan sonra ləkələrin qalmasını yoxlayın. Zəruri hallarda ləkəni təkrarən Persil vasitəsi ilə ovun və sonra paltarı yenidən yuyun.

Hamam və ya yataq dəyişəklərindən və digər parçalardan kosmetika və pomada ləkələrinin çıxarılması

Əgər siz ipək və ya yun parçalardan olan paltarlarınızı kosmetika ilə ləkələmisinizsə, aşağıdakı məsləhətlərə riayət edin.

Kosmetika və ya pomada izləri və xüsusi parça növləri

Əgər köynəyinizdə kosmetika və ya pomada ləkəsi düşübsə, onu yuxarıda göstərilən tövsiyyələri yerinə yetirərək çıxarmaq çətin deyildir.

Lakin əgər siz xalçadan, divan örtüyündən və ya yuyucu maşınlarda yuyulması qeyri-mümkün olan istənilən digər materialdan ləkələrin çıxarılması problemi ilə rastlaşmısınızsa, alternativ həll tapmaq lazımdır. Bu halda yuma üçün Persil Universal Gel və ya Persil Color Gel vasitələrindən istifadə edin, az miqdarda yuyucu vasitədən ləkəyə çəkin, sonra isə onu soyuq su ilə yuyun və nəm yeri təmiz ağ parça ilə qurudun. Bu yumadan yayınaraq ləkədən xilas olmağa kömək edəcəkdir.

Müxtəlif parçalarda kosmetika və pomada ləkələri

Poliester və pambıq kimi bərk, möhkəm parçalardan pomada və ya kosmetika ləkələrini çıxarmaq çətin deyildir. Lakin yadda saxlamaq lazımdır ki, bəzi parçaları (ipək və yun) avtomat yumaya məruz qoymaq olmaz. Bu halda ən yaxşısı Perwoll istifadə edərək əllə yumaya müraciət etməkdir.

Kosmetika və ya pomada ləkələrinin çıxarılmasının çətinlikləri

Yumadan sonra paltarda kosmetika və pomada ləkəsinin qalmasını hiss etməmisiniz və paltarları quruducu maşına yükləmisiniz? Təslim olmağa dəyməz. Daha bir şans var. Ləkənin çıxarılmasına başlamazdan əvvəl, hansı dekorativ kosmetika vasitəsinin ləkənin əmələ gəlməsi səbəbi olduğunu aydınlaşdırmaq lazımdır. Göz qapaqları üçün ten, ənlik və ya kirşan növlü tozabənzər maddələri yapışqan lent vasitəsilə çıxarmaq olar. Bir parça skotçu problemli hissəyə yapışdırın, sonra isə birdən onu parçadan qoparın. Proseduru o vaxta qədər təkrarlayın ki, parçanın səthində zərrələr yığılmasın. Kirpik üçün tuş, göz üçün boya, tonal krem və pomadanın ləkələri olduğu halda Persil Universal və ya Persil Color Gel istifadə edin.

Ağ paltardan kosmetika və ya pomada ləkəsini necə çıxarmaq olar?

Ağ köynəkdən ləkələrin çıxarılması problemi ilə rastlaşmısınız? Və ya əşyanı pomada və ya ənliklə ləkələyərək nə etmək lazım olduğuna əmin deyilsiniz?

İlk əvvəl ləngiməyin və dərhal işə başlayın. Əşyanı soyuq suda yaxalayın, bu parçanın səthindən kosmetik vasitə qalıqlarını çıxarmağa imkan yaradır. Sonra yuyucu vasitəni təmiz parça salfetin üzərinə çəkin və onunla əşyanı isladın. Ləkəni sürtməyin! Bu onun parça üzərində dağılmasına və daha böyük olmasına gətirib çıxarır. Ağ ləkələrin tünd parçalardan çıxarılması üçün də bu qaydalara əməl etmək lazımdır.

Kosmetika ləkələrinin çıxarılması üçün xüsusi yuyucu vasitələrin istifadə olunması

Paltardan kosmetika ləkələrinin çıxarılması üçün evdə hazırlanan və təbii ləkəçıxaranların köməyinə müraciət etməyin. Spirt və ya ağlıq kimi  bəzi maddələr parçanı korlaya bilər. Sirkə kimi digərləri zamanla yuyucu maşınların plastik və rezin detallarını xarab edir. Bunların əvəzinə Persil və ya Perwol yuyucu vasitələrini götürün, hansılar ki, əşyaların yuyulması və ləkələrin çıxarılması ümün xüsusilə işlənib hazırlanmışdır.

Kosmetika ləkələrini çıxara bilmirsiniz? Pomada, tonal krem, kirpik tuşu və hətta göz boyası ləkələrinin çıxarılması üzrə yuxarıda göstərilən məsləhətlərdən istifadə edin.

Bizimlə əlaqə