Persil

Sidik, nəcis və ya qusma ləkələrini paltardan necə çıxarmalı?

Hərdən həyatda elə anlar olur ki, paltarlarda sidik, nəcis və ya qusma ləkələrinin olması problemi ilə rastlaşırıq. Bu sizin, övladınızın və ya sevimli ev heyvanınızın xəstəliyi zamanı baş verə bilər, lakin istənilən halda çirklənmiş əşyaların yubanmadan qayğısına qalmaq lazımdır. Bu hallarda paltardan yalnız görünən ləkə izləri deyil, həm də xoşagəlməz iy çıxarılmalıdır. Bunun üçün aşağıda göstərilən məsləhətlərə riayət etmək lazımdır.

Sidik, nəcis və qusma ləkələri haqqında bir az məlumat

Sidik ləkələri nəcis və qusma  ləkələrindən fərqlənir. Sidik – 95% sudan ibarət olan mayedir. Qalan 5% isə insanın yediyi və içdiyidir. Öz növbəsində nəcis və qusma isə sıyıq formasında bərk və ya yarımbərk hissəciklərdən ibarətdir (diareyadan körpə nəcisi və qusmasına qədər).

Sidik, nəcis və ya qusma ləkələrinin çıxarılması. Addım-addım təlimat

  1. Parçanın növünə və rənginə müvafiq olaraq Persil yuyucu vasitələrini seçin.
  2. Səthdən bərk maddələrin istənilən qalıqlarını çıxarın.
  3. Tərs tərəfdən ləkəni soyuq su ilə yuyun.
  4. Çirklənmiş yeri əvvəlcə ovun.
  5. Paltar üçün yolverilən maksimal temperaturda paltarı yuyun.
  6. Əmin olun ki, ləkə tam çıxmışdır.
  7. Qənaətbəxş nəticə olmadığı halda paltarı yuyucu vasitə həll olunan suda isladın və yenidən yuyun.

Yuyucu vasitənin seçilməsi

Hər şey düzgün yuyucu vasitə seçimindən asılıdır. Ağ paltarlar üçün Persil Universal istifadə edin. Rəngli paltarlar üçün Persil Color Gel istifadə edin.

Ləkələrin əvvəlcə ovulması

Plastik qaşıq vasitəsilə paltarın üzərindən maddələrin bərk hissəciklərinin qalıqlarını qaşıyın, sonra isə çirklənmiş hissəni təmiz ağ parça ilə isladın. Sonra çirklənən paltarı tərs üzünə çevirin və ləkəni əks tərəfdən soyuq su ilə yaxalayın.

Yumadan əvvəl sidik, nəcis və ya qusma izləri olan sahəni emal edin, bunun üçün Persil Universal və ya Persil Color Gel yuyucu vasitələrini çəkin və 30 dəqiqə gözləyin.

Yuma və yaxalama

Bu cür ləkələrin çıxarılması üçün ən effektiv vasitə Persil Universal dənəvər oksigen ağardıcısıdır. Paltarlar 40 dərəcə temperaturda yuyularkən Persil Universal bütün mikrobları məhv edir. Lakin əvvəlcədən əmin olmaq lazımdır ki, bu temperatur parça üçün təhlükəsizdir (paltarın tərs üzündə olan birkada informasiyaya baxın).

Ləkələrin olmamasına görə paltarların yoxlanması

Ləkənin tam çıxmasından əmin olmadan və yoxlamadan yuyulmuş paltarları quruducu maşına yükləməyin. Əgər onlar doğrudan da varsa, ləkəni yenidən yuyucu vasitə ilə ovun və Persil əlavə olunmuş suda paltarı isladın. Sonra paltarı yuyun. 

İstənilən növ paltardan və parçadan sidik, nəcis və qusma ləkələrinin çıxarılması

Təəssüf ki, hərdən elə olur ki, ləkələrin çıxarılması lazım olan əşyanın avtomat yuyulması olmaz. İpək və ya yun kimi bəzi parçalar paltaryuyan maşınların barabanında energetik fırlanma üçün həddindən artıq zərifdirlər. Bu halda sizə paltarların yuyulması üçün Perwoll vasitəsi kömək edər.

Ağ paltarlardan sidik, nəcis və qusma ləkələrinin çıxarılması

Baxmayaraq ki, ağ paltarlarların üzərində daha tünd rəngli paltarlara nisbətən ləkələr nəzərə tez çarpır, onları da həminki kimi çıxarırlar. Ən əsası – tez hərəkət etməkdir. Ağlıq və sirkə kimi təbii ləkəçıxaran və ya ev vasitələrindən heç vaxt istifadə etməyin, çünki birincisi paltarın rənglərinə mənfi təsir göstərə bilər, sonuncu isə - paltaryuyan maşının plastik və ya rezin komponentlərinin zamanla zədələnməsinə gətirib çıxara bilər.

Sidik, nəcis və ya qusma ləkələrinin çıxarılmasının çətinlikləri

Beləliklə, köhnə sidik, nəcis və ya qusma ləkəsini çıxarmaq üçün nə etmək lazımdır? Əgər siz bu məsələnin öhdəsindən necə gəlmək sualı üçün baş sındırırsınızsa, cavab sadədir: Persil yuyucu vasitəsini suda həll edin və paltarı həmin məhlulda 45 dəqiqə isladın (lazım olan halda – gecə), bundan sonra adi  üsulla çirklənmiş yeri ovun və paltarı yuyun.

Sidik, nəcis və ya qusma ləkələri kimi xoşagəlməz hadisələr baş verə bilər. Xoşagəlməz iylə müşayət olunan bu cür ləkələrin paltarlarınızı korlamasına imakn verməyin! Yuxarıda göstərilən məsləhətlərə riayət edin və sizin qanınızı qaraldan problemlərdən xilas olun.

Bizimlə əlaqə