Persil

Paltar və parçalardan tər izlərinin çıxarılması

Tər izləri və qoltuq altındaki islaq dairələrə rast gəlməniz adı bir haldır. Bu yaxud digər məqamda hər birimiz həmin problemlə rastlaşır. Paltarınızdaki yaxud yataq əşyalarınızdaki pis qoxulu sarı tər izlərini aradan qaldırarkən, siz bu yolla öz əşyalarınızın ömrünü uzatmış olcaqsınız. Beləliklə, siz nəyi bilməlisiniz ?

Tər izlərinin növləri

Biz tər izlərini avtomatik olaraq qoltuq sahəsinə yayılmış sarı ləkələr kim anlayırıq, amma həmin ləkələr digər yerlərdə də əmələ gələ bilər. Misal üçün köynək yaxasında, mələfələrdə və fiziki işdən yaxud gecə yuxusundan sonra hətta belin arxasında.

Qolduq sahəsində ləkələr əsasən istifadə etdiyimiz dezodorant ucbatından əmələ gəlir.    İnsan tərində mövcud olan proteinlər bir çox dezodorant tərkibindəki alüminlə təmasda olaraq mənfi təsir göstərir. Bunun nəticəsində biz həmin sahədə xeyli çox tərləyirik.

Tər ləkələrinin çıxarılması. Addımbaddım təlimat

Tər ləkələrinin çıxarılması əslində elədə çətin deyil. Mələfə, köynək və digər əşyalardan ləkələri aradan qaldırmaq üçün aşağıda göstərilmiş tövsiyələrə əməl edin.

  1. İlkin olaraq parçanın növü və rənginə əsasən ən uyğun Persil yuyucu vasitəsini seçmək lazımdır.
  2. İlk növbədə kirlənmiş geyim sahəsinə Persil Universal yaxud Persil Color Gel yuyucu vasitəsini tədbiq etməklə təmizləyin.
  3. Geyim əşyanızı onun üçün icazə olunan maksimal temperaturda yuyun.
  4. Ləkənin tamamilə aradan qaldırmağa nail olduğunuzu yoxlayın.
  5. Ehtiyac olduqda yuma prosedurunu yenidən təkrarlayın.

Ləkələrin yuyulması və çıxarılması üçün ən uyğun yuyucu vasitəni seçin

İlk növbədə, geyim əşyanın etiketində göstərilmiş geyim əşyayaya qulluq etmək haqqında məlumatla tanış olun və həmin əşyanın paltaryuyan maşında yuyulması üçün yararlı olub-olmamnsını öyrənin. Ləkəaparan seçimi məhz yuma növündən asılıdır. Paltaryuyan maşında yuyula biləcək ağ əşyalar üçün Persil Universal yuyucu vasitədən, rəngli paltarlar üçün isə Persil Color Gel yuyucu vasitəsindən. istifadə edin. İncə davranış tələb edən geyim əşyaları üçün Perwoll yuyucu vasitəsi ideal dərəcədə yararlıdır. Həmin yuyucu vasitəsi yun və ipək əşyaların əl ilə yuyulması üçün nəzərdə tutulmuşdur.

İlkin təmizləmə

Geyim əşyanızdakı rənglərin istifadə olunan yuyucu vasitəsinə davamlı olduğunu yoxlayın. Daha sonra kirlənmiş sahəni ilkin olaraq təmizləyin. Bunun üçün az miqdarda Persil Uni Gel (ağ geyim əşyaları üçün) yaxud Persil Color Gel (rəngli geyim əşyaları üçün) yaxud da Perwoll (incə davranış tələb edən parçalar üçün) vasitəsini parça daxilə səliqə ilə tədbiq edin və 5-10 dəqiqə ərzində gözləyin.

Yuma və yaxalama

Paltar üzərindəki etiketdə göstərilmiş maksimal icazə olunan temperaturu yoxlayın. Temperatur nə dərəcədə yüksək olarsa, ləkələr və tər qoxusu bir o qədər səmərəli aradan qaldırılacaqdır.

Geyim əşyalarında tər ləkələrinin olub-olmamasının yoxlanılması

Güclü qoxulu kök salmış ləkələr halında, ilıq suda Persil yuyucu vasitəsini qarışdıraraq məhlul hazırlayın və paltarların yarım saat ərzində islanmasına imkan verin. Daha sonra paltarları yuyun.

Yuma bitdikdən sonra ləkənin tamamilə yox olub-olmasını yoxlayın. Əgər ləkə yox olmayıbsa, o zaman aptekdə satılan xüsusi turşu ləkəaparandan istifadə etmək olar (pas aparan vasitə). Həmin ləkəaparanı yumadan əvvəl parçanın kirlənmiş sahəsinə tədbiq etmək lazımdır. Bu cür vasitədən istifadə edərkən bütün təlimatlara dəqiqliklə riayət etmək və ilk növbədə geyim əşya üzrə lazımı qulluq haqqında məlumatla tanış olmaq gərəkdir (etiketdə göstərilmiş istehsalçının tövsiyələrinə baxın).

Geyim əşyanızda qalmış tər ləkələrini aşkar edərkən, həmin əşyaları qurutmağa başlamayın. Yuma prosedurunu ən əvvəldən təkrarlayın. 

Yataq yaxud hamam parçalardan və digər parça növlərindən tər ləkələrinin çıxarılması

Siz hansı geyim əşyanızdan tər ləkələrini çıxarmaq çalışdığınızdan asılı olmayaraq (mələfə, köynək, jaket), xüsusi qarşılaşdığınız parça növünü də nəzərə almaq lazımdır. Poliester, kətan yaxud pambıq kimi bəzi parçalar paltaryuyan maşının barabanı fırlanarkən yüksək dərəcədə burula bilər. Digər parçalar daha incədir. Dəri, ipək yaxud yun əşyalarda tər ləkələri ilə qarşılaşdığınız halda, o zaman problemi ən səmərəli yolla həll etmək üçün parçanı əl ilə yumaq yaxud çox kirli sahəni ilk növbədə birbaşa təmizləmək gərəkdir.

Bir neçə parça növündən ibarət qarışıq geyim əşyaları yuyarkən diqqətli olun. Şlyapadan tər ləkəsini çıxarmaq gərəkdirsə, o zaman hər sahəni ayrıca təmizləyin. Şlyapanın hansı hissəsi son dərəcədə “incədir”? Pambıq parçalı şlyapa ipək yaxud zamş lentlə dolanmış olduqda, onu bütövlükdə incə davranış tələb edən parça kimi yumaq lazımdır.

Tər ləkələrini aradan qaldıran ev təmizləmə vasitələri

Xüsusən incə davranış tələb edən parçalara qaldıqda çoxumuz tər ləkələrinə qarşı təbii təmizləyici vasitətələrdən istifadə edir. Halbuki bu yanaşma yolu düzgün bilinmir. Limon turşusu və hidroqen peroksidi kimi bəzi ləkəaparanlar rəngli geyimlərin ağarmasına gətirib çıxara bilər. Tər ləkələrini ağ sirkəsinin köməyi ilə aradan qaldırmaq mümkündür və nəticədə geyim əşyaları daha yumşaq olur. Halbuki biz zaman keçdikdən sonra tez-tez məluum olur ki, həmin maddənin turşlu tərkibi paltaryuyan maşının rezin və plastmas detallarına mənfi təsir göstərir. Duz yaxud paralanmış aspirin kimi digər əldəqayırma ləkəaparanların istifadəsi nisbətən çox vaxt tələb edir. Bun isə onunla bağlıdır ki, kimyavi maddələr açılıb tər ləkələrini aradan qaldıranadək bir müddət keçir.

Persil yuyucu vasitələri və ləkəaparanları tez təsir göstərmə xüsusiyyətinə malikdir və geyim əşyalarını və paltaryuyan maşınını zədələmədən çətin çıxarılan ləkərə qarşı qalib gəlmək üçün yaradılmışdır.

Sizi utandıran paltarınızdakı sarı tər ləkələri unudun! Persil yuyucu vasitələrdən istifadə edin və geyim əşyalarınız hər zaman təmiz və təravətli olcaq!

Bizimlə əlaqə