Persil

Qan ləkəsinin paltar və parçadan təmizlənməsi

Adətən, qan ləkəsi bizim üçün gözlənilməz bir sürpriz olur. Uşağınız yıxılıb və dizi qanayıb? Üzünüzü təraş vaxtı kəsmisiz? Paltarınızın üzərinə qan ləkəsi düşərsə, bu hələ son deyil.  Bir neçə sadə üsulla, siz qan ləkələrindən asanlıqla azad ola bilərsiniz.

Qan ləkəsinin növləri

Paltara qan ləkəsi asanlıqla düşsə də (uşaqlarda burun qanaması, nahara bişirəcəyiniz balığın ləkəsi, və ya aybaşı qanaxması),  bu ləkələri təmizləmək heç də asan olmur. Əsasən də köhnə qurumuş ləkələri. Paltarınıza düşən qan ləkəsi heyvan qanı, aybaşı və ya periodik qanaxma və ya hətta Hallovində istifadə etdiyiniz qrim olduğu halda paltarları dərhal, kənara qoymadan yumaq lazımdır.

Qan ləkəsinin təmizlənməsi: Ardıcıllıq

  1. İlk öncə parçanın növündən və rəngindən asılı olaraq Persil yuyucu vasitəni seçin
  2. Paltarın rənginin dayanıqlı olub-olmamasını yoxlayın.
  3. Paltarlarınızı yuyun.
  4. Ləkələrin tam təmizlənməsindən əmin olun.
  5. Zəruriyyət yarandıqda yuma prosedurunu təkrarlayın.

Yuyucu vasitənin seçilməsi

Persil yuyucu vasitəsini parçanın növünə və rənginə müvafiq olaraq seçin. Qan ləkəsini ağ paltardan təmizləmək lazımdırsa, onda Persil Universal-dan istifadə edin. Rəngli paltarlar üçün isə Persil Color Gel-dən istifadə edin. Perwoll Wool yuyucu vasitəsi zərif paltar yuyulmasında daha effektlidir. Daha dəqiq desək, əllə və ya yuyucu maşınında “əllə yuma” rejimində yuyulması uyğun olan yun və ipək parçadan iolan paltarların yuyulmasında istifadə edilir. Məhsulun üzərində qeyd olunan məlumata dqqətlə oxuyub, ona riayət edin.

Qan ləkələri və ön təmizləmə

Geyim və ya parçaların üzərində qan ləkələri aşkar etdikdə, onları dərhal yumalısınız. Qan ləkəsini maksimum dərəcədə aparmaq məqsədilə, ləkə olan yeri soyuq suda yuyun. İsti sudan istifadə etməyin! Əks halda, qan parçaya hopacaq və təmizlənməsi mümkün olmayacaq.

Sonra, ləkə düşən yeri öncədən təmizləyərək, ləkənin üzərinə, Persil Universal (ağ paltarlar üçün), Persil Color Gel (rəngli paltarlar üçün), və ya Perwoll (zərif yuma tələb edən paltarlar üçün) tətbiq edərək, 5 dəqiqə gözləyin.

Rəngli parçanı yuyarkən, istifadədən öncə, hər zaman rənglərin dayanıqlı olmasını yoxlamaq lazımdır.

Yuma və yaxalama

Ön təmizləmədən sonra, seçdiyiniz Persil yuyucu vasitəsindən istifadə edərək, paltarlarınızı yuyun.

Yuma rejimini 30 ve ya 40 dərəcəyə qoyaraq, ləkələnmiş paltarı yuyun. Yuyucu vasitədən istifadə miqdarı çox çirklənmiş vasitələr üçün müvafiq olan miqdara uyğun olmalıdır.

Ləkənin təmizlənməsndən əmin olun

Yuyulan paltarı qurutmadan öncə ləkənin təmizlənməsindən əmin olun. Əgər, paltarda qan izləri qalarsa, ön təmizləmə üsulunu təkrar edin. Çətin gedən və ya parçaya hopmuş ləkə olduqda, paltarı, paltarı Persil yuyucu vasitəsi əlavə edilmiş suda isladaraq, 10-30 dəqiqə gözləyib, yumanı təkrar etmək lazımdır

Qan ləkəsinin yataq dəstlərindən və müxtəlif növ parçalardan təmizlənməsi

Yuxarıda verilən məsləhətlər, cinsdən və ya köynəkdən qan ləkəsinin təmizlənməsində kömək edəcək. O zaman, döşək üzün, xalat, yataq dəsti və ya alt paltardan qan ləkəsinin təmizlənməsi üçün nə etmək lazımdır? Yuxarıda qeyd olunmuş üsullar, adətən parçadan asılı olmayaraq qan ləkələrinin təmizlənməsi üçün effektiv vasitələr hesab olunur.

Buna baxmayaraq, ön təmizləməyə başlamazdan əvvəl, parçanın növü nəzərə alınmalıdır. Bəzi parça növləri (məsələn, ipək, poliester, dəri və kətan) zərif yuma tələb edir. Ön təmizləmə və ya yumadan əvvəl, seçdiyiniz yuyucu vasitənin bu parça növləri üçün müvafiq olduğundan əmin olun. Əgər sizə, ləkələrin təmizlənməsi üçün, ev şəraitində mövcud olan təbii vasitələrdən (duz, sirkə, soda) istifadə etmək məsləhət görürlərsə, bacardığınız qədər onlardan istifadə etməyin. Yuxarıda qeyd olunan təbii vasitələrdən fərqli olaraq, Persil yuyucu vasitələr xüsusilə hazırlanıb və paltaryuyan maşına, onun rezininə və ya plastik hissələrinə mənfi təsir göstərmir.

Qan ləkələrinin təmizlənməsi zamanı üzə çıxan çətinliklər

Yeni düşmüş ləkələrə nisbətən köhnə ləkələri çıxarmaq daha çətindir. Daha doğrusu, əlinizin altında Persil kimi, yuyucu vasitə olmadıqda, ləkələri təmizləmək demək olar ki, mümkün deyil. Persil köhnə ləkələri “yumşaldır” və beləliklə ləkənin tam çıxarilmasına kömək edir. Paltarı Persil yuyucu vasitəsi əlavə edilmiş isti suda 1 saat müddətində isladın. Sonra, paltarı çıxardaraq, həmən yuyucu vasitəsilə öncədən təmizləyin və soyuq su ilə yuyun. Bu yuyucu vasitəni, ipək, yun və ya başqa növ zərif parçalı paltarlar üçün istifadə etməyin. Bunun üçün Perwoll vasitəsindən isifadə edilir.

Həmçinin, Halovin zamanı qrim kimi istifadə olunan, süni qan, yuma zamanı problem yaşada bilər. İlk öncə, paltara düşmüş ləkəni, ağ parça ilə tam quru olana qədər silmək lazımdır. Habelə, qrim vasitəsi qatı olarsa, əvvəlcə ləkəni qaşıq vasitəsilə qaşımaq, sonra isə ləkə düşmüş nahiyəni yuyucu vasitə ilə öncədən təmizləməli və müvafiq maksimal temperaturda yumaq lazımdır.

Burundan axan qanın və ya qəfil başlayan aybaşının, paltarınızı korlamağa imkan verməyin! Yuxarıda göstərilən tövsiyələr, sizə tezliklə qan ləkəsindən azad olmağa kömək edəcək.

Bizimlə əlaqə