Persil

Köynəkdən tər ləkələrini necə çıxarmalı?

Tərdən qaçmaq mümkün deyil. Hamı: iş günündən əvvəl səhər idmanı edənlər, yaxud stress keçirənlər tərləyir. Təəssüf ki, tər geyimdə kəskin qoxulu sarı ləkələrin yaranmasına səbəb olur, onları aradan qaldırmaq üçün vaxtında müvafiq tədbirlər görülməlidir. Aşağıda verilən təlimatlara riayət etməklə bu problemi həll edə bilərsiniz. 

Tər ləkələrinin növləri

Tər ləkələri qoltuqaltı hissədə sarı ləkələr kimi qəbul olunur, lakin onlar başqa hissələrdə də yarana bilər. Qoltuqaltı hissədən başqa, boyun və kürək ən problemli hissələrdir, lakin  qoltuqaltı hissədə tər ləkələri bu zonalarda bakteriyalar yığıldığından daha çox nəzərə çarpır. Bu bakteriyalar tərdə olan proteinlərlə reaksiyaya girir, bu da kəskin qoxu əmələ gətirir.

Tər izlərinin yaranmasında dezodorant da təqsirkar ola bilər. O, tər ifrazını azaltmalı və xoşagəlməz qoxuları gizlətməli olsa da, çox zaman onun tərkibindəki alüminium tərlə reaksiyaya girərək geyimdə ağ ləkələrin yaranmasına səbəb olur.         

Köynəkdən tər ləkələrinin çıxarılması: Addım-addım təlimat

Köynəkdən tər ləkələrinin çıxarılması mürəkkəb vəzifə deyildir. Aşağıdakı addımlar atılmalıdır.

  1. Əvvəl geyim üzərindəki birka ilə tanış olun, orada həmin əşyanın paltaryuyan maşında yuyulmasının mümkün olub-olmadığı göstərilir.
  2. Persil yuyucu vasitəsini seçin.
  3. Persil yuyucu vasitəsini çirklənmiş hissəyə çəkin.
  4. Əşyanı maksimum yol verilən temperaturda yuyun.
  5. Ləkənin tam çıxarıldığını yoxlayın.  

Yuyucu vasitənin seçilməsi

Ləkələrin çıxarılması prosedurundan əvvəl geyim üzərindəki birka ilə tanış olun, orada həmin əşyanın yuyulmasının mümkün olub-olmadığı göstərilir. Məhdudiyyət olmadıqda Persil Universal yuyucu vasitəsindən istifadə edin. Rəngli əşyalar üçün Persil Color Gel vasitəsindən istifadə edin. Üst, yaxud idman geyimini yumaq üçün Perwoll vasitəsindən istifadə tövsiyyə olunur. Perwoll yuyucu vasitəsi alt geyimi təravətləndirir. Geyiminiz həm təmizlənir, həm də xoşagəlməz qoxudan qorunur.

İlkin təmizləmə

Geyiminizdə tər ləkələri gördükdə onları çıxarmağa tələsin. Birbaşa ləkənin üzərinə müvafiq yuyucu vasitə çəkin və onun parçaya hopması üçün 10 dəqiqə gözləyin. Ləkələr çətin çıxan, yaxud köhnə olduqda yuyucu vasitəni isti suda qarışdırıb alınmış məhlulda köynəyi isladın.

Yuma və yaxalama

Digər ləkələrdən fərqli olaraq, bu konkret halda köynəyi paltaryuyan maşına atmazdan əvvəl yuyucu vasitəni köynəkdən silməyin. Geyimi birkaya uyğun olaraq yol verilən ən yüksək temperaturda yuyun.

Yuyulduqdan sonra əşyanın üzərində ləkələrin olub-olmamasının yoxlanması

Yuyub qurtardıqdan sonra köynəyin üzərindəs sarı ləkələrin qalıb-qalmadığını yoxlayın. Belə ləkələr qaldıqda əşyanı quruducuya qoymayın, çünki bu, problemi daha da kəskinləşdirir. Bunun əvəzinə yuyucu vasitənin köməyi ilə ilkin təmizləmə prosedurunu təkrarlayın və daha sonra geyimi yenidən yuyun.

Ağ köynəklərdən tər ləkələrini necə çıxarmalı?

Sarı tər ləkələri ağ parçalı köynəklərdə çox nəzərə çarpır, buna görə də onlara qarşı dərhal mübarizə aparın. Bu məqsədlə Persil Universal kimi xüsusi yuyucu vasitədən istifadə edin.

Ağ və rəngli köynəklər: tər ləkələrinin çıxarılması

Rəngli köynəkdən tər ləkələrini çıxararkən evdə hazırlanmış məhlullardan istifadə etməyin, çünki onlar parçaya zərər vura, yaxud onun rəngini dəyişə bilər. Bunun yerinə Persil Color Gel yuyucu vasitəsindən istifadə edin, üst, yaxud idman geyimi üçün isə əla  Perwoll vasitəsi var.

Xüsusi növ parçalardan tər ləkələrinin çıxarılması

Köynəkdən tər ləkələrini çıxararkən onun hansı parçadan tikildiyini bilmək zəruridir. Denim, kətan və poliester kimi bəzi materiallar möhkəmdir və paltaryuyan maşının təbilində fırlanma proseduruna davam gətirir. Lakin ipək və ya yun kimi parçalar paltaryuyan maşında yuyulduqda zədələnə bilər. Onlar incə rəftar və əllə yuyulma tələb edir.

Bu gün tərlədikdə ləkələrdən qurtulmaq barədə düşünün. Köynəkdən sarı tər ləkələrini çıxarmaq üçün bu məsləhətlərdən yararlanın.

Bizimlə əlaqə