Persil

İpək parçadan ləkələri necə çıxarmaq olar

İpək – çox zərif və eleqant parçadır. Tez-tez yuma bu cür materiala pis təsir göstərir. İpək paltarları kimyəvi təmizləməyə vermək daha yaxşıdır. Beləliklə, əgər siz ipək qalstukdan, xələtdən və ya köynəkdən ləkəni çıxarmaq isətyirsinizsə, bu halda ən delikat və effektiv üsul əllə yumadır. Bu cür əşyaları yumaq olarmı, bunu həmişə yoxlamaq lazımdır (paltarın tərs üzündə bərkidilən birkada informasiyaya baxın). Əgər onları yalnız quru yumaq olarsa, onda zonal ovmaq lazımdır. Bu həll də təhlükəsiz deyildir, çünki bu cür əşyalarda hətta təmiz su belə rəngi və ya zərif ipək parçanın zahiri görünüşünü dəyişə bilər. Bu zaman yeganə mümkün ola bilə variant quru yumadır.

İpək parçada ləkələrin növləri

İstənilən digər növ parçalarda olduğu kimi ipək parçalarda da qida, su, çaxır, ot, piy və ya yağ, qan, mürəkkəb və ya mürəkkəb pastası ləkələri əmələ gələ bilər. Həmçinin kosmetika, dezodorant, tər damlaları və qoltuqaltı zonada dairə kimi izlər tez-tez rast gəlinən problemlərdəndir. Bəzi hallarda (məsələn ot, piy və ya yağ ləkələri) ipək əşyanı xilas etmək üçün dərhal hərəkət etmək lazımdır.

İpək parçadan ləkələrin çıxarılması: Addım-addım təlimat

  1. Paltarın tərs üzündə birkanı yoxlayın və həmin paltarın əllə və ya quru yuma ilə yuyulmasını öyrənin.
  2. İpək və yun paltarların yuyulması üşün xüsusi nəzərdə tutulan Perwoll Woll  kimi vasitədən istifadə edin.
  3. Görünməyən yerdə (məsələn daxili tikişində) parçanın rəng davamlılığını yoxlayın.
  4. Seçilmiş yuyucu vasitəni ləkənin üzərinə çəkərək əvvəlcə ovun.
  5. Paltarı əllə yuyun.
  6. Ləkənin tam çıxmasını yoxlayın.

Yuyucu vasitə seçimi

İpək kimi delikat qulluq tələb edən parçalar üçün ən yaxşı uyğun olan yuyucu vasitə Perwoll Woll vasitəsidir, hansını ki, ləkənin əvvəlcə ovulması və yuması zamanı istifadə etmək lazımdır.

Ləkənin əvvəlcə ovulması

Parçanın ilkin emalı çirklənmə xarakterindən asılıdır. Çaxır, şirə, qan, kofe və ya çay, mürəkkəb və ya mürəkkəb pastası, həmçinin su kimi maye ləkələri olduğu halda çirklənmə sahəsini təmiz parça salfetin köməkliyi ilə tam qurutmaq, sonra isə paltarı tərs üzünə çevirmək və tərs tərəfdən ləkəni soyuq su ilə yaxalamaq lazımdır.

Sonra (kosmetika, dezodorant, tər və ya qoltuqaltı zonada dairələr kimi ləkələr olduğu halda) az miqdarda Perwoll Woll  yuyucu vasitəsini ləkənin üzərinə çəkmək və bir qədər gözləmək lazımdır, lakin vasitənin qurumasına yol vermək olmaz.

Yuma və yaxalama

Perwoll Woll vasitəsini istifadə edərək paltarı ilıq suda əllə yuyun.

Ləkənin tam çıxarılmasını yoxlayın

Paltarda ləkənin ilkin emalı və yuyulması prosedurunu apardıqdan sonra ləkələrin ipək parçada qalıb-qalmamasını yoxlayın. Qeyri-qənaətbəxş nəticə hallarında ləkəni seçilmiş vasitə ilə təkrarən emal edin, sonra isə Perwoll Woll yuyucu vasitəsinin həll edildiyi suda yarım saatlıq isladın. Paltarı yenidən yuyun. Ləkənin çıxarılması üzrə dəfələrlə təkrar olunan hərəkətlərdən sonra da ləkəni çıxarmaq mümkün olmamışdırsa, paltarı quruducu maşına qoymaq olmaz. Paltarı kimyəvi təmizləməyə versəniz daha yaxşı olar.

İpək paltarda ləkələr və ev ləkəçıxaranları

Yuxarıda göstərilən tövsiyyələr qalstuk, köynək, don və hətta süfrə və mələfələr üçün effektivdir. Əgər ipək parçadan ləkəni çıxarmaq üçün təbii ləkəçıxaranlardan və ya evdə hazırlanan vasitələrdən istifadə etmək arzunuz varsa, bu işdən əl çəkin. İpək – zərif parçadır, hansını ki, hətta təbii maddələrin istifadəsi ilə asanlıqa korlamaq olar. Delikat qulluq tələb edən parçalar üçün nəzərdə tutulan yuyucu vasitələrdən istifadə etsəniz daha yaxşı olar.

İpək qalstukda və ya köynəkdə ləkə əmələ gəlib? Zərif parça müvafiq münasibət tələb edir, əgər yuxarıda göstərilən məsləhətlərdən istifadə etsəniz bir çox ləkələrlə siz müstəqil şəkildə baş edə bilərsiniz.

Bizimlə əlaqə