Persil

Geyimdən və parçalardan saç boyası ləkələrini necə çıxarmalı?

Mürəkkəb kimyəvi proses sayəsində belə boya saçın strukturuna nüfuz edərək, ağ saçları boyayır və saçlarınızın çalarını dəyişdirir. Təbii saçlarınızın görünüşünü yalnız onlar yenidən çıxdıqda biləcəksiniz. Belə boya bir neçə dəfə vanna, yaxud duş qəbul etdikdən sonra yuyulmur. Onunla təsadüfən geyiminizi ləkələdikdə nə baş verir?

Bir qədər saç boyalarının ləkələri haqqında

Bu məhsul permanent rəngləndirici olduğundan, boyanın geyimin üzərinə düşməməsi təmin edilməlidir. Lakin belə hal baş verdikdə dərhal hərəkət etməlisiniz, yoxsa köynək üzərində ləkələr həmişəlik iz buraxacaq.  

Bəzi saç boyaları təbii inqrediyentlərdən, digər boyalar isə kimyəvi maddələrdən istehsal olunur. İstənilən halda onlar xüsusi olaraq boyama üçün nəzərdə tutulub və bəzən geyiminiz “şəkil üçün lövhə” kimi çıxış edir.  

Geyimdən saç boyası ləkələrinin çıxarılması

Geyimdən saç boyasının çıxarılmasının ənənəvi üsullarının əksəriyyəti təsir göstərmir. Əksər hallarda ən yaxşı qərar geyimi kimyəvi təmizləməyə vermək və güclü yuyucu və ləkə çıxaran vasitələrin köməyi ilə mütəxəssis tərəfindən yaranmış problemin aradan qaldırılmasıdır.

Siz ev şəraitində boya ləkələrinə qarşı müstəqil mübarizə apardıqda isə aşağıdakı hərəkət sxemi sizə kömək edəcək:

  1. Müvafiq Persil yuyucu vasitəsinin seçilməsi
  2. Ləkənin ilkin təmizlənməsi
  3. Yuma və yaxalama
  4. Təmizləmənin nəticəsinin yoxlanması

Yuyucu vasitənin seçilməsi

Rəngli geyim üçün Persil Color Gel vasitəsindən istifadə edin. Ağ geyim və rəngədavamlı parçalardan olan əşyalar üçün Persil Universal yuyucu vasitəsindən istifadə edin. İpək, yaxud yun parçalardan olan geyim üzərindəki ləkədən qurtulmalı olduqda isə Perwoll vasitəsindən istifadə edin və əşyaları əllə yuyun.

İlkin təmizləmə və islatma

Birbaşa ləkənin üzərinə Persil Universal yaxud Persil Color Gel yuyucu vasitəsi çəkin, onu səylə parçaya hopdurun və 10 dəqiqə gözləyin.

Bui müddət keçdikdə ləkə ağarmadıqda Persil (daha yaxşısı Persil Universal) yuyucu vasitəsini isti suya qarışdırıb, ləkəli geyimi bir saat bu məhlulda isladın. Bu tövsiyyəni yerinə yetirməzdən əvvəl əşyanın iç tərəfindəki birkada göstərilmiş geyimə qulluq qaydaları ilə tanış olun və onu yuyarkən oksigen ağardıcısından istifadəyə yol verilib-verilmədiyini öyrənin.

Yuma və yaxalama

Ləkələrin tam çıxarılması imkanını artırmaq üçün tərkibində Persil Universal tozu kimi yuyucu vasitə olan ağardıcıdan istifadə edin. Əşyanı maksimum yol verilən temperaturda yuyun (geyimin iç tərəfindəki birkada göstərilən məlumata bax). 

Əşyaların üzərində ləkələrin olub-olmamasının yoxlanması

Yuyub qurtardıqdan sonra və qurutmazdan əvvəl geyimin üzərində ləkələrin qalıb-qalmadığını mütləq yoxlayın. Geyimin üzərində hansısa ləkələr qaldıqda ləkənin Persil vasitəsi ilə təmizlənməsi prosedurunu təkrarlayın, əşyaları yuyun, sonra isə yaxalayın.

Yadda saxlayın ki, boya ləkələrinə qarşı bu mübarizə üsulu həmişə təsir göstərmir və heç bir halda 100 faizlik nəticəyə təminat vermir. Boya ləkələrinə qarşı mübarizədə hətta ən yaxşı ləkə çıxaran vasitəyə deyil, mütəxəssisə güvənməyiniz daha yaxşı olar.

Bizimlə əlaqə