Persil

Geyim və və parçalardan mürəkkəb ləkələrinin çıxarılması

Pencəyin, yaxud şalvarın cibində diyirsəkli qələm axıb? Yaxud əşyaları paltaryuyan maşına atarkən onu çıxarmağı unutmusunuz? Bəlkə kartrici printerdə quraşdırdığınız anda onun rəngi axıb? Mürəkkəb ləkəsi həmişə çox çirkli və bol görünsə də, onun çıxarılması üçün bu problemə qarşı mübarizəyə sərf olunan vaxta xeyli qənaət edəcək bir neçə üsul var.

Mürəkkəb ləkələrinin növləri

İlk növbədə, məhz hansı mürəkkəbin ləkə saldığını anlamaq zəruridir. Marker? Diyircəkli qələm? Printerin rəngi? Yaranmış problemə qarşı mübarizə üsulu mürəkkəbin tipindən asılıdır.

Geyimdən mürəkkəbi necə çıxarmalı: Addım-addım təlimat

  1. Persil yuyucu vasitəsini və ləkə çıxaran vasitəni parçanın növünə uyğun seçin. Əvvəlcə ləkəni (aptekdə satılan) spirtlə silmək olar. Bu onu ağartmağa kömək edər.
  2. Ləkəni spirt hopdurulmuş pambıq tamponla silin, sonra parçanın çirklənmiş hissəsinə Persil Universal yaxud Persil Color Gel yuyucu vasitəsi çəkin.
  3. Əşyanı maksimum yol verilən temperaturda yuyun (birka üzərindəki istehsalçının məlumatına baxın).
  4. Mürəkkəb ləkəsini tam çıxarıldığını yoxlayın.
  5. Zərurət yarandıqda yuma prosedurunu təkrarlayın.

Münasib yuyucu vasitə seçin

İlkin təmizləməyə və yumağa başlamazdan əvvəl istehsalçının təlimatı (əşya üzərindəki birkada) ilə diqqətlə tanış olun. Persil Universal yuyucu vasitəsi ağ geyimdən ləkələri səmərəli çıxarır. Persil Color Gel sayəsində geyimin rəngi ləkələr tam çıxarıldıqda parlaqlığını saxlayır. İncə parçaları yumaq üçün Perwoll vasitəsindən istifadə edin. Əvvəl mürəkkəb ləkəsini spirtlə təmizləyin, sonra daha səmərəli nəticə üçün parçanın çirklənmiş hissəsinə az miqdarda Persil Universal yaxud Persil Color Gel geli çəkin. 

Ləkələrin ilkin təmizlənməsi

Əksər hallarda diyircəkli, yaxud başqa növ qələmin mürəkkəb ləkəsini aradan qaldırmaq üçün birbaşa ləkənin üzərinə az miqdarda maye yuyucu vasitə tökmək və onu səylə parçaya hopdurmaq kifayətdir.   

Marker mürəkkəbinin, yaxud printer rənginin ləkələri ilə qarşılaşdıqda isə daha çox səy göstərməlisiniz. Printer mürəkkəbinə qarşı çirklənmiş hissəni iki kağız dəsmal arasında sıxıb parçanı maksimum qurutmağa çalışın. Bu zaman parçanı iç tərəfdən silin ki, mümkün qədər çox mürəkkəb çıxarasınız.     

İstənilən halda yumazdan əvvəl mürəkkəb ləkələrini (aptekdə satılan) spirtlə silmək tövsiyyə olunur. Onunla hopdurulmuş pambıq tamponu çirklənmiş hissəyə sıxıb parçaya (birbaşa ləkəyə) lazımi miqdarda Persil Universal yaxud Persil Color Gel vasitəsi çəkir və maddənin quruması üçün 10 dəqiqə gözləyirlər.

Mürəkkəb ləkəli əşyanın yuyulması

Ləkənin ilkin təmizləməsindən sonra əşyanı dərhal yumaq zəruridir. Diyircəkli qələmlərin doldurulduğu bir çox mürəkkəb növləri suda həll olur, buna görə də onları çıxarmaq çətin deyildir. Lakin yalnız hidrogen ağardıcısının köməyi ilə çıxan ləkələr də var. Bu halda əşya maksimum yol verilən temperaturda Persil Universa vasitəsi ilə yuyulmalıdır. Lakin əvvəlcə istehsalçının tövsiyyələri (birka üzərində məlumat) ilə tanış olun.

Əşyaların üzərində ləkələrin olub-olmamasının yoxlanması

Yuyub qurtardıqdan sonra ləkələrin tam çıxarıldığını yoxlayın. Tünd rəngli köynək, yaxud cinsdən ləkəni çıxarmaq lazım olduqda onun səmərəli yuyulduğunu yalnız geyim quruduqdan sonra yoxlamaq olar. Belə əşyalar həmişə havada qurudulmalıdır, çünki quruducu düşən ləkənin yaranmasına səbəb olur, sonra onu çıxarmaq isə çox çətin olur. Qurudulduqdan sonra ləkə izləri qaldıqda proseduru bir daha əvvəldən təkrarlayın.    

Hamam, yaxud yataq dəstlərindən və xüsusi tip parçalardan mürəkkəb ləkələrinin çıxarılması

Çanta, süfrə, kostyum və don kimi bəzi əşyaları paltaryuyan maşında yumaq olmaz, yalnız əllə yumaq olar. Bu halda ləkə əvvəlcə təmizlənməli, sonra əşya səliqə ilə əllə yuyulmalı, yaxalanmalı və havada qurudulmalıdır.

Diqqətli olun, çünki bu tövsiyyələr bütün parça tiplərinə yaramır! Denim, vinil, poliester, neylon, yaxud kətan kimi sıx materialı sadəcə vasitə ilə təmizləmək, sonra yumaq olar. İpək, zamş, dəri və yun kimi parçalar isə əllə yuyulmalıdır.

Mürəkkəb ləkələri: çıxarmanın xüsusi şərtləri

Yumadan, yaxud qurutmadan sonra qalan ləkələri çıxarmaq yaş olduğu vaxta nisbətən xeyli çətindir, lakin mümkündür. Köhnə, yaxud qurumuş ləkələri çıxarmaq üçün yuxarıda verilən tövsiyyələrə riayət edərək, əvvəlcə çirklənmiş hissəni spirtlə silin, sonra isə ona Persil Universal yaxud Persil Color Gel vasitəsi çəkin.

Ləkəli geyimi 1-2 saat (yaxud gecə) içində Persil yuyucu vasitəsi qarışdırılmış su məhlulıunda isladın. Sonra əşyanı maksimum yol verilən temperaturda yuyun. Zərurət yarandıqda yuma prosedurunu təkrarlayın.

Mürəkkəb ləkələrini çıxarmanın ev vasitələri

Bəzən ləkələri çıxararkən evdə hazırlanmış və təbii ləkə çıxaran vasitələr kömək edir, lakin əksər hallarda arzuolunan nəticə alınmır. Limon şirəsi, hidrogen peroksid və ağardıcı geyimin rənginə mənfi təsir göstərə bilər. Sirkə paltaryuyan maşının plastik və rezin komponentlərini zədələyə bilər. Bir çox təbii ləkə çıxaran vasitələr də səmərə vermir, çünki onların köməyi ilə yuma çox vaxt aparır.

Mürəkkəb ləkələrini onlar təzə olduqda çıxarmaq çətin deyil, buna görə də mümkün qədər dərhal korlanmış əşyanı yumağa çalışın.

Bizimlə əlaqə