Persil

Geyimdən və parçalardan dezodorant ləkələrini necə çıxarmalı?

Dezodorant xoşagəlməz tər qoxusuna qarşı mübarizə aparmalıdır. Bu məqsədlə hətta bəziləri qoltuqaltı hissə üçün xüsusi ətirlərdən istifadə edir. Lakin yadda saxlamaq lazımdır ki, dezodorantın parça ilə təması zamanı parçada ləkələr yarana bilər. Siz aşağıdakı təlimatlara əməl edərək bu problemi həll edə biləcəksiniz.

Dezodorant ləkələrinin növləri

İlk növbədə, məhz hansı dezodorantın geyimdə ləkə saldığını bilmək lazımdır. Bu, vanna otağında rəfdə qoyulmuş quru, yaxud gel şəkilli antiperspirant ola bilər. Lakin dezodorantların bədənimizin qoxusunu gizlətmək, avtomobil salonunu təravətləndirmək, yaxud evdə xoş iqlim yaratmaq üçün nəzərdə tutulmuş digər növləri də var. Onlar müxtəlif tipdə və quruluşda ola bilər: hava-fitil səpələyiciləri, adi spreylər, yaxud ətir udanlar. Maye dezodorantlar da var. Onların geyimə ləkə salması daha asandır.

Geyimdən və parçalardan dezodorant ləkələrinin çıxarılması: Addım-addım təlimat

  1. Persil yuyucu vasitəsini parçanın növünə və rənginə uyğun seçin.
  2. Əvvəlcə ləkəni silin.
  3. Əşyanı maksimum yol verilən temperaturda yuyun.
  4. Ləkənin tam çıxarıldığını yoxlayın.  

Yuyucu vasitənin seçilməsi

Dezodorant ləkələrinin çıxarılması problemi ilə qarşılaşmısınızsa, bütün tiplərdən və rənglərdən olan parçalara səmərəli təsir göstərən Persil vasitələrini seçin. Ağ geyimdən ləkələri çıxarmaqda Persil Universal vasitəsi kömək edir. Rəngli parçaları yumaq üçün Persil Color Gel vasitəsindən istifadə edin. İncə rəftar və yalnız əllə yuyulma tələb edən parçadan ləkəni çıxarmaq lazım olduqda Perwoll köməyinizə gələcək. 

Ləkənin təmizlənməsi

Hansı əşya (qara geyim, cins gödəkçə, yaxud ağ köynək) olmasından asılı olmayaraq, dezodorant ləkələrini çıxarmağa başlamazdan əvvəl  parçanın ləkəli hissəsini müvafiq Persil yuyucu vasitəsi ilə təmizləyin. Əvvəlcə parçanın rənglərinin davamlılığını yoxlayıb, birbaşa ləkənin üzərinə az miqdarda Persil Universal (ağ geyim üçün) yaxud Persil Color Gel (rəngli geyim üçün) yuyucu vasitəsi çəkin və 30 dəqiqə gözləyin.

Geyimin yuyulması

Əşyanı maksimum yol verilən temperaturda yuyun. Maksimum təhlükəsiz temperatur geyimin birkasında göstərilir. Persil yuyucu vasitəsinin miqdarı möhkəm çirklənmiş geyim üçün göstərilən dozaya uyğun olmalıdır.   

Sizə xüsusi turşulu ləkə çıxaran vasitə lazım ola bilər. Belə vasitəni (məsələn, pas izlərinin çıxarılması üçün) aptekdə almaq olar, lakin istifadə etməzdən əvvəl onun tətbiqinə dair təlimatla tanış olmaq, habelə ondan bu konkret əşyanın təmizlənməsi üçün istifadənin mümkünlüyünü öyrənmək zəruridir (birka üzərində məlumata bax).

Ləkələrin tam çıxarıldığına əmin olun

Yuyulmuş geyimi quruducuya qoymazdan əvvəl ləkənin çıxarıldığını mütləq yoxlayın. Əşyanın üzərində ləkələr qaldıqda korlanmış parçanın ilkin təmizlənməsi və yuyulması prosedurunu təkrarlayın.

Yataq dəstindən və digər parça növlərindən dezodorant ləkələrinin çıxarılması

İdman geyimlərindən, büstqalterlərdən, donlardan və digər geyimlərdən dezodorant ləkələrini çıxararkən yuxarıdakı tövsiyyələrə riayət etdikdə problem asan və tez həll olunur. Lakin yataq dəsti, yaxud yuyulmasına yol verilməyən parçalarla qarşılaşdıqda başqa üsuldan istifadə olunmalıdır.

Yun, ipək və atlas kimi parçaları yumaq üçün Perwoll vasitəsindən istifadə edin. Poliester və pambıqdan fərqli olaraq, bu parçalar əllə yuyulmalıdır.  

Rəngli parçalardan dezodorant ləkələrinin çıxarılması

Dezodorant ləkələri tez hopur və rəngli, xüsusilə tünd (göy və qara) parçalarda çox nəzərə çarpır. Bu, onunla bağlıdır ki, bir çox dezodorantlar ağ, yaxud ağımtıl rəngə malikdir. Əksər hallarda siz yuxarıdakı tövsiyyələrə riayət etməklə rəngli geyim üzərindəki ləkələrdən qurtula bilərsiniz. Yadda saxlayın ki, bu işdə Persil Color Gel tozu sizə kömək edəcək. Lakin yumazdan əvvəl parçanın rənglərinin davamlılığını yoxlayın.

Qurumuş, yaxud köhnə dezodorant ləkələrinin çıxarılması

Elə görünür ki, geyimdən qurumuş, yaxud köhnə dezodorant ləkələrini çıxarmaq mümkün deyil. Lakin ümidinizi itirməyin! Bu problemi həll etmək mümkündür, buna adi halda olduğundan daha çox vaxt gedəcək. Əvvəlcə bir neçə saat (yaxud gecə) geyimi sərin suda isladın, sonra isə ləkəni əvvəlcə yuyucu vasitə ilə silib əşyaları yuyun. 

Təbii ləkə çıxaran vasitələrin köməyi ilə dezodorant ləkələrinin çıxarılması

Evdə hazırlanmış təbii ləkə çıxaran vasitələr ləkəni çıxara bilər, lakin bu zaman əşyanın rənginin korlanması mümkündür. Xüsusilə rəngli parçalardan ləkələri çıxarmaq üçün toz halına salınmış aspirin, hidrogen peroksid, yaxud limon şirəsi kimi vasitələrdən istifadə etməyin. Problemin ən yaxşı həll üsulu xüsusi olaraq ləkələri çıxarmaq üçün hazırlanmış  Persil vasitəsidir.

Sarı dezodorant ləkələrindən qurtulun və özünüzü daha inamlı hiss edin. Bu işdə sizə Persil kömək edəcək!

Bizimlə əlaqə