Persil

Geyim və müxtəlif parçalardan boya və rəngli ləkələrin təmizlənməsi

Adətən boya ilə işlədikdə, paltarların ləkələnməməsi üçün müvafiq tədbirlər alınır. Lakin təmizlənməsi çətin olan bu ləkələrin düşməsi də qaçılmazdır. Bu ləkələrin təmizlənməsinin sirri, ləkə düşən kimi dərhal bu problemin aradan qaldırılmasıdır. Ləkələrin təmizlənməsi üçün aşağıdakı tövsiyələrə riayət edin.

Boya və rəngləyici vasitələrin növləri

Ləkələri təmizləmədən öncə ləkənin hansı boya maddəsindən düşməsini müəyyənləşdirmək lazımdır. Belə ki, paltarların ləkələnməsinə müxtəlif boya vasitələri səbəb ola bilər:

  • Yumurta boyası
  • Saç boyası
  • Parıldadıcı boya
  • Emulsiya
  • Lateks boya
  • Akvarel boya
  • Temper boya
  • Rəngləyici toz
  • Yuyucu boyalar
  • Qida boyası
  • Akril
  • Yağlı boya
  • Təbii boya

Boyanın növündən asılı olmayaraq, ləkənin tam təmizlənməsi ehtimalı yalnız o zaman yüksək ola bilər ki, ləkə dərhal, qurumadan təmizlənsin.

Boya və rəngli ləkələrin paltar və müxtəlif parçalardan təmizlənməsi: Ardıcıllıq

Parçanın üzərindəki boya və ya rəngləyici vasitədən düşən ləkənin tez təmizlənməsi üçün aşağıdakı ardıcıllığa riayət etmək lazımdır:

  1. Paltarın rənginə müvafiq Persil yuyucu vasitəni seçin
  2. Boya qalıqlarını parçanın üzərindən təmizləyin
  3. Çirklənmiş nahiyəni tərs üzündən yuyun
  4. Bu Persil vasitəsini ləkənin üzərinə tətbiq edin
  5. Yaxalayın və yuyun.
  6. Ləkənin tam təmizlənməsindən əmin olun.

Yuyucu vasitənin seçimi

Ləkəni təmizləmədən öncə, paltar və ya parçanın yuma üçün müvafiq olmasını yoxlayın (etiketin üzərindəki məlumatla tanış olun). Ağ paltarlar üçün ləkələrlə mübarizədə sizə Persil Vernel Təravəti köməklik edəcək. Rəngli paltarlar üçün Persil Color yuyucu vasitədən istifadə edin.

Ləkələrin öncədən təmizlənməsi

Qaşıqdan istifadə etməklə paltarların üzərindəki artıq boya qalıqlarını təmiləyin. Lakin ləkənin daha da yayaılmaması üçün ehtiyatlı davranmanız gərəkdir. Köynək, şalvar və ya pencəyi iç üzünə çevirərək, ləkələnmiş nahiyəni isti su ilə yuyun. Sonra seçdiyiniz Persil yuyucu vasitəni ləkənin üzərinə (düz üz) əlavə edin və 30 dəqiqə gözləyin. Və isti su ilə yaxalayın.

Dərhal yuyun

Ön təmizləmədən sonra paltarların yuyulmasını gecikdirməyin. Etiketin üzərindəki məlumatla tanış olaraq, paltarı müvafiq maksimal temperaturda yuyun. Yuyulmadan sonra köynəyinizdə ləkənin qalıb-qalmamasını yoxlayın. Ləkə tam təmizlənmədiyi halda, ön təmizləmə və yuma proseslərini təkrarlamaq lazımdır.

Boya və rəngləyici vasitələrin ləkələrin yataq dəstləri və digər parçalardan necə təmizləmək olar

Rəngli ləkələr təkcə yataq dəstləri və ya avtomatik yuma üçün yararlı digər parçalarda deyil, həm də digər məmulatlarda da ola bilər. Əgər divan və ya xalçadan ləkələri təmizləmək lazım olarsa, eyni tövsiyələrə riayət edə bilərsiniz. İlk öncə ləkələnmiş nahiyəni Persil Color yuyucu vasitə ilə təmizləyin, sonra isə həmən yeri soyuq su ilə yaxalayın. Sonra isə bu nahiyən təmiz parça ilə tam qurulayın (kiflənmənin qarşısını almaq üçün). Lakin bu problemi aradan qaldırmadan öncə, parçanını rənginin yuyucu vasitə və ya suya qarşı dayanıqlı olmasını yoxlayın (bunu görsənməyən hissədə yoxlaya bilərsiz).

Yuma üçün müvafiq olmadıqda, kimyəvi təmizləməyə müraciət etmək gərəkdir.

Pambıq, dəri və ya denim kimi qalın parçalardan ləkələrin təmizlənməsi heç də asan deyil.

Həmçinin yadda saxlamaq lazımdır ki, zərif yuma tələb olunan parçalar (yun və ya ipək) hər zaman əldə yuyulmalıdır. Bunun üçün həmişə zərif parçalar üçün yaradılmış və yuma zamanı paltarlarınızı qoruyacaq vasitədən Perwoll-dan istifadə edin.

Boyayıcı maddələrin təmizlənməsi zamanı üzə çıxan çətinliklər

Rəngli ləkələrin təmizlənməsi bəzən çox çətin ola bilər. Əgər boya quruyarsa, ləkənin təmizlənməsi demək olar ki, qeyri-mümkün olur. Bəzi parça növlərində qurumuş rəng və a boya ləkələri təmizlənmir. Lakin hər zaman təmizləmək istədiyiniz parçanı Persil yuyucu vasitə əlavə edilmiş isti suda isladaraq ləkənin təmizləməyə cəhd etmək olar.

Boya və rəngli ləkələri təmizləyən ev üsulu və ya təbii vasitələr

Boya ləkələrinin təmizlənməsi üçün bir çoxları təbii yuyucu vasitələrə üz tutur. Amma belə halda diqqətli olmaq lazımdır. Xüsusilə bu məqsədlər üçün yaradılmış Persil yuyucu vasitələrindən fərqli olaraq, saç lakından istifadə, parçanın spirtlə, sirkə və ya hidrogen peroksidlə təmizlənməsi kimi belə üsullar arzuolunmaz nəticələr verə bilər.

Yadınıza saxlayın ki, boya və rəngləyici vasitələrin ləkələrini təmizləmək çətin olsa da mümkündür. Bunun üçün burada qeyd olunan tövsiyələrə riayət edin.

Bizimlə əlaqə