Persil

Göbələk və kif ləkələrini necə çıxarmalı

Həyat qaynayır və siz şübhəsiz ki, bu və ya digər səbəbdən paltarları yuyucu maşında və ya paltar üçün səbətdə unuda bilərsiniz. Tezliklə nəm paltar göbələk və kif iyi verməyə başlayacaq, bu isə paltarda göbələk və kif ləkələrinin əmələ gəlməsinə gətirib çıxara bilər. Xoşbəxtlikdən bu cür ləkələri çıxarmaq çətin deyil. Aşağıdakıları etmək lazımdır.

Göbələk və kif ləkələrinin çıxarılması. Addım-addım təlimat

  1. Yuma və ləkələri çıxarmaq üçün uyğun olan Persili seçin.
  2. Persil vasitəsini ləkənin üzərinə çəkin.
  3. Birkada göstərilənlərə müvafiq olaraq həmin paltar üçün mümkün ola bilən ən yüksək temperaturda paltarı yuyun.
  4. Ləkənin getdiyindən əmin olun.

Yuma və ləkələrin çıxarılması üçün uyğun vasitə seçin

Yuma və ləkələri çıxarma üçün uyğun olan Persil vasitəsini seçən zaman parçanın rəngini və növünü nəzərə alın. Rəngli paltarlar üçün Persil Color Gel istifadə edin. Ağ paltarlar üçün isə Persil Universal istifadə edin. Zərif parçalar üçün Perwoll istifadə edin.

Ləkələrin əvvəlcədən ovmaq

Parçanın möhkəmliyindən asılı olaraq ləkələri necə ovmaq olar. Cins və pambıq parçalar üçün: yuma üçün Persil Universal və ya Persil Color Gel vasitələrini az miqdarda ləkənin üzərinə çəkin, bundan sonra isə həmin yeri diş fırçası ilə yüngülcə sürtün. Təhlükəsizlik üçün göbələyin sizin evinizə düşməsinə görə həyəcan keçirməmək üçün bunu otaqdan kənarda edin. Zərif parçalar üçün az miqdarda Perwollu ləkənin üzərinə çəkin, sonra isə həmin hissəni sürtün. Sonra soyuq su ilə Perwoll məhlulunda isladın.

Yuma və yaxalama

Göbələk və kif ləkələri olan paltarları ən yüksək yemperaturda yumaq lazımdır ki, göbələyin paltarda qalan bütün qalıqları məhv olsun. Uyğun temperatur haqqında informasiyanı paltarın birkasında tapmaq olar.

Ləkələrin yoxlanması

Yumadan sonra ləkələrin getməsini yoxlayın. Əgər getməyibsə, paltarı bir dəfə də Persilin soyuq su ilə məhlulunda 10 dəqiqəlik isladın, bundan sonra isə bir daha ovun və yuyun.

Əgər yumadan sonra ləkə yenə görünərsə və getməmişdirsə, birkanı yoxlayın ki, bu paltarı xlor tərkibli ağardıcı ilə ovmaq olarmı. Əgər olarsa, tətbiqi üzrə təlimata riayət edərək bu ağardıcıdan istifadə edin. Sonra paltarı birkaya müvafiq olaraq mümkün ola bilən ən yüksək temperaturda yuyun.

Xüsusi və ya zərif parçalarda göbələk və kif ləkələrinin çıxarılması

Bəzi parçalardan, məsələn yundan, ipəkdən, viskozdan və ya modaldan göbələyin və kifin çıxarılması zamanı xlor tərkibli ağardıcılardan istifadə etməyin. Onlar bu növ parçaların strukturunu pozur və onların istifadə davamlılığını azalda bilər. Bu cür ağardıcıların yerinə Perwoll istifadə edin.

Rəngarəng parçalardan göbələk və kif ləkələrinin çıxarılması

Rəngarəng parçalardan göbələk və kif ləkələrinin çıxarılması zamanı Persil Color Gel istifadə edin. Aşağıda göstərilən təlimatlara diqqətlə riayət edin.

Hərdən ləkələrin çıxarılması əvvəl göründüyündən daha çətindir

Əgər ləkə qurumuşsa və ya onu çıxarmaq çətindirsə, yumazdan bir neçə saat əvvəl onu Persil və soyuq su məhlulunda isladın.

Göbələk və kif ləkələrinin çıxarılması üçün xüsusi vasitələr

Bəzi ev vasitələri göbələk və kifin çıxarılmasına kömək edə bilər. Bir vasitə sizin köynəyinizin rəngini həmişəlik dəyişə bilər, digəri isə zamanla  yuyucu maşınların rezin və plastik detallarına zərər vura bilər. Bu problemlərin qarşısını almaq üçün ev vasitələrinin əvəzinə Persil yuma və ləkələri çıxarma vasitələrindən istifadə edin.

Geyimlərinizdə olan göbələk və kifin əhvalınızı pozmasına imkan verməyin. Bu xoşagəlməz iyli ləkələri Persil yuyucu vasitələrinin köməyi ilə çıxarın.

Bizimlə əlaqə