Persil

Ağ şalvarlardan ləkələri neçə çıxarmalı?

Ağ şalvarların bir fərqli cəhəti vardır: harada yediyinizdən, harada oynadığınızdan və ya harada işlədiyinizdən asılı olmayaraq, maqnit kimi bütün çirki öz üstünə çəkir. Yadda saxlamaq lazımdır ki, ləkəni çıxarmağa nə qədər tez başlasanız, ləkənin paltarınızdan tez və izsiz getməyi üçün sizin bir o qədər böyük şansınız olacaq. Lakin ilk əvvəl, bu problemin həll edilməsinə necə düzgün başlamaq lazım olduğunu bilmək lazımdır. Aşağıda məsləhətlər verilmişdir, onlara riayət edərək siz ağ paltarlarınızdan ləkələri çıxara bilərsiniz.

Ağ şalvarlardan ləkələrin çıxarılmasının çətinlikləri

Tünd rəngli şalvarlarda ot və ya kofe ləkəsini görmək üçün bir az əziyyət çəkmək lazımdır, lakin ağ şalvarlarda hər şey görünür. Ot ləkələri tez-tez ağ şalvarlara düşür, xüsusilə də beysbol və digər idman şalvarlarına. Bu cür ləkələrin, həmçinin dağılan mayelərin (qan, şirə, çay) və ya digər qida məhsullarının (tomat sousu, karri və ya həyya meyvələr) ləkələrinin çıxarılması ondan ibarətdir ki, onları xüsusi vasitə ilə isladırlar, lakin parçanın liflərinə sürtüb yeritmirlər. Sonuncu üsul bərk səthlərdən ləkələrin çıxarılması hallarında yaxşı işləyir, lakin geyimlərə qarşı tətbiq edildikdə vəziyyəti daha da pisləşdirə bilərsiniz, çünki ləkə parçada dağılmağa meyllidir, bu zaman onun liflərinə daha dərin yeriyir.

Ağ şalvarlardan ləkələrin çıxarılması: Addım-addım təlimat:

Beləliklə ağ şalvarlardan ləkələrin çıxarılması üçün nə etmək lazımdır?

  1. Ağ paltarlar üçün olan yuyucu vasitə və ləkəçıxaranı seçin.
  2. Qaşıq və ya küt bıçaqla parçanın səthini maddələrin qalıqlarından təmizləyin.
  3. Təmiz quru salfetlə həmin yeri tam qurulayın.
  4. Çirklənmiş yerə Persil vasitəsini çəkin.
  5. Yolverilən maksimal temperaturda paltarı yuyun (şalvarların tərs üzünə bərkidilmiş birkada informasiyaya bax.)
  6. Ləkənin tam çıxmasını yoxlayın.

Yuyucu vasitənin seçilməsi

Şalvarda birkanı yoxlayın və onu yumaq olub-olmamasını öyrənin. Delikat qulluq və ya əl yuması tələb edən parçalar üçün Perwol vasitəsini seçin, maşın yuması mümkün olan parçalar üçün Persil Universal ideal uyğun gələr.

Əvvəlcədən ovulma

Parçanın səthindən maddələrin artıqlarını çıxarın, həmin hissəni təmiz quru dəsmalın köməkliyi ilə qurudun. Sonra birbaşa ləkənin üzərinə yuyucu vasitə Persil Universalı çəkin, onu səliqə ilə parçaya yeridin, sonra 5 dəqiqə gözləyin. Çətin çıxan və hopmuş ləkələr olduğu hallarda şalvarı bir neçə saat ərzində Persil vasitəsinin həll edildiyi suda saxlayın.

Yuma və yaxalama

Paltarı yolverilən maksimal temperaturda yuyun (şalvarların tərs üzünə bərkidilmiş birkada informasiyaya bax.). Əgər ləkə çıxmırsa, onda yuxarıda göstərilən proseduru təkrarlayın, lakin Persil vasitəsinin böyük dozasının istifadəsi və islatma prosesinin daha uzun müddəti ilə təkrarlayın.

Ləkələrin olmamasının yoxlanması

Şalvarın üzərində ləkə izləri qalıbsa, onu qurutmaq olmaz.

Kətan şalvarlardan ləkələrin çıxarılması

Kətan – bərk materialdır, hansını ki, biz maşında yuya bilərik. Məsaməli strukturu ilə fərqlənir, bu materialldan olan əşyalar isti yay üçün çox rahatdır. Eyni zamanda bu onu bildirir ki, bu cür parçada ləkələr asanlıqla liflərə hopur, onların dərininə yeriyir. Ağ kətan şalvarlardan ləkələrin çıxarılması zamanı yuyucu vasitəni və ləkəçıxaranı çirklənmə sahəsinə çəkin və bir saatdan az olmayan müddət gözləyin. Bu vaxt ərzində vasitə parçanın liflərinə dərindən nüfuz edir və parçaya yeriyən maddələrin hissəciklərini xaricə itələyir.

Ağ şalvarınızı ləkələmisiniz? Onlara əvvəlki təravəti və parlaq görünüşü yuxarıda göstərilən məsləhətlərdən istifadə edərək qaytarın.

Bizimlə əlaqə