Yeni başlayanlar üçün Persil-dən paltaryuma dərsləri

Paltar yumaq sadə işdir. Sadəcə bir neçə sirri bilmək lazımdır. Bu bölmədəki təlimata bənd-bənd əməl etsəniz, yumada mükəmməl nəticələrə nail olacaqsınız.

Paltarları qatmayın: bəyaz və rəngli paltarların çeşidlənməsi

Əsas qayda: Paltarları aşağıdakı qaydalara əsasən çeşidləyin:

1. Parçanın teksturası
Zərif (yun, ipək) və nisbətən cod parçaları (məsələn, məhrəba) birlikdə yumayın.   

2. Yuma temperaturu
Geyimlərin yarlıqlarındakı simvollara diqqət yetirin – onlarda paltarları düzgün yuma (və ya kimyəvi təmizləmə) qaydaları əks olunur.    

3. Ləkələnmə dərəcəsi:
Çox ləkəli paltarları az kirlilərlə birlikdə yumaq məsləhət görülmür

4. Rənglərin intensivliyi:
Rəngli, xüsusilə qırmızı və qara geyimlərin boyası digər paltarlara keçməsin deyə fərqli rəngldə olan paltarları ayrı-ayrılıqda yuyun. Bu zaman etiketdəki məlumata fikir verin.  

Düzgün doldurulma

Paltaryuyan maşının düzgün doldurmaqla siz həm elektrik enerjisinə, həm də öz vəsaitinizə qənaət edəcəksiniz.
Paltaryuyan maşının düzgün doldurulması çox vacibdir, ona görə də maşının az və ya çox yüklənməsinə yol verməyin. İkinci halda barabanın fırlanma sürəti zəifləyəcək və yumanın keyfiyyəti xeyli aşağı düşəcək.           

Əsas qayda: paltarlarla barabanın üst divarı arasında bir ovuc enində məsafə qalmalıdır. Yun və zərif paltarları yuyarkən barabanı yarıdan çox doldurmaq olmaz.

Yuma proqramını seçərkən paltaryuyan maşın istehsalçılarının da tövsiyələrini nəzərə alın.

Düzgün seçim edin – Münasib vasitənin seçilməsi

1. Ağ paltarlar üçün Universal çeşid:
Toz, gel və ya maye kapsullar şəklində Persil Expert.
2. Rəngli çeşidlər üçün növlər:

Toz, gel və ya maye kapsullar şəklində Persil Color Expert.
3. Həssas dərili insanlar və uşaqlar üçün yuma vasitələri:
Toz formasında Persil Sensitive Expert.

Persil-in çeşidləri haqqında daha çox öyrənin.

Keyfiyyət və kəmiyyət – Düzgün doza

“Nə qədər çox olsa, bir o qədər yaxşıdır” məsəlini unudun. Əgər yuyucu vasitəni normadan çox əlavə etsəniz, o heç də daha çox ləkə təmizləməyəcək, əksinə, artıq vasitə paltarda çöküntü verə bilər. Digər tərəfdən, yuyucu toz az olarsa, siz ləkə və kirdən tam yaxa qurtara bilməyəcəksiniz.
Yuyucu vasitənin dozası üç amildən asılıdır:

  • paltarın sayı
  • kirlənmə dərəcəsi
  • suyun codluğu

İdeal dozanı necə təyin etmək olar?
Yuyucu vasitənin ən uyğun dozasını təyin etmək üçün bizim doza kalkulyatorundan istifadə edin. Unutmayın ki, Persil-in hər çeşidinin  qutusunda doza ilə bağlı tövsiyələr qeyd olunur.  

Düzgün seçim edin – Yuma proqramı

1. İlkin yuma: yalnız çox kirli paltarlar üçün. 

2. Əsas yuma: bir çox paltaryuyan maşınlarda müxtəlif temperatur rejimli bir neçə yuma proqramları olur:

  • adi parçalar
  • sintetika
  • və zərif parçalar/yun üçün

3. Temperatur: Temperaturu parça növündən və kirlənmə dərəcəsindən asılı olaraq seçin. Etiketlərdəki tövsiyələrə fikir verin.       

4. Sıxma. Bir çox yuma proqramlarında avtomatik sıxma rejimi olur. Zərif paltarlarda sıxma rejiminin müddətini qısaldın və ya ondan tamamilə imtina edin.

İdeal quru

Nəm paltarları paltaryuyan maşında və ya paltar zənbilində saxlamayın. Çünki bu halda onlar qırışar və ya üzərləində kif ləkələri əmələ gələ bilər.

Paltarları yuduqdan dərhal sonra onları asın və əlinizlə hamarlayın ki, sonradan ütüləmək asan olsun. Köynək və bluzlaı çiyinlərindən asaraq  qurutmaq olar, yun və ipək geyimləri üfüqi vəziyyətdə qurutmaq və düz günəş şüalarından qorumaq tövsiyə olunur.

Sentrifuqada qurutma
Paltaryuyan maşının barabanında qurutmanın üstünlükləri ondadır ki, paltarlarıı asmaq lazım gəlmir, eyni zamanda məhrabalar daha yumşaq olur. Diqqət: zərif paltarları heç vaxt barabanda qurutmayın!Hər ehtimala qarşı etiketdəki simvollara əsasən paltarın barabanda qurudulmasının mümkün olub-olmadığını müəyyən edin. Geyimə qulluq qaydalarını öyrənmək üçün keçid düyməsini basaraq etiketlərdəki simvolların mənalarını öyrənin.