Paltarın etiketlərində şərti işarələr

Görəsən, paltarınızın etiketlərində kiçik işarələrin mənası nədir? Bu simvollar paltarınıza necə qulluq etməyi və ümumiyyətlə parçanın davam gətirə bildiyi təsiri göstərir. Hər hansı simvola basın və biz onun mənasını izah edəcəyik.

Mənasını öyrənmək üçün rəmzi basın.

Yuma

  • Yumaq qadağandır

    Bu işarəli geyimləri yumaq olmaz. Bu cür geyimlər ya suya qarşı həssas olur, ya da ölçüsünə görə paltaryuan maşında yuyula bilməz.

  • Əl ilə yuma

    Parça növündən asılı olaraq 30°C-40°-li suda əl ilə yuma. Əvvəlcə yuyucu vasitənı bol miqdarda suda həll edin. Daha sonra geyim əşyasını suda islağa qoyun. Paltarı sürtmək, dartmaq və bərk sıxmaq olmaz. Təmiz yaxaladıqdan sonra artıq suyu sıxaraq çıxarın və paltarın ilkin formasını bərpa edin. Geyimlərin rəngli və zərif hissələrini təkrar yoxlayın və yaş qalmasına yol verməyin.

  • 30°C zərif yuma

    Qara rəngli pambıq, poliester, qarışıq liflərdən olan paltarların yuyulması. Müvafiq yuma proqramını seçin.

  • 40°C rənglilərin yuyulması

    Qara rəngli pambıq, poliester və qarışıq liflərdən olan geyimlərin yuyulması

  • 60°C rənglilərin yuyulması

    Pambıq, modal (viskoz parçanın suitələyici xüsusiyyətə malik xüsusi növü), poliester və qarışıq liflərdən olan rəngli paltarları qaynama dərəcəsində yumaq olmaz.

  • Qaynadıb yuma

    Ağ, boyanmış və ya naxışlı pambıq və kətan camaşırları qaynatmaq olar. Barabanı tam doldurun. Müvafiq yuma proqramını (normal yuma rejimi) seçin. İnadcıl ləkələri əvvəlcədən təmizləyin.

  • 30°C ehmallı yuma

    Modal, viskoz, poliakril, poliamid geyimlər üçün. Yuyulacaq paltarların sayını azaldın. Müvafiq yuma proqramını seçin. Paltarların çox qırışmaması üçün onları paltaryuyanda az fırlayın.

  • 40°C rənglilərin yuyulması

    Qara rəngli pambıq, poliester və qarışıq liflərdən olan geyimlərin yuyulması

  • 60°C rənglilərin yuyulması

    Rənglilərin yuyulması “asan qulluqdur”: yuyulası paltarların sayını azaldın. Barabanı 2/3 hissədən artıq doldurmayın. Müvafiq yuma proqramını (zərif yuma) seçin. Paltarlar yalnız çox kilrli olduğu halda, ilkin yuma proqramından istifadə edin. Paltarların çox qırışmaması üçün onları paltaryuyanda az fırlayın.

  • Maksimum 30°С dərəcədə mülayim yuma rejimi

    Barabanın yüklənməsi - minimal.

  • Maksimum 40°С dərəcədə mülayim yuma rejimi.

    Barabanın yüklənməsi - minimal, 1/3 çox olmadan.

Ütüləmə & Maşında qurudun

  • Ütüləmək qadağandır.

    Belə geyim metal istisinə qarşı həssasdır.

  • Qaynadıb yuma

    Qaynadıb yuma “asan qulluqdur”. Bu zaman paltarın sayını azalın. Müvafiq yuma proqramını (orta yuma rejimi) seçin. Paltarlar yalnız çox kilrli olduğu halda, ilkin yuma proqramından istifadə edin. Paltarların çox qırışmaması üçün onları paltaryuyanda az fırlayın.

  • Maksimum 1100-də ütüləyin.

    “poliakril, poliamid (neylon), asetat” üçün münasibdir: ehtiyac yaranarsa, geyimin parlaq və ya təzyiqə davamsız hissələrini nazik parça üzərindən və ya astar tərəfdən ütüləmək olar. Buxarlı ütü ilə ehtiyatlı olun (buxarsız ütüləyin). Deformasiyaya yol verməyin.

  • Maksimum 1500-də ütüləyin.

    “yun/ipək/poliester/viskoz” üçün münasibdir: bu zaman paltarları nəm parça ilə ütüləyin. Buxarlı ütüdən istifadə etmək olar. Ütünü paltara təzyiqlə sıxmayın. Deformasiyaya yol verməyin.

  • Quruducuda qurutmayın.

    Geyimlərı quruducuda qurutmaq olmaz.

  • Orta rejimli qurutma.

    Quruducuda qurudarkən ehtiyatlı davranmaq tövsiyə olunur. Aşağı temperaturlu orta proqramı seçın (temperatur, fırlanma müddəti).

  • Normal rejimli qurutma

    Quruducuda normal yüklənmə ilə məhdudiyyətsiz qurutmaq olar.

Qurutma

  • Quru təmizləmə qadağandır.

    - Peşəkar quru təməzləməyə icazə verilmir.
    - Əridici təkibli ləkəçıxaranlardan istifadə etməyin.

  • Yaş təmizləmədən istifadə etməyin.

    Yaş təmizləmədən istifadə etməyin.

  • Peşəkar quru təmizləmə - perxloretilen, karbohidrogen:

    - Məhdudiyyətsiz normal təmizləmə prosesi
    - Əridici tərkibli ləkəçıxaranlarla ehtiyatlı olmaq lazımdır. Məhlulun əvvəlcədən parçanın görünməyən tərəfində yoxlanması məsləhətdir.

  • Peşəkar quru təmizləmə - perxloretilen, karbohidrogen:

    - Məhdudiyyətsiz normal təmizləmə prosesi
    - Əridici tərkibli ləkəçıxaranlarla ehtiyatlı olmaq lazımdır. Məhlulun əvvəlcədən parçanın görünməyən tərəfində yoxlanması məsləhətdir.

  • Yalnız professional yaş təmizləmə.

    Yalnız professional yaş təmizləmə.

  • Peşəkar quru təmizləmə - perxloretilen, karbohidrogen:

    - Orta təmizləmə prosesi (əlavə olunan maye/mexaniki təsir/temperaturdan asılı olaraq təmizləmə prosesində ehtiyatlı davranmaq tövsiyə edilir).
    - Əridici tərkibli ləkəçıxaranlarla ehtiyatlı olmaq lazımdır. Məhlulun əvvəlcədən parçanın görünməyən tərəfində yoxlanması məsləhətdir.

  • Peşəkar quru təmizləmə - perxloretilen, karbohidrogen:

    - Orta təmizləmə prosesi (əlavə olunan maye/mexaniki təsir/temperaturdan asılı olaraq təmizləmə prosesində ehtiyatlı davranmaq tövsiyə edilir).
    - Əridici tərkibli ləkəçıxaranlarla ehtiyatlı olmaq lazımdır. Məhlulun əvvəlcədən parçanın görünməyən tərəfində yoxlanması məsləhətdir.

  • Yalnız mülayim rejimdə edilən professional yaş təmizləmə.

    Yalnız mülayim rejimdə edilən professional yaş təmizləmə.

Ağartma

  • Ağardıcılar qadağandır.

    Diaqonalları xaçla kəsilən üçbucaq işarəsi onu bildirir ki, bu geyim ağardıcılara davamsızdır. Onu tərkibində ağardıcılar olmayan vasitə ilə yumaq lazımdır.

  • İstənilən ağardıcılar

    Boş üçbucaq işarəsi xlorlu və ya oksigenlı ağarıcılardan istifadəyə icazə verir.

  • Yalnız oksigen tərkibli ağardıcı ilə ağardılması mümkündür.

    Yalnız oksigen tərkibli ağardıcı ilə ağardılması mümkündür.