Effektiv yuma – faydalı məsləhətlər

Effektiv yuma – faydalı məsləhətlər

  1. Düzgün doza: Nə qədər çox olsa, bir o qədər yaxşıdır?

    Düzgün dozada işlədilən yuyucu toz sizin paltarlarınıza qüsursuz təmizlik verə bilər.  Həddindən çox işlədilən yuyucu toz heç də daha effektiv nəticə vermir, normadan az əlavə olunduğu halda isə ləkələr tam təmizlənməyəcək. Hər Persil qutusunda  düzgün miqdarla bağlı tövsiyələr verilir. Unutmayın ki, yuyucu tozun miqdarı 3 amildən asılıdır:

    • paltarların sayından
    • kirlənmə dərəcəsindən
    • suyun codluğundan  

    Bəs o zaman ən düzgün doza hansıdır?

    Ən münasib dozanı təyin etmək üçün bizim doza kalkulyatorundan istifadə edin.

  2. Dozanı necə təyin edə bilərəm?

    Doza fincanlarını internet vasitəsilə qaynar xəttə müraciət edərək pulsuz əldə edə biərsiniz.
    Telefon: +994-12-493-87-62

    Qeyd:  yerli qərardan asılı olaraq

  3. Duru vasitənin dozasını necə təyin edə bilərəm?

    Siz duru vasitəni paltaryuyan maşındakı dozatorun əsas gözünə və ya lazımi miqdarda birbaşa barabana əlavə edə bilərsiniz. 

  4. İnadcıl ləkələr?

    Persil-in işi ləkələrin öhdəsindən gəlməkdir.  Əlbəttə, bəzi ləkələr daha inadcıldır, ancaq Persil-in məsləhətlərinə əməl etsəniz, bu sizin üçün problem olmayacaq. 

  5. İlkin yuma: olsun ya olmasın?

    Persil suda tez və tam həll olaraq dərhal təsir göstərir, ona görə də hətta 30 dərəcədə də paltarları ilkin yumasız təmizləyir. Təkmilləşdililmiş ləkəçıxarıcı texnologiyası sayəsində heç bir yuyucu vasitə ilkin yuma olmadan paltarları Persil qədər təmizləyə bilmir. İlkin yuma sizə ancaq xüsusi hallarda lazım ola bilər - iş paltarları,  idman geyimi, kənd təsərrüfatı işlərində geyinilən üst geyimləri və ya çox ləkəli paltarları təmizləmək üçün. Persil-in ləkəçıxarma tövsiyələrində ləkələrin növü və onlarla mübarizə üsullarına dair faydalı məsləhətlərlə tanış olun.

  6. Toz ya gel?

    Ümumiyyətlə, yuyucu vasitənin seçimi sizin şəxsi istəyinizdən asılıdır.

    Onların hər ikisi paltarları eyni dərəcədə tam təmizləyir, ancaq bununla belə hər birinin spesifik xüsusiyyətləri var.  

    • Yuyucu toz-güclü təmizləyici effektə malik olan sevimli ənənəvi vasitədir

    • Duru/gel vasitələr tez həll olur, əl ilə yuma, aşağı temperaturlarda qısamüddətli yuma proqramları və güclü ləkələri ilkin təmizləmə üçün də münasibdir. 

  7. Su yumşaldıcılarına həqiqətən ehtiyac varmı?

    Əgər siz düzgün miqdar göstəricilərinə əməl edirsinizsə, o zaman əlavə su yumşaldıcılarına ehtiyac yoxdur, çünki bütün Persil yuyucu vasitələrinlın tərkibində paltaryuyan maşınınızı qoruyan su yumşaldıcıları olur.

  8. Paltar yumşaldıcılarına niyə görə ehtiyac var?

    Yumşaldıcı ilə yuyulmuş və yuyulmamış paltarlar arasındakı fərqə nəzər yetirin.

    • Yumşaldıcı ilə yuyulan paltarların lifləri daha hamar və dəri ilə təması daha yumşaq olur.
    • Yumşaldıcı ilə yuyulan paltarlar həm də əməyi asanlaşdırır. Çünki belə paltarlar daha asan ütülənir.
    • Paltar yumşaldıcı ilə paltarlar uzun müddət təzə görünür.

    Buna görə də Persil Vernel-i tövsiyə edir. 

  9. Uşaq paltarları üçün əsas seçim nədir?

    Əslində Persil-in hər bir məhsulu ilə uşaq paltarlarını yumaq olar, ancaq biz bunun üçün xüsusi olaraq Persil Sensitive seriyasını  tövsiyə edirik. Çünki onun formulu dermatoloji sınaqdan keçirilib və  tərkibindəki ətirləyicilər daha zərifdir. 

    Persil Sensitive-in tərkibi daha həsas dərinin  tələblərinə uyğun gəlir. Hətta onun ətri belə allergiya üzrə peşəkar mütəxəssislərin tövsiyələri əsasında hazırlanıb.  

  10. Həssas dəri üçün ən münasibi hansıdır?

    Həssas dəri bizim yuyucu vasitələrimizdə olan özəl yanaşmanı tələb edir. İlk növbədə məhsul dermatoloji təsdiqlənməlidir. Bunun üçün də   Persil Sensitive seriyası ən yaxşı seçimdir. Persil Sensitive-in formulu dermatoloji sınanılıb: tərkibində rəngləyicilər yoxdur, dəriyə zərərsizdir, onun anti-allergik ətri astmatik xəstəliklər üzrə mütəxəssislərin tövsiyələri əsasında hazırlanıb. Həm toz, həm də gel halında münasibdir.

  11. Yun və zərif paltarlar üçün ən münasib yuyucu vasitə hansıdır?

    Zərif paltarlara zərif qulluq lazımdır. Biz yun və zərif paltarlarınızı Perwoll-la yumağı tövsiyə edirik, çünki onun tərkibindəki yüngül təsirli inqrediyentlər yun və incə lifləri qoruyur.

  12. “Epiloq”: yumadan dərhal sonra nələrə əməl etmək lazımdır?

    Paltar yuduqdan sonra paltarlar qırışmasın və xoşagəlməz nəmişlik qoxusu verməsin deyə onları dərhal maşından çıxarıb qurudun. Belə  halda onları ütüləmək də daha asan olur.

  13. Paltarların qurudulmasına və ütülənməsinə dair məsləhətlər

    İnsanların çoxu paltar ütüləməyi sevmir...
    Bu üzücü işi maksimum asanlaşdırmağsn bir neçə üsulu:

    • Son yaxalamada paltaryumşaldıcı əlavə olunarsa, paltarlar daha asan ütülənər.
    • Bəzi geyimləri qurutduqdan sonra ütüləmədən səliqə ilə yığmaq və ya çiyinlərindən asmaq olar.
    • Etiketdəki təlimatı diqqətlə oxuyun və ona əməl edin.
    • Təbii və sintetik parçalardan olan geyimləri ayırın ki, ütüləmə zamanı ütü rejimini yalnız bir dəfə dəyişəsiniz.
    • Temperatur rejimini dəyişdikdən sonra bir neçə dəqiqə ütünün lazımi temperatura qədər qızmasını və ya soyumasını gözləmək lazımdır.
    • Lazımi temperatura qədər qızdıqdan və ya soyuduqdan sonra ütünün indikatoru sönəcək.

  14. Parçalara qulluq üzrə təlimatçı. Müxtəlif parçalar – fərqli qulluq

    Müxtəlif növ parçalarla həm yumadan əvvəl, həm də  və yumadan sonra ayrı cür davranmaq lazımdır. Məsələn, pambıq toxunma köynəklə ipək köynəyi fərqli üsullarla yumaq tələb olunur.  

    Parçalara qulluq üzrə  təlimatçımız müəyyən parça növləri üçün uyğun gələn vasitə haqda ətraflı məlumat verəcək. Siz sadəcə parçanı seçin və yumaya aid vacib məsləhətlər alın.

  15. Rənglərin qorunması və etiketlərdəki informasiya

    Bəzi geyimlər bəyaz və rəngli parçalardakı  ləkələri daha yaxşı təmizləmək üçün oksigenli ağardıcılara əlavə olunan preborata qarşı çox dözümsüzdür. 

    Rəngləri solmasın deyə paltarları yuyunca etiketdəki informasiyanı diqqətlə öyrənin (adətən etiketdə “Ağardıcıdan istifadə etmək olmaz” qeyd olunur). Əgər paltarın ağardıcılara reaksiyasına əmin deyilsinizsə, adi rejimdə yumadan öncə qısa test keçirin.

    1. Paltarın kənarını və ya daxili tikiş hissəsini isladın.
    2. Həmin hissənin üzərinə ağ kağız və ya salfet qoyaraq yüngülcə ütüləyin.
    3. Əgər kağızda rəngli ləkələr əmələ gələrsə, deməli sizin geyiminiz tez solandır və onu ayrıca yumaq lazımdır.

    Parçanın parlaq rəngini saxlamaq üçün toz və ya gel halında Persil Color Plus-dan istifadə edin.  

  16. Paltarları çeşidləyin – düzgün çeşidləmə və yükləmə
    • Az və çox kirli paltarları eyni vaxtda maşına qoymayın. Çünki onlara lazım olan yuyucu tozun miqdarı və temperatur rejimi fərqlidir.
    • Çox kirli paltarları tez yumaq məsləhət görülür. Ləkələrin asanlıqla təmizlənməsi  üçün paltarları uzun müddət kirli qalmasına yol verməyin.
    • Parçanın növü, rəngi və temperatur rejiminə görə geyimlərin çeşidlənməsi haqda informasiyanı nəzərdə saxlayın.  
    • Rəngli və tünd parçalı geyimləri ayrı-ayrılıqda yuyun, eyni rəngdə olan və eyni temperatur tələb edən paltarları isə bir yerdə yumaq olar.

    Təzə parçalar başqa paltarlara ləkə sala bilər. Əgər siz parçanın boyanma keyfiyyətinə əmin deyilsinizsə, yaxşı olar ki, onu  40°C-dən yuxarı temperaturda yumayasınız.

    Paltaryuyan maşının normadan az və ya çox yüklənməsinə yol verməyin. Maşına, seçilmiş yuma proqramına uyğun sayda paltar qoyun (əlavə məlumatı paltaryuyan maşından istifadə qaydaları haqda kitabçadan əldə etmək olar).

    Hər ehtimala qarşı ən aşağı temperatur və ən zərif yuma rejimini seçin.

Duo-Caps

  1. Persil Duo-Caps nədir?

    Persil Duo-Caps innovativ formada güclü maye yuyucu vasitəsidir. 100% suda həll olunan nazik qat ilə örtülmüş ikikameralı kapsulun tərkibində mükəmməl təmiz paltarlar üçün formul mövcuddur: ölçüdə böyük olan kameranın daxilində mükəmməl təmizləyən parlaqlıq formulu var daha kiçik kamerada fəal ləkə təmizləyicisi formul var. Kameraların ikisində də gel ikiqat qatılaşdırılmışdır və suda həll olunan qat ilə bir birindən ayırılıb. Belə ki, Duo-Caps yuyucu maşının daxilində su ilə təmasdan sonra,  parlaqlıq formulu və aktiv ləkə təmizləyicisi formulu  bir-biri ilə qarışır Əvvəlcədən  ölçülərə bölünmüş Duo-Caps kapsulları istifadədə daha rahatdır, çünki birbaşa paltaryuyan maşının barabanına yerləşdirilir. Persil Duo-Caps kapsullarının hətta aşağı temperaturda onun optimal yuyucu gücünü görmək olar - istehlakçıların Persil-dən gözlədikləri adi keyfiyyət.
    *Klassik maye gel yuyucu vasitələri ilə müqayisədə.

  2. Persil Duo-Caps kapsullarının düzgün istifadə üsulu necədir?

    Optimal yuyucu effektivliyinə nail olmaq üçün, Duo-Cap kapsulunu paltaryuyan maşının boş barabanına yerləşdirin, onun üstündən isə paltarlarınızı əlavə edin. Suda həll olunan kapsulun üst qatı barabanın dibində olarkən daha tez su ilə təmasda olur və suda əriyir, nəzərə alaq ki, bu paltaryuyan maşının proqramı başlayandan bir neçə dəqiqə sonra baş verir.

  3. Niyə Persil Duo-Caps kapsulları paltarların üstündə yerləşdirilə bilməz? Niyə Persil Duo-Caps kapsullarını barabana paltarlardan əvvəl yerləşdirmək vacibdir?

    Əgər Duo-Cap paltarların altına onlardan əvvəl barabana yerləşdirilirsə, yuma proqramı başlayan kimi kapsulun üst qatı su ilə əlaqədə olur və su barana axan kimi suda həll olunur. Nəticədə, üst qat paltaryuyan maşının proqramı başlayandan bir neçə dəqiqə sonra  artıq yalnız bir neçə dəqiqə sonra suda həll olunur və Persil Duo-Caps onun optimal yuyucu effektivliyini təmin edə bilər. Vanna üçün yumru toplar kimi, kapsulun üst qatı bol su miqdarı ilə əlaqədə yuma dövrü ərzində tamamilə əriyir.

  4. Persil Duo-Caps-ları yumşaldıcısı və ya ləkə təmizləyicisi kimi digər bir vasitə ilə birlikdə istifadə edə bilərəm?

    Bəli. Paltar yuma üçün nəzərdə tutulan, əvvəl və sonra istifadə edilən parçaya baxım vasitələri ilə Persil Duo-Caps kapsulları və Persilin hər hansı digər yuyucu məhsullarının istifadə qaydalarında heç bir fərq yoxdur.

  5. Siz "yüksək konsentrasiyalı" ifadəsi altında nəyi nəzərdə tutursuz?

    Klassik maye yuyucu vasitələr ilə müqayisədə həmin ifadə iki dəfə daha qatılaşdırılmış deməkdir və aktiv səthlərin təmizlənməsinə aiddir. Nəticədə, klassik maye yuyucu vasitəsinin bir yuma üçün ölçüsü (73 ml) ilə müqayisədə kapsullarda bir paltar yuma üçün yuyucu vasitəsinin ölçüsü 50% azaldıla bilər 33ml-ə qədər.

  6. Persil Duo-Caps kapsulları mövcud olan çeşiddən əlavə hansı üstünlükləri təklif edir?

    Persil Duo-Caps kapsullarının istifadəsi çox asan kimi xarakterizə olunur. Əvvəlcədən ölçülərə bölünmüş forması paltarları ən sadə şəkildə mükəmməl nəticəyə çatdırmaq istəyən istehlakçılara ideal bir həll təklif edir.

  7. Persil Duo-Caps-ın hər iki kamerası ayrı ayrılıqda nədən ibarətdir?

    Persil Duo-Caps (müntəzəm) :
    Ölçüsü daha böyük olan yaşıl yuyucu maye ilə doldurulmuş kameranın tərkibində hətta çirk və əhəng kimi kiçik çöküntüləri ağ paltarların üzərindən mükəmməl təmizləyən və paltarın parlaqlığını saxlayan parlaqlıq formulu mövcuddur. Yüksək konsentrasiyalı səthi aktiv maddələr, xüsusi enzimlər və ağlığı gücləndirən maddələr bu kameranın formulunu açıqlayır. Ölçüsü kiçik olan  tünd mavi rəngli yuyucu maye ilə doldurulmuş kameranın tərkibində fəal ləkə təmizləyicisi formulu var. Yüksək konsentrasiyalı səthi aktiv maddələr və müxtəlif enzimlər hətta inadcıl ləkələri təmizləyir.

    Persil Duo-Caps Color:
    Ölçüsü daha böyük olan yaşıl yuyucu maye ilə doldurulmuş kameranın tərkibində hətta çirk və əhəng kimi kiçik çöküntüləri ağ paltarların üzərindən mükəmməl təmizləyən və paltarın parlaqlığını saxlayan parlaqlıq formulu mövcuddur. Yüksək konsentrasiyalı səthi aktiv maddələr, xüsusi enzimlər və boya keçirmə inhibitoru bu kameranın formulunu açıqlayır. Ölçüsü kiçik olan  tünd mavi rəngli yuyucu maye ilə doldurulmuş kameranın tərkibində fəal ləkə təmizləyicisi formulu var. Yüksək konsentrasiyalı səthi aktiv maddələr və müxtəlif enzimlər hətta inadcıl ləkələri təmizləyir.

  8. İkikameralı kapsulun üstünlüyü nədədir?

    Duo-Cap kapsulun iki kamerasında gelin formulu qatılaşdırılmışdır və bir birindən suda həll olunan üst qat ilə ayırılıb. Belə ki, Duo-Caps yuyucu maşının daxilində su ilə təmasdan sonra, parlaqlıq formulu və aktiv ləkə təmizləyicisi formulu  bir-biri ilə qarışır. Kapsulun enzim kimi tərkib hissələri qorunmuş və dəyişməyərək qalırlar və üst qatı suda həll olunandan sonra öz yuma gücünü göstərəcəklər.
    *Klassik maye gel yuyucu vasitələri ilə müqayisədə.

  9. Persil Duo-Caps kapsulunu barabana yox yuyucu toz üçün dozatora qoysam nə baş verəcək?

    Hətta dozatorda kapsulun üst qatı su ilə təmasdan sonra suda həll olunacaq və barabanın içinə axaraq öz yüksək qatılaşdırılmış gücünü nümaiş edəcək. Lakin, belə də ola bilər ki, üst qat suda tam həll olunmasın və dozatorda qalıqları qala bilər.

  10. Həddindən artıq çirklənmiş paltarlar üçün 2 ədəd Persil Duo-Caps kapsul tələb olunur?

    Paltarlarınız həddindən artıq çirklənibsə və / və ya çirkli paltarın həcmi ortalama  4.5 kiloqramdan artıqdırsa, iki Duo-Caps kapsulu barabana qoyulmalıdır. Düzgün ölçü miqdarı barədə məlumat məhsulun qablaşdırılmasının arxa tərəfində qeyd edilib.

  11. Persil Duo-Caps kapsulları əl yuma üçün uygundur?

    Xeyir, Persil Duo-Caps avtomat tipli paltaryuyan maşın yuyulması üçün nəzərdə tutulub. Bir kapsul əvvəlcədən xüsusilə bir yuma üçün ölçülüb (4,5 kiloqrama qədər paltar).

  12. Persil Duo-Caps kapsulları bütün yuma proqramlarında başqa sözlə çox qısa və sürətli yuma proqramlarında istifadə edilə bilər?

    Persil Duo-Caps kapsulları 30 dəqiqə və ya daha  davamlı, qısa və sürətli yuma rejimlərində istifadə edilə bilər.

  13. Onun üst qatı hətta aşağı temperaturda (qablaşdırmada ifadə edildiyi kimi 20°C-li suda), tamamilə həll edilirmi?

    Onun üst qatı hətta 20°C-li suda və ondan aşağı temperaturda tamamilə yalnız bir neçə dəqiqə sonra əriyir.

  14. Persil Duo-Caps kapsulların formulu klassik Persil gelin formulu kimi güclüdür?

    Persil Duo-Caps və Persil Gel formulları  performans baxımından müqayisə edilə bilər. Yeni ikikameralı texnologiya formulun sonrakı optimizasiyasına təkan verir, Persil Duo-Caps əvvəcədən ölçülmüş iki ayrı maye yuyucu formullarının bir birindən nazik, suda həll olunan  üst qat ilə ayırılır.  Belə ki, Duo-Caps yuyucu maşının daxilində su ilə təmasdan sonra, parlaqlıq formulu və aktiv ləkə təmizləyicisi formulu  bir-biri ilə qarışır. Kapsulun enzim kimi tərkib hissələri qorunmuş və dəyişməyərək qalırlar və üst qatı suda həll olunandan sonra öz yuma gücünü göstərəcəklər.

  15. Mən yaş əllərim ilə təsadüfən Persil Duo-Caps-lara toxunsam, onların həll olunmamasında əmin ola bilərəm? Onlar həll olunsa, mən həkimin qəbuluna getməliyəm?

    Persil Duo-Caps-lara toxunaraq və məhsulu barabana yerləşdirərək sizin əlləriniz həmişə quru olmalıdır. Əks halda, məhsulun sızması baş verə bilər. Məhsul dəri ilə təmasda olarkən, qablaşdırmanın təhlükəsizlik təlimatlarında göstərildiyi kimi dəri dərhal bol su ilə yuyulmalıdır. Adətən, həkimə müraciət etməyə ehtiyac yoxdur.

  16. Məhsul tamamilə suda həll olunur?

    Persil Duo-Caps məhsulunun formulu həll olunma baxımından AB-nin Yuyucu Vasitələr standartlarına cavab verir.