Keyfiyyət və məsuliyyət.

Henkel şirkəti üçün keyfiyyət və məsuliyyət ayrılmaz bir vəhdət təşkil edir. Müştərilər və istehlakçılar hərtərəfli sınaqlardan keçərək öz etibarlılığını və ətraf mühitə zərərsizliyini sübut etmiş məhsullarımıza tam güvənə bilərlər. Şirkətin bütün məhsulları təhlükəsiz şəraitdə, resurslardan səmərəli istifadə edən texnologiyalar vasitəsilə peşəkar əməkdaşlarımız tərəfindən istehsal olunur. Beynəlxalq şəbəkəmizin bütün işçiləri ətraf mühitin qorunması tələblərini nəzərə alaraq fəaliyyət göstərirlər. Biz öz məsuliyyətimizi anladığımız üçün resurslardan səmərəli istifadə daim can atdığımız hədəfdir.