Persil-in Tarixi

Almaniyada ilk universal yuyucu toz olan Persil hazırlandı
1907
Persil şirkətinin reklam kampaniyasında ilk dəfə bəyaz geyimli qadın göründü.
1922
Müharibə bitdi, Persil geri dönür.
1950
Persil 59 – ən yaxşı Persil
1959
Persil 65 – köpüyə nəzarət, ehmallı yuma
1965
Persil 70 – şübhəsiz, “ən yaxşısıdır”.
1970
Persil sizin güvəndiyiniz tozdur.
1973
Persil Liquid – yuyucu tozlara alternativ
1987
Persil Supra – Qatı təmizlik
1990
Persil Color – Parlaq rənglərin qorunması
1991
Yuyucu toz əvəzinə Persil Megaperls® dənəcikləri
1994
Persil Tabs: tablets for the washing machine.
1998
Həssas dərili insanlar üçün Persil Sensitive
1999
Persil LIQUITS®: kapsullu duru yuyucu vasitə
2002
Persil Color Gel: 30°C-də ləkələrin daha tez təmizlənməsi
2003
Təbii sabun tərkibli Persil Sensitive
2004
Persil Color daha effektiv olur.
2005
Persil Expert: İnadcıl ləkələrə qarşı bundan yaxşı yuyucu toz yoxdur!
2011
Persil Expert Duo-Caps: Sizin paltarlarınız üçün İkiqat Güc
2014

1907

Almaniyada ilk universal yuyucu toz olan Persil hazırlandı

1907-ci ildə “Henkel” şirkətinin kimyaçıları yuma prosesini kökündən dəyişdirdilər. Bunun üçün onlar iki komponenti - natrium silikat və natrium perboratı birləşdirdilər. Beləliklə də, camaşır qaynadılan zaman hava qabarcıqları  buxarlanmağa başladı. Əvvəllər istifadə olunan xlordan fərqli olaraq, yeni vasitə paltarları xoşagəlməz qoxuya yol vermədən ehmalca ağardırdı. Bundan əlavə, evdar xanımlar paltarları sərt lövhəyə sürtmək kimi üzücü bir işdən can qurtarmış oldular.

Beləliklə də, ilk aktiv yuyucu toz  - Persil  meydana gəldi. Tozun adı isə tərkibindəki iki əsas komponent – perborat və silikat sözlərinin ilk hecalarından götürüldü.  

1922

Persil şirkətinin reklam kampaniyasında ilk dəfə bəyaz geyimli qadın göründü.

Sol əlində Persil tozu tutan bəyaz geyimli qadın obrazı bir neçə nəslə çox yaxşı tanışdır. Bu obrazı 1922-ci ildə Henkel şirkətindən reklam plakatı sifarişini alan berlinli rəssam və karikaturaçı Kurt Haylinqenştadt yaradıb.
Ağ geyimli qadın uydurma personaj deyil.   Onun prototipi rəssamın 18 yaşlı sevgilisi olub. Haylinqenştadtla birlikdə onlar   Aleksandrplatsdakı dükandan ağ paltar alıblar; daha sonra qız kənarları gen şlyapa taxaraq əlində bir qutu yuyucu toz şəkil üçün poza alıb.
O vaxtdan bəri hər yerdə - reklam lövhələrində, plakatlarda, evlərin damlarında və küçə saatlarının siferblatında onun təsvirinə rast gəlmək olardı. Bir neçə onilliklər     ərzində Ağ geyimli qadın hər dəbə uyğun obrazlarda Persilin əsas reklam siması olaraq qaldı.  

1950

Müharibə bitdi, Persil geri dönür.

Deyəsən, hamı bu anı gözləyirdi. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Persil  yenidən satışa çıxarıldıqda, bütün ehtiyatın 75%-i demək olar ki, dərhal satıldı. Bir çoxları üçün Persil normal dinc həyata dönüşü simvolizə edirdi.  

1959

Persil 59 – ən yaxşı Persil

Almaniyada ilk çox güclü sintetik toz da Henkel şirkətinin sayəsində peyda oldu. Bu toz yarandığı ilin şərəfinə Persil 59 adını aldı.  Öz tarixinin ən yaxşı Persil-inin yeni  komponentləri sintetik anionlu səthi aktiv maddələr və təravətli ətirləyici oldu. Dəyişən yalnız formul olmadı, qutunun dizaynına da xeyli yeniliklər edildi. 

1965

Persil 65 – köpüyə nəzarət, ehmallı yuma

1969-cu ildə məişətə paltaryuyan maşınlar daxil oldu. Müasir zamanla ayaqlaşmaq üçün paltar yumada yeni vasitə təklif etmək vacib idi. Persil bunu 1965-ci il yanvarın 1-də yeni tozu - Persil 65-i satışa çıxarmaqla etdi. Tozun  özəlliyi onda idi ki, tərkibindəki köpükyaradıcı inhibitorlar temperatur dəyişərkən köpük əmələgəlmə prosesinə nəzarət edir. Bu, maşınla yumanın ən vacib şərti hesab olunur. 

1970

Persil 70 – şübhəsiz, “ən yaxşısıdır”.

Yeni bioaktiv toz – Persil 70-in əsas işi inadcıl ləkələri təmizləmək oldu. Bu toz hər növ parçaların liflərinə qədər işləyirdi – ötən əsrin 70-ci illərində sintetika daha populyar idi. Yeni qutuda qablaşdırılmış Persil 70 yalnız Almaniyada deyil, digər ölkələrin də dükanlarında peyda oldu.    

1973

Persil sizin güvəndiyiniz tozdur.

Henkel şirkəti bir daha öz məhsulunu təkmilləşdirdi. Paltaryuyan maşınları pasdan qorumaq üçün ilk dəfə yuyucu tozun tərkibinə xüsusi korroziya inhibitorları əlavə olundu. Məhsulun reklamı üçün isə yeni şüar düşünüldü - Persil sizin güvəndiyiniz tozdur.   

1987

Persil Liquid – yuyucu tozlara alternativ

Henkel şirkəti yenidən öz məhsullarının çeşidini genişləndirdi. Bu dəfə o paltar yumaq üçün duru Persil təklif etdi və bu, yuyucu vasitələrin sabit bazarında bir  inqilab oldu. Tərkibindəki bol səthi aktiv maddələr sayəsində yeni duru yuyucu vasitə hətta aşağı temperaturlarda - 60 dərəcədə də güclü ləkəçıxaran vasitəyə çevrildi. 

1990

Persil Supra – Qatı təmizlik

Henkel şirkəti Persil Supra ilə evdar xanımların həyatını daha da asanlaşdırmağa doğru yeni bir addım atır. İki kiloqramlıq qutularda buraxılan Persil Supra-nın gücü əslində üç kiloqramlıq qutudakı klassik Persil-in gücünə bərabər idi. Henkel buna yuyucu komponentlərin yüksək qatılığı hesabına nail olmuşdu. Tərkibinə effektiv aktiv maddələr  əlavə olunduğuna görə Persil Supra daha qatı və yüngül tərkibi ilə fərqlənir. Bundan başqa, Persil Supra-da ətirləyicilər yoxdur.   

1991

Persil Color – Parlaq rənglərin qorunması

1994

Yuyucu toz əvəzinə Persil Megaperls® dənəcikləri

5 il ərzində Henkel şirkəti aktiv komponentlərin yüksək qatılığını təmin etmək  üsulunu işləyib hazırladı. İnqilabi istehsal  texnologiyası böyük nailiyyət oldu və yuyucu toz əvəzinə dənəvər vasitələrin yeni nəslinin yaranması ilə nəticələndi. İndi 290 millilitr ənənəvi tozun yerinə yeni yuyucudan cəmi 95 millilitr işlətmək olar. 

1998

Persil Tabs: tablets for the washing machine.

Convenience is the magic word: How can we make washing as simple and convenient as possible for consumers? Henkel finds a solution here too: Universal detergent in tablet form. Persil Tabs are made up of highly concentrated active ingredients that are separated into two phases, clearly recognizable by the blue and the white side. The ready doses only have to be placed in the dispensing drawer – and the washing can begin.

1999

Həssas dərili insanlar üçün Persil Sensitive

Dərisi həssas olanlar və dəri allergiyasından əziyyət çəkənlər üçün xüsusi məhsul yaratmaq üçün Henkel şirkəti Almaniyanın Astma və allergik xəstəliklərlə mübarizə assosiasiyası ilə  əməkdaşlıq etməyə başladı. Yeni Persil Sensitive tozu yüksək təmizləyici keyfiyyəti ilə yanaşı həm də bütün dəri tipləri üçün çox münasibdir. 

2002

Persil LIQUITS®: kapsullu duru yuyucu vasitə

Daha bir innovasiya – hazır dozalı yuyucu vasitə. Beləliklə də, dozaları ölçməyə ehtiyac qalmır və mayeni dağıtmaq qorxusu aradan qalxır. Persil LIQUITS®-i paltarlarla bərabər paltaryuyan maşının barabanına yerləşdirmək olar. Kapsulun xüsusi örtüyü hətta aşağı temperaturda da tez əriyir, tərkibindəki yuyucu vasitə isə dərhal paltara keçir. Həm səliqəli, həm əlverişli.  

2003

Persil Color Gel: 30°C-də ləkələrin daha tez təmizlənməsi

Yeni, daha güclü yuyucu vasitə Color Gel aşağı temperaturlarda daha çətin gedən ləkələri effektiv təmizləyir, eyni zamanda da paltarların parlaq rəngini saxlayır

2004

Təbii sabun tərkibli Persil Sensitive

Henkel indi şirkəti təbii sabun tərkibli Persil Sensitive yuyucu vasitəsini təklif edir. Onun  mükəmməl təmizləyici keyfiyyətləri var, bütün dəri tipləri üçün münasibdir və paltarlara yüngül ətir verir. Onun tərkibindəki ətirləyici maddə Almaniyanın Astma və allergik xəstəliklərlə mübarizə assosiasiyası ilə birgə hazırlanıb və sinaqlardan uğurla çıxıb.

2005

Persil Color daha effektiv olur.

Persil Color paltarları aşağı temperaturlarda yumaq üçündür. Bununla bərabər, onun tərkibində boyalı parçaları daha uzun müddət qoruyan xüsusi maddə var. Onun sayəsində dolğun və parlaq rəng daha davamlı olur.

2011

Persil Expert: İnadcıl ləkələrə qarşı bundan yaxşı yuyucu toz yoxdur!

Henkel şirkəti özündə effektivlik, rahatlıq və ətraf mühitə xoş təsiri cəmləşdirən ən yaxşı yuma konsepsiyasını təqdim etməklə Mərkəzi və Şərq Avropa/Qazaxıstan istehlakçıları qarşısında növbəti dəfə öhdəliyini yerinə yetirmişdir.
Tozun formulunda yeni ləkələri təmizləyən  kapsullar və gelin formulunda maye ləkətəmizləyicisi (Pektat Liaza enzimi) sayəsində yeni Persil Expert istehlakçılara əla keyfiyyət, yüksək effektivlik və beləliklə də mükəmməl təmizlik üçün ən yaxşı yuma vasitəsini təklif edir. Həmin yeniliklə Persil tozunun formulu o qədər güclü olub ki,  istehlakçılar dozalara bölmə zamanı vasitədən  20% az işlədə bilərlər: bir yumaya 100 q. əvəzinə cəmi 80 q. –  bu həm istehlakçılar üçün faydalı, həm də ətraf mühit üçün zərərsizdir

2014

Persil Expert Duo-Caps: Sizin paltarlarınız üçün İkiqat Güc

Əvvəlcədən ölçülərə bölünmüş Persil-dən ilk  ikikameralı kapsul mükəmməl təmiz paltarlar üçün maye ləkə çıxarıcı maddələrin  və paltarlarınızı mükəmməl təmizləyən parlaqlıq formulun güclü birləşməsini təqdim edir.