Persil

Camaşırların çeşidlənməsi

Camaşırlarınızı necə düzgün çeşidləməli və yumadan öncə hansı işləri yerinə yetirməli

Tekstil növü: Zərif parçaları məsələn, yun və ya ipək və daha dözümlü parçaları, məsələn, dəsmal ilə birgə yumayın.

Yuma temperaturu: Parçaların üzərində olan etiketlərdə qeyd olunmuş nişanlara diqqət yetirmək tövsiyə olunur. Həmin etiketlərdə parçaların tövsiyə olunan yuyulma temperaturu qeyd olunur.

Çirklənmə dərəcəsi: Yüngül dərəcədə çirklənmiş camaşırlarınızı və ya paltarlarınızı çox çirklənmiş parçalar ilə birgə yumayın.

Rənglərin intensivliyi (yalnız rəngli camaşırlar üçün): Qırmızı və qara parçalar xüsusilə bozara bilər və bu səbəbdən mümkün olduğu qədər eyni rəngli parçalar ilə birgə yuyulmalıdır. Parça üzərində olan etiketlərdə qeyd olunan tövsiyələrə diqqət yetirin.

Camaşırların yuyulmaya hazırlanması:
Ağır dərəcədə çirklənmiş parçalar dərhal yuyulmalıdır. Yeni düşmüş ləkələri qurumuş ləkələr ilə müqayisədə təmizləmək daha asandır.

Ləkələr Persil Gel ilə daha əvvəl yuyulma öncəsi təmizlənə bilər. Sadəcə ləkənin üzərinə kiçik miqdarda gel tökün və maksimum 10 dəqiqə müddətində saxlayın.

Bizimlə əlaqə