Persil

Persilin sadiq tərəfdaşları

Tanınmış firmalar və məşhur brendlər Persil brendini uzun müddət ərzində dəstəkləmişlər. Bu dəstəyə malik olduğumuz üçün çox məmnunuq və bu səhifədə sizi tərəfdaş şirkətlərimiz ilə tanış etmək istərdik.

Tərəfdaşlarımız haqqında daha ətraflı məlumat əldə edin:
Bosch: www.bosch-home.com
Siemens: www.siemens-home-bsh-group.com
Lindner: www.lindner.de

Bosch Camaşırlara Qulluq

75 il ərzində Bosch markası potensialın, texniki keyfiyyətin və məişət avadanlıqları sahəsində etibarının inkişafına yönəlmişdir.

Camaşırlara müasir qulluq Bosch olmadan qeyri-mümkün olardı. Yuma və qurutma sahələrində 1000-dən artıq patent ilə Bosch ixtiralar baxımından öndə gedir. Bosch markasının işləyib hazırladığı bütün texniki innovasiyalar bir məqsədə qulluq etmişdir: Mümkün olduğu qədər effektiv və mümkün olduğu qədər enerjiyə qənaətcil. Bu yolla, Bosch hər zaman mükəmməl yuma təmin edir.

Siemens tərəfindən innovasiyalar

Yüksək keyfiyyətli texnologiyaları innovativ funksiyalar və az sərfiyyat ilə birləşdirən avadanlıqlar ilə məişət işləri daha yaxşı həyata keçirilir. Siz bütün bu sadalananları Siemens markasına məxsus ən yaxşı avadanlıqlar sırasından əldə edə bilərsiniz. Məsələn, ləkələri təmizləmək üçün ilk paltaryuyan maşın. Açıq hava/ suyadayanıqlı dövr sizin geyimlərinizi eyni zamanda yuyur və mühafizə təmin edir, varioSoft barabanı xüsusilə yumşaq təmizləmə və səs izolyasiyası ilə səssiz işləmə təmin edir. Hər birindən üstün olanı isə: kondensatorunda avtomatik özünü təmizləmə funksiyası sayəsində enerji sərfyyatını aşağı səviyyədə saxlayan dünyada ilk quruducu.

Siemens şirkətinə məxsus ləkələrə qarşı sistem

Ot, pomidor və qırmızı şərab ləkələri eyni deyil. Siemens markasının innovativ ləkələrə qarşı sistemi sayəsində hər bir ləkəyə xüsusi yanaşılır.  Bu işi yerinə yetirmək üçün ən son Siemens texnologiyası müxtəlif ləkə çıxarma seçimləri üçün intellektual proqram keçidi və baraban hərəkətini idarə edir. Bu camaşırlarınızın tələbata əsasən düzgün və ya intensiv olaraq yuyulacağını bildirir. Unikal varioSoft baraban strukturu ləkələrin təmizlənməsi üçün aktiv yardım göstərir, eləcə də xüsusi formalı asimmetik yuyulma təmin edir. Bu heç bir əlavə tədbir görmədən və xüsusi əlavə yuyucu vasitələr olmadan ləkələrin təmizlənməsinə yardım edir.

Lindner Hotel və İstirahət Mərkəzləri

Cəlbedici biznes məkanları, spa sağlamlıq mərkəzləri və ya qolf və sport hotellər. Lindner Hotel və İstirahət mərkəzləri qonaqların tələblərinə əsasən fərqlənir. Xidmət səmimi və sadədir. Konsept - normal dəyişiklik və innovasiyadır. Keyfiyyətə bu qədər önəm verildikdə siz Almaniyanın Nömrə 1 yuyucu vasitəsinin xüsusi yerə malik olduğundan əmin ola bilərsiniz. Lindner Hotelində yer sifariş etmək və özünüzə qayğı göstərmək fikrinə nə deyirsiniz?!

Bizimlə əlaqə