Persil

Yemək ləkələrini necə təmizləmək lazımdır

Yemək dadlı olanda, biz onun zərrə də dənəsini yerə salmamaq üçün yavaş –yavaş yeyirik. Amma arada xoşagəlməz hallar da baş verir. Düzgün Persil yuyucu vasitəsindən istifadə etməklə, siz köynək, şalvar və digər geyimlərinizdən yemək ləkələrini təmizləyə bilərsiniz.

Yemək ləkələrinin təmizlənməsi: ardıcıllıq

  1. İlk növbədə paltarın üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun.
  2. Paltarınıza müvafiq olaraq Persil yuyucu vasitəsini seçin (parça və rəng).
  3. Quru və bərkimiş yemək qalıqlarını ləkənin üzərindən təmizləyin.
  4. Ləkə olan hissəni isladın.
  5. Müvafiq Persil vasitəsilə ləkə nahiyəsini öncədən təmizləyin.
  6. Yuyucu və təmizləyici vasitələrdən düzgün miqdarda istifadə etmək üçün müvafiq məlumatla tanış olun.
  7. Paltaryuma rejimini seçin.
  8. Paltarları etiketin üzərindəki temperatura uyğun temperaturda yuyun.
  9. Ləkələrin təmizlənməsini yoxlayın.

Yuyucu və ləkə təmizləyici vasitələrin seçimi

Paltarın yuma üçün müvafiq olmasından əmin olmaq üçün ilk öncə üzərindəki etiketlə tanış olun. Əgər paltarı yumaq olarsa, o zaman aşağıdakı vasitələrdən istifadə edin:

  • Ağ parçalar üçün Persil Vernel təravəti, Lavanda və Yaz təravəti.
  • Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel təravəti.
  • Zərif parçalar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə edin.

Ləkə nahiyəsinin öncədən təmizlənməsi

Ləkənin üzərindəki qurumuş yemək qalıqlarını təmizləmək üçün plastik qaşıqdan istifadə edin. Əgər ləkənin üzərində maye olarsa, təmiz ağ bezlə maye artıqlarını silin. Sonra, paltarı tərs üzünə çevirərək soyuq su ilə yaxalayın. Persil təmizləyici vasitəni ləkənin üz tərəfinə əlavə edin və beş dəqiqə gözləyin.

Yuma və yaxalama

Ləkəni tam təmizləmək üçün əlavə etdiyiniz təmizləyici vasitəni yuyun və müvafiq temperatur rejimində paltarı yuyun. Paltarın hansı temperaturda yuyulması barədə məlumatı paltarın üzərindəki etiketdə tapa bilərsiniz.

Yumadan sonra ləkənin təmizlənib-təmizlənmədiyini yoxlayın.

Ləkə təmizləndimi? Əgər təmizləndisə, çox yaxşı. Yox əgər təmizlənmədisə, Persil yuyucu vasitəsindən suya əlavə edərək paltarınızı bir neçə saatlıq bu suda isladın. Sonra yenidən yuyun.

Yemək ləkələrinin xüsusi növ parçalardan və tekstil məmulatlarından təmizlənməsi

Əgər şalvar, köynək və digər paltarlarınızın üzərində yemək ləkəsi varsa, bir qayda olaraq yuxarıda qeyd edilən tövsiyələr bu ləkələrdən qurtulmağa sizə kömək edəcək. Lakin paltarın üzərindəki etiketdə, yuyulmaya icazə verilmədiyi qeyd olunarsa, yemək ləkəsini təmizləmək tələb olunacaq. Bunun üçün yuyucu vasitəni ləkənin üzərinə əlavə edin, həmin nahiyəni yuyun, üzərini qurulayın və ləkə təmizlənməyənə qədər təkrarlayın.

Yun və ya ipək kimi yalnız əldə yuyulmalı paltarlar üçün yuyucu və ləkə təmizləyici vasitə kimi Laskadan istifadə edin.

Qırmızı, sarı və ağ rəngli paltarlardan yemək ləkələrinin təmizlənməsi

Zəruriyyət yaranmadığı halda qırmızı, sarı, ağ və ya digər rəngli paltarlarda limon suyu və ya ağardıcıdan istifadə etməyin. Hətta ağ paltarda belə ağardıcı istifadə etdiyiniz nahiyənin rəngi digər hissələrdən fərqlənə bilər.

Sevimli köynəyinizə ləkə salmısınız? Bu tövsiyələr sizə ləkələri tezliklə təmizləməyə kömək edəcək.

Bizimlə əlaqə