Persil

Tozcuq ləkələrini necə təmizləmək lazımdır

Hər yaz güllər və ağaclar çiçəklənib-tozlanan zaman, biz ambroziya, saman, söyüd, ağcaqayın və digər bitkilərin tozlarından qorunmaq üçün apteklərə üz tuturuq. Siz küçədəki bitkilərdən özünüzü qoruyan zaman, zanbaq kimi otaq bitkilərinin daha çox tozcuqlara malik olmasından xəbərsiz olursunuz. Ehtiyatsız bir hərəkət nəticəsində bu tozcuqlar paltarlarınızda sarı ləkə izləri qoya bilər.

Tozcuq ləkələri

Bir çox gülçülər zanbaq gülü olanlara tozlanma dövründə onların tozlarını təmizləməyi tövsiyə edirlər. Bu sizi yalnız allergiyadan qorumur. Zanbaq gülünün tozcuqları ev heyvanları üçün çox təhlükəli ola bilər. Onlar həmçinin adi bir toxunuşda paltarlarınız üzərində ləkə qoya bilərlər.

Əlbəttə ki, tozcuqların təmizlənməsi zamanı da paltarların ləkələnməsi riski artır. Tozcuqları təmizləməmişdən öncə məlumatınız olsun ki, bu tozcuqlar maye halında deyil məhz toz halında olur. Tozcuq sizin paltarınızın üzərinə düşdüyü zaman, ilk reaksiyanız onu üzərinizdən çirpmaq olacaq. Bu səhvə yol verməyin. Tozcuqları çırpmağa, ona toxunmağa və ya yumağa səy göstərməyin.  Bununla ləkələri daha da  dərinləşdirə bilərsiniz.

Tozcuq ləkələrinin təmizlənməsi: ardıcıllıq

  1. İlk növbədə paltarın üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun.
  2. Bacardığınız qədər paltarın üzərindəki tozcuqları çırpın.
  3. Paltarı tozsoranla təmizləyin.
  4. Paltarınıza müvafiq olaraq  Persil yuyucu vasitəsini seçin (parça və rəng).
  5. Müvafiq Persil vasitəsilə ləkə nahiyəsini öncədən təmizləyin.
  6. Yuyucu və təmizləyici vasitələrdən düzgün miqdarda istifadə etmək üçün müvafiq məlumatla tanış olun.
  7. Paltaryuma rejimini seçin.
  8. Yuyun və parça üçün təhlükəsiz olan maksimal temperaturda yaxalayın.
  9. Ləkənin təmizlənməsindən əmin olun.

Tozcuqları çırpın

Toz halında olan tozcuqlardan paltarları çırparaq qurtulmaq olar. Paltarları çırpmamışdan öncə, çölə çıxın. Belə ki, sarı toz ləkələri evinizin hər tərəfinə yayıla bilər.

Paltarları çırpdıqdan sonra, qalan tozcuqları əl tozsoranı ilə təmizləməyə çalışın.

Yuyucu vasitənin seçilməsi

Tozcuq ləkələrinin təmizlənməsi üçün Persil yuyucu vasitəni seçərkən parçanın rəngini və növünü nəzərə alın.

  • Ağ parçalar üçün Persil Vernel təravəti, Lavanda və Yaz təravəti.
  • Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel təravəti.
  • Zərif parçalar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə edin

Ləkələrin öncədən təmizlənməsi

Tozcuqların təmizlənməsindən sonra Persil yuyucu vasitəsini ləkənin üzərinə əlavə edin. Yuyucu vasitənin parçaya tam hopması üçün 30 dəqiqə gözləyin.

Yuma və yaxalama

Tozcuqla ləkələnmiş paltarı, paltarlarınız üçün münasib olan ən maksimal temperaturda yuyun. Münasib maksimal temperatur göstəricisi ilə paltarınızın üzərindəki etiketdə tanış ola bilərsiniz.

Yumadan sonra ləkənin təmizlənməsindən əmin olun

Paltarların yuyulmasından sonra ləkələrin təmizlənməsindən əmin olun. Əgər ləkələr təmizlənməyibsə – paltarı təkrar yumamışdan əvvəl yuyucu vasitə əlavə edilmiş suda bir az isladın.

Açıq-sarı tozcuq ləkələrinin paltarlardan təmizlənməsi

Açıq-sarı tozcuq ləkələrinin paltarlardan təmizlənməsi bir qədər çətinola bilər. Bu ləkələrin təmizlənməsi üçün Persil yuyucu vasitəni soyuq suya əlavə edərək bir saatdan çox müddətə paltarları suda islatmaq məqsədəuyğun olar. İslaqda qaldıqdan sonra paltarları təkrar yuyun. Bu zaman ləkələrin təmizlənməsinin şahidi olacaqsınız.

Sarı tozcuq sizdə allergiyaya səbəb olaraq həm də paltarınızı ləkələyə bilər. Paltarların üzərindəki ləkələri effektiv şəkildə təmizləmək üçün bu tövsiyələrə əməl edin.

Bizimlə əlaqə