Persil

Süfrə və dəsmallardan çaxır ləkələrini necə təmizləmək lazımdır

Bir qədəh qırmızı çaxır, şamlar və həzin musiqi, adi bir şam yeməyini unudulmaz və romantik bir şam yeməyinə çevirə bilər. Lakin ani bir ehtiyatsız hərəkət süfrə və dəsmalların üzərinə düşən ləkə ilə nəticələnə bilər. Əlbəttə ki, dağılmış şərabın əziyyətini çəkmədən öncə siz şam yeməyinizi bitirmək istəyəcəksiz. Amma ləkələri təmizləməyə nə qədər gec başlasaz, bir o qədər də ləkələrin süfrələrin üzərində daimi qalma ehtimalı yüksək olar.

Süfrə və dəsmallarda müxtəlif ləkə növləri

Digər tekstil məmulatları ilə müqayisədə süfrə və dəsmalların qırmızı çaxır, yağ, duru yağ ləkələrindən batma ehtimalı daha yüksəkdir.

Yəqin ki, süfrə və dəsmalların üzərindəki qırmızı çaxır ləkələri ən xoşagəlmız hallardan biridir. Sadəcə ona görə ki, bu ləkələrin tünd izləri qalır. Amma yenə də narahatçılığa səbəb yoxdur. Düzgün yanaşma nəticəsində ləkələrin asanlıqla təmizlənməsi mümkündür.

Qırmızı çaxır ləkələrinin təmizlənməsi: ardıcıllıq

  1. İlk növbədə paltarın üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun.
  2. Paltarınıza müvafiq olaraq  Persil yuyucu vasitəsini seçin (parça və rəng).
  3. Ləkəni nəm təmiz bezlə isladın.
  4. Ləkənin quruyub bərkiməməsi üçün onu soyuq su ilə nəm saxlamağa çalışın.
  5. Yenidən isladın.
  6. Zəruriyyət olduğu halda ləkəni Persil vasitələri ilə öncədən təmizləyin.
  7. Müvafiq  Persil yuyucu vasitəsindən «çox çirkli paltarlar üçün» tələb olunan miqdarda istifadə edin.
  8. Müvafiq rejimi seçın.
  9. Süfrə və dəsmalları yuyun.
  10. Ləkələrin təmizlənməsindən əmin olun.

Ləkə təmizləyici və yuyucu vasitənin seçilməsi

Yuyucu vasitəni parçanın növündən və rəngindən asılı olaraq seçmək lazımdır.

  • Ağ paltarlar üçün Persil Vernel Təravəti, Lavanda və yaz Təravətindən istifadə edin.
  • Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel Təravəti istifadə edə bilərsiniz

Öncədən təmizləmə

Süfrə və dəsmallardan qırmızı çaxır ləkəsini çıxarmaq üçün dərhal hərəkətə keçin. Ləkə düşmüş nahiyəni təmiz nəm parça ilə silin. Bu ləkənin üzərində olan mayenin hopmasına kömək edəcək. Ləkəni nəm saxlamağa çalışın və qurumağa qoymayın. Ləkəni soyuq su ilə isladın.

Ləkələnmiş parçaya Persil vasitəsi əlavə edin və bir müddət saxlayın.

Yuma və yaxalama

Süfrə və dəsmalları yaxalamadan paltaryuyan maşına qoyun. “Çox çirkli paltarlar” üçün uyğun miqdarda yuyucu vasitə istifadə etməklə süfrə-dəsmallarınızı yuyun. Paltarları yuyarkən hər zaman üzərindəki etiketdə qeyd edilmiş temperatur göstəricisinə riayət edin. Qırmızı çaxır ləkəsinin çıxarılması üçün optimal temperatur 40 - 60 °C təşkil edir.  

Ləkənin təmizlənməsindən əmin olun

Yumadan sonra ləkənin təmizlənməsindən əmin olun. Ləkələr təmizlənmədiyi halda, paltarları Persil yuyucu vasitə əlavə edilmiş isti suda bir neçə saatlığa isladın. Ləkələrin effektiv şəkildə təmizlənməsindən əmin olmaq üçün yuyucu vasitənin miqdarını artırın və paltaryuyan maşında daha intensiv və uzunmüddətli yuma rejimini seçin. Amma öncə paltarın üzərindəki etiketdə qeyd edilən məlumatla tanış olun.

Müxtəlif parça növlərindən olan süfrələrdən qırmızı çaxır ləkələrinin təmizlənməsi.

Süfrənin hansı parça növündən asılı olaraq, qırmızı çaxır ləkələrinin təmizlənmə üsulu dəyişə bilər. Məsələn süfrə və dəsmallarınız kətan və ya pambıq parçadan hazırlanıbsa, o zaman yuxarıda qeyd edilən tövsiyələrə və avtomat yumaya riayət etməklə ləkələri təmizləmək olar. Vinil parçadan olan süfrələr məsaməli struktura malik olduğu üçün, çaxırın tərkibindəki taninlər, ləkələr uzun müddətdə təmizlənmədiyi halda parçaya hopurlar. Vinil parçaları həm zərif, həm də intensiv rejimdə yumaq olar. Lakin, sonradan süfrələri yaxalamaq və qurutmaq tələb olunur. Süfrəni uzun müddətinə nəm saxladıqda və ya üzərinə əlavə edilən ləkə təmizləyici vasitəni gec yuduqda, vinil rəngsizləşə, parça isə daha kövrək ola bilər.

Qurumuş qırmızı çaxır ləkəsinin süfrədən təmizlənməsi

Qırmızı çaxır ləkəsi quruduğu halda, onu tamamilə təmizləmək üçün ləkəni yeniləməniz tələb oluna bilər. Yuyucu vasitəni ilıq suya əlavə edərək süfrəni bir az isladın. Bir saat ərzində islaq vəziyyətdə saxlayın, yuyucu vasitə ilə öncədən təmizləyin və yuxarıda qeyd edildiyi kimi yuyun.

Süfrənin üzərinə ləkə düşməsi ehtimalı hər zaman var. Belə hal yarandıqda dərhal hərəkətə keçin. Bu məsləhətlərə qulaq asmaqla süfrə və dəsmallarınızdan qırmızı çaxır ləkəsini təmizləyin.

Bizimlə əlaqə