Persil

Tomat ləkəsini necə təmizləmək olar

Demək olar ki, hər birimiz tomat ləkələri ilə qarşılaşırıq. Siz pomidor yeməsəniz də belə, uşaqlarınız üçün ketçup açanda və ya dostlarınızla piknikdə pomidor doğrayan zaman xoşagəlməz halla rastlaşa bilərsiniz. Paltarınıza tomat ləkəsi düşən zaman vaxt itirməyin. Ləkəni təmizləmək üçün dərhal hərəkətə keçin.

Tomat ləkələri

Xoşladığımız bir çox qida məhsullarının tərkibində pomidor vardır. Bunlara misal olaraq makaron üçün sousları və ketçupu göstərmək olar. Hətta hamburgerin içindəki kiçik bir pomidor dilimi də açıq ketçup şüşəsi qədər təhlükəli ola bilər.

Lakin aşağıda qeyd edilənlərə riayət etməklə siz bu ləkələri təmizləyə bilərsiniz.

Tomat ləkələrinin təmizlənməsi: ardıcıllıq

  1. İlk növbədə paltarın üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun.
  2. Paltarınıza müvafiq olaraq  Persil yuyucu vasitəsini seçin (parça və rəng).
  3. Quru və bərkimiş yemək qalıqlarını ləkənin üzərindən təmizləyin.
  4. Həmən nahiyəni isladın.
  5. Müvafiq Persil vasitəsilə ləkə nahiyəsini öncədən təmizləyin.
  6. Yuyucu və təmizləyici vasitələrdən düzgün miqdarda istifadə etmək üçün müvafiq məlumatla tanış olun.
  7. Müvafiq paltaryuma rejimini seçin.
  8. Paltarları etiketin üzərindəki temperatura uyğun temperaturda yuyun.
  9. Ləkənin təmizlənməsindən əmin olun.

Yuyucu vasitə və ləkə təmizləyicinin seçimi

Yuyucu vasitə və ləkə təmizləyici vasitənin seçimi sizin parçanın növündən və rəngindən asılıdır.

  • Ağ parçalar üçün Persil Vernel təravəti, Lavanda və Yaz təravəti  (Persil Свежесть от Vernel, Лаванда и Весенняя Свежесть) vasitələrindən istifadə edin.
  • Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel təravəti (Persil Color  və ya Persil Color Свежесть от Vernel) vasitələrindən istifadə edin.
  • Zərif parçalar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə edin.

Pomidor ləkələrinin öncədən təmizlənməsi

İlk öncə ləkənin üzərindəki qurumuş qalıqları plastik qaşıqla təmizləyin. Sonra ləkədəki suyu silmək üçün üzərini təmiz bir bez ilə silin. Paltarın içini çevirin və ləkəni tərs üzündən yuyun.

Sonra isə ləkəni, pomidor ləkələrinin təmizlənməsi üçün nəzərdə tutulmuş Persil ləkə təmizləyici və yuyucu vasitəsilə öncədən təmizləmək lazımdır. Ləkəyə hopdurulmuş yuyucu vasitəni bir neçə dəqiqəlik ləkənin üzərində saxlayın.

Paltarların yuyulması

Ləkənin üzərindəki yuyucu vasitəni yumadan, paltarı paltaryuyana yerləşdirin. Yuyucu vasitədən “çox çirkli paltarlar üçün” nəzərdə tutulmuş miqdarda istifadə edin. Paltarları etiketdə qeyd edilən müvafiq temperaturda yuyun.

Ləkələrin təmizlənməsindən əmin olun

Yumadan sonra ləkələr qalıb? O zaman paltarları qurutmayın. Paltarı Persil yuyucu vasitə əlavə edilmiş suda yaxşıca isladın, sonra təkrar yuyun.

Xüsusi növ parçalardan və paltarlardan tomat ləkəsini necə təmizləmək lazımdır

Pambıq və poliester kimi parçalardan tomat ləkəsinin təmizlənməsi yuxarıda qeyd edilən üsullarla mümkündür. Lakin, ipək və viskoz kimi nazık parçalara xüsusi diqqət lazımdır. Bu cür parçalarda ləkə təmizləyici və yuyucu vasitə kimi hər zaman Perwoll-dan istifadə edin. Parçalardakı zərif sapların zədələnməsinin qarşısını almaq üçün bu cür paltarları əldə yumaq tövsiyə olunur.

Müxtəlif rəngli paltarlardan tomat ləkəsinin təmizlənməsi.

Paltarlarınızdakı tomat ləkələrini təmizləmək üçün xalq (elarası) vasitələrdən istifadə etmək ürəyinizdən keçə bilər. Amma belə bir səhvə yol verməyin. Bu vasitələrdən bir çoxu, məsələn limon suyu, rəngli parçaları ağarda bilər. Bu isə sizin paltarınızda yeni geridönməyən bir ləkəyə çevriləcək. Ona görə də bu cür ləkələrin təmizlənməsi üçün yaradılan Persil yuyucu vasitələrdən istifadə etməyiniz daha məqsədəuyğundur.

Ketçupdan çox istifadə etmişiniz? Köynəyinizə sous dağıtmısınız? Düzgün seçilmiş Persil yuyucu vasitə bu ləkələrdən qurtarmağa sizə kömək edəcək.

Bizimlə əlaqə