Persil

Pambıq parçadan ləkələri necə təmizləmək olar

Pambıq parça məsaməli strukturuna görə yüksək davamlılıq və universallığa malikdir və onlardan daha çox köynəklərin, yataq dəstlərinin və süfrələrin tikilməsində istifadə olunur. Pambıq parça «nəfəs almaq» xüsusiyyətinə malikdir və buna görə də yay geyimlərinin çoxu pambıq parçadan tikilir. Əlavə olaraq pambıq parçaya xüsusi qulluq tələb olunmur. Buna baxmayaraq pambıq parçaya ləkə saldığınız halda, mümkün qədər tez bir zamanda tədbir görmək lazımdır. Əgər Siz dərhal ləkəni təmizləməyə başlasanız, o zaman xilas etdiyiniz geyim və ya tekstil məmulatı Sizə hələ uzun müddət xidmət edəcəkdir. 

Pambıq parçadan ləkələrin təmizlənməsinin çətinlikləri

Digər parçalardan fərqli olaraq, pambıq parçanın məsaməli strukturuna görə ləkələr onun liflərinə tez bir zamanda hopur. Pambıq parça üzərində tər və dezodorant ləkələrinin olması adi bir haldır. Çünki təbii ifraz olunan yağlar pambıq parça tərəfindən tez hopdurulur. Lazımı anda tədbir görülmədikdə ləkə parça üzərində həmişəlik qala bilər. Həmçinin pambıq parçaya qoxular da tez hopur (xüsusən də tər qoxusu).

Lakin pambıq parçası yalnız tər ləkələri demək deyil. Digər parça növləri kimi, pambıq parça da şərab ləkələri, yağ qalıqları, meyvə və tərəvəz şirələrinə görə öz təzə görkəmini itirə bilər. Parçanın üzərində hansı ləkənin olmasından asılı olmayaraq (qəhvə, çay, ot yaxud yarpaqlar), ləkənin təmizlənməsi üçün dərhal hərəkətə keçmək lazımdır.

Pambıq parçalardan və məmulatlardan ləkələrin təmizlənməsi

Əksər hallarda pambıq parçadan istehsal olunmuş tekstil məmulatlar avtomatik yuma və qurutma üçün yararlı olur və bu zaman parçada dəyişikliklər baş vermir.

Amma yenə də  pambıq geyim və digər məmulatları yanlış temperaturda qurutduqda (avtomatik) geyimləriniz və ya digər məmulatlar yığıla bilər. Ona görə də, ilk növbədə etiketin üzərində göstərilmiş məlumatla tanış olmaq gərəkdir.

Pambıq parçadan ləkələri təmizlərkən yuyucu vasitənin seçiminə daha çox diqqət yetirmək lazımdır. Misal üçün yuyucu tozun tərkibinə daxil olan oksigen əsaslı ağardıcı ləkələri aradan qaldırmaqla yanaşı, eyni zamanda parçanın liflərini zədələyə bilər. 

Pambıq parçadan ləkələrin təmizlənməsi: ardıclllıq

  1. İlk növbədə paltar və digər məmulatların üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun və avtomatik yuma və qurulama üçün yararlı olmasından əmin olun.
  2. Parça növünə uyğun olaraq Persil yuyucu vasitəsini seçin.
  3. Yuyucu və təmizləyici vasitələrdən düzgün miqdarda istifadə etmək üçün müvafiq məlumatla tanış olun.
  4. Məhsulun və yuyucu vasitənin etiketlərində göstərilmiş məlumata əsasən yuma rejimini seçin.
  5. Müvafiq Persil vasitəsilə ləkə nahiyəsini öncədən təmizləyin.  
  6. Pambıq parça üçün yararlı temperaturda yuyun (etiketdə göstərilmiş məlumata baxın).
  7. Ləkələrin yox olduğuna əmin olun.

Yuyucu vasitənin seçimi

Paltarın yuma üçün müvafiq olmasından əmin olmaq üçün ilk öncə üzərindəki etiketlə tanış olun. Əgər paltarı yumaq olarsa, o zaman aşağıdakı vasitələrdən istifadə edin:

  • Ağ və açıq rəngli parçalar üçün Persil Vernel təravəti, Lavanda və Yaz təravəti.
  • Rəngli parçalar üçün Persil Color və ya Persil Color Vernel təravəti.
  • Zərif parçalar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə edin.

Ləkə nahiyəsinin öncədən təmizlənməsi

Pambıq parçadan qan, qəhvə, çay yaxud digər maye ləkələrini təmizləyərkən əvvəlcə artıq maye qalıqlarını təmiz bir bezl ilə silmək lazımdır. Daha sonra paltarın iç tərəfini çevirərək çirklənmiş nahiyəni yuyun.

Əgər geldən istifadə edirsinizsə, o zaman parça üzərindəki ləkəyə kifayət qədər Persil vasitəsini əlavə edin. Yuyucu vasitəni ehtiyatla ləkəyə hopdurun və onun parça liflərinə hopması üçün bir qədər gözləyin. Çətin çıxarılan ləkələrlə qarşılaşdığınız halda, paltarı Persil yuyucu vasitəsi əlavə edilmiş ilıq suda isladın. Ləkəni öncədən təmizləməyə başlamadan əvvəl üzərindəki etiketdə göstərilmiş məlumatla tanış olun.

Yuma və yaxalama

Seçilmiş Persil yuyucu vasitəsindən istifadə etməklə paltarı münasib temperaturda (etiketdə göstərilən məlumata əsasən) yuyun.

Ləkələrin təmizlənməsindən əmin olun

Paltar yuyulduqdan sonra, onda həm ləkələrin, həm də tər qoxususun qalmadığını yoxlayın. Ehtiyac olduqda yuma prosedurunu ən əvvəldən bir daha təkrarlayın.   

Çətin çıxarılan yaxud köhnə ləkələr olduğu halda paltarları Persil yuyucu vasitəsi əlavə edilmiş suda bir-iki saat ərzində islatmaq və daha sonra onu yenidən yumaq olar.

Paltar yuyulduqdan sonra ləkə izləri qalarsa, paltarı heç bir halda qurutmayın, çünki qurudulmadan sonra ləkələr daha çətin təmizlənə bilər.

Pambıqdan parçadan paltarlar – yay mövsümü üçün ideal olsalar da, tez ləkələnirlər. Persil yuyucu vasitələrinin köməyi ilə pambıq parçadan hazırlanmış paltarlarınıza və tekstil məmulatlarına qulluq edin!

Bizimlə əlaqə