Persil

Yuyulma və qurudulmadan sonra ləkələri necə təmizləmək lazımdır

Bəzən ləkənin düşməsindən xəbərsiz oluruq. Məsələn, paslanmış skamyaya dəyərək və ya yemək yeyərkən. Bu ləkələrdən xəbərsiz halda paltarınızı yuyub qurutduqdan sonra, ləkələr daha dayanıqlı olur. Bəs bu ləkələrin təmizlənməsinə ümid varmı?

Yuyulmadan və qurudulmadan sonra ləkələr

Xoşbəxtçilikdən, yuyulmadan və qurudulmadan sonra aşkarlanan ləkələrin təmizlənməsi çox səy tələb etmir. Sizdən tələb olunan – ləkənin Persil vasitəsilə öncədən təmizlənməsi və paltarın yenidən yuyulmasıdır. Ləkənin qurudulmadan sonra təmizlənməsi bir qədər çətindir. Paltaryuyanın içindəki quruducunun verdiyi istilik, ləkələri daha dayanıqlı edə bilər.

Yuma və qurudulmadan sonra problemli ləkələr

Əlbəttə ki, istisnalarsız olmaz. Paltarınız quruduqdan sonra qalan ləkələrin həmişəlik qalması mütləq deyil. Yetərincə zaman və səy göstərməklə istənilən ləkəni təmizləmək mümkündür. Boya, yağ, mürəkkəb, texniki yağ ləkələrini təmizləmək çox çətindir. Bu ləkələri təmizləmək üçün bəzən bir neçə öncədən təmizləmə və yuma tələb oluna bilər.

Lakin, bəzən öncədən təmizləmələr də qurudulmuş paltarda ləkələrin təmizlənməsinə zəmanət vermir. Bir neçə cəhddən sonra ləkələrin təmizlənməsi mümkün olmadıqda, peşəkar kimyəvi təmizləməyə müraciət etmək daha məqsədəuyğun olar.

Yumadan və qurudulmadan sonra ləkələrin təmizlənməsi: ardıcıllıq

Qırmızı çaxır və ya yağ, xardal və ya pomada ləkələrini təmizləmək üçün bir neçə vacib mərhələlərə əməl etmək lazımdır.

  1. İlk növbədə paltarın üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun.
  2. Paltarınıza müvafiq olaraq  Persil yuyucu vasitəsini seçin (parça və rəng).
  3. Bir sıra ləkələri öncədən islatma ilə təmizləmək mümkündür.
  4. Müvafiq Persil vasitəsilə ləkə nahiyəsini öncədən təmizləyin.
  5. Yuyucu və təmizləyici vasitələrdən düzgün miqdarda istifadə etmək üçün məhsulun üzərindəki məlumatla tanış olun.
  6. Uyğun paltaryuma rejimini seçin.
  7. Paltarları etiketin üzərindəki temperatura uyğun temperaturda yuyun.
  8. Ləkələrin təmizlənməsindən əmin olun.
  9. Zəruriyyət olduğu halda bu ardıcıllığı təkrarlayın.

Yuyucu vasitənin seçilməsi

Müvafiq ləkə təmizləyici və yuyucu vasitənin istifadə edilməsi mütləqdir. Ona görə də müvafiq hallarda aşağıdakı vasitələrdən istifadə etmək lazımdır:

  • Ağ parçalar üçün Persil Vernel təravəti, Lavanda və Yaz təravəti.
  • Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel təravətilask.
  • Zərif parçalar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə edin.

Ləkələrin öncədən təmizlənməsi

Persil yuyucu vasitəsini isti suya əlavə edin və ləkəli paltarı ən azı iki saat ərzində bu suda isladın. Əksər hallarda paltarları gecədən islatmaq daha məqsədəuyğundur. Yağ ləkələrini təmizləmək üçün, Persil yuyucu vasitəsini ləkənin üzərinə əlavə edin və parçaya tam hopması üçün azı iki saat gözləyin.

Yuma və yaxalama

Paltarları isti suda, paltarın üzərindəki etiketdə qeyd edilən temperatur göstəricisinə uyğun temperaturda yuyun.

Ləkənin təmizlənməsindən əmin olun

Ləkələrin təmizlənməsindən əmin olun. İlk yumadan sonra ləkələrin qalma ehtimalı ola bilər. Amm siz yenə də səbirli olun. Ləkələrin tam təmizlənməsi üçün Persil vasitəsilə bir neçə mərhələdə ön təmizləmə tələb oluna bilər.

Paltarlarlarınızdakı ləkələri yalnız qurudulmadan sonra aşkar etmisiniz? Təəssüflənməyə dəyməz. Ləkələrin təmizlənməsi üçün bu tövsiyələrə riayət edin.

Bizimlə əlaqə