Persil

Paltarları meyvə və tərəvəz ləkələrindən necə təmizləmək olar

Gündəlik qida qəbulunda meyvə və tərəvəzlər, əlbəttə ki, sağlamlığımız üçün çox önəmli olsa da paltarların üzərindəki ləkələrdən heç kim qorunmayıb. Meyvə və tərəvəz şirələri çox dadlı olsalar da, hər an paltarlarda ləkə izi buraxa bilərlər. Xoxbəxtçilikdən, bu cür ləkələri təmizləmək hər hansı bir əlavə çətinlik törətmir.

Meyvə və tərəvəz ləkələrinin təmizlənməsi: ardıcıllıq

Ləkəni təmizləməmişdən əvvəl, paltarın üzərindəki etiketdə qeyd edilən məlumatla tanış olun. Sonra isə, aşağıda verilmiş tövsiyələrə riayət edin:

  1. Ləkənin təmizlənməsi üçün dərhal hərəkətə keçin.
  2. İlk öncə, ləkənin üzərindəki meyvənin qalıqlarını təmizləyin.
  3. Ləkə düşmüş yeri soyuq su ilə yaxalayın.
  4. Parçanın rənginə və növünə uyğun olaraq, Persil yuyucu vasitəsini seçin.
  5. Ləkə nayihəsini öncədən təmizləyin.
  6. Yuyucu vasitədən hansı miqdarda istifadə etmək üçün üzərindəki  miqdara dair məlumatı diqqətlə oxuyun.
  7. Paltarın üzərindəki etiket göstəricisi və yuyucu vasitənin üzərindəki məlumata əsasən müvafiq rejimi  seçin.
  8. Paltarı müvafiq temperaturda yuyun, sonra isə yaxalayın.
  9. Ləkənin təmizləndiyindən  əmin olun.

Dərhal hərəkətə keçin

İlk öncə meyvə qalıqlarını paltardan təmizləyin, sonra ləkə düşən nayhəni soyuq su ilə yaxalayın. Ləkə düşən nahiyəni süngər ilə azacıq isladın. Bu ləkəni “aça” bilər.

Müvafiq yuyucu vasitəni seçin

Hər şey, düzgün seçilmiş yuyucu vasitədən aslıdır. Ağ və açıq rəngli paltarlardan ləkənin təmizlənməsi üçün Persil Vernel Təravəti, Persil Lavanda, və Persil Yaz Təravəti  yuyucu vasitələri ideal seçimdir. Rəngli paltarlar üçün isə Persil Color və ya Persil Color Vernel Təravəti məqsədəuyğundur. Zərif parçalardan (ipək, yun və ya saten) ləkəni təmizləmək lazım olduqda isə, xüsusi bir yuyucu vasitə olan Perwoll-dan istifadə edin. Yumağa başlamadan öncə, paltarın üzərindəki etiketdə qeyd edilən məlumatla tanış olun.

Ləkə nayihəsinin öncədən təmizlənməsi və yuma

Ləkə nahiyəsini öncədən təmizləməyə başlamazdan əvvəl, etiket üzərində qeyd edilən məlumatla tanış olun. İlk növbədə, paltarın rənginin dayanıqlı olduğunu yoxlayın. Sonra, Persil yuyucu vasitəsini ləkənin üzərinə əlavə edərək, səliqə ilə parçaya hopdurun. Bir neçə dəqiqə gözlədikdən sonra, paltarı müvafiq temperaturda (etiketdə göstərilən məlumata baxın) yuyun. Çətinliklə təmizlənən ləkə olduqda, Persil yuyucu vasitədən ilıq suya əlavə edərək, paltarları suda isladın. Ləkəni öncədən təmizləyərkən, paltarın üzərindəki etiketdə qeyd edilən məlumatla tanış olun.

Ləkələrin təmizlənməsindən əmin olun

İlk yumada ləkəni təmizləmək mümkün olmadıqda, platarları Persil yuyucu vasitə əlavə edilmiş suda bir neçə saatlıq isladın sonra yuyun. Meyvə və ya tərəvəz ləkələrinin təmizlənməsinə paltarların islaqda saxlanması kömək edə bilər. Amma, paltarı islatmadan öncə, etiketdəki məlumatla tanış olmağınız tövsiyə olunur.

Meyvə və meyvə şirələrindən düşmüş ləkələrin, hamam və ya yataq dəstlərindən və başqa parçalardan təmizlənməsi

Meyvə və tərəvəz ləkələrinin köynəkdən və ya şalvardan təmizlənməsi üçün, yuxarıda qeyd olunmuş məsləhətləri yerinə yetirmək kifayət edər. Amma bəzi parçalar avtomatik yuyulma üçün nəzərdə tutulmamışdır. Əldə yuyulan paltarlar və ya zərif parçalardan ləkələrin təmizlənməsi üçün Laska xüsusi yuyucu vasitədən istifadə edin.

Parçanın rəngindən asılı olaraq, meyvə və tərəvəz ləkələrinin təmizlənməsi

Meyvə və ya tərəvəz şirəsindən düşən ləkələri təmizləməmişdən öncə, unutmayın ki, parçaların solma ehtimalı ola bilər. Göy, qara, qırmızı və ya yaşıl rəngli parçaların yuyumunda, rəngləri soldurmayacaq, xüsusi yuyucu vasitələrdən istifadə etmək lazımdır. Bu cür yumada, Persil Color və ya Persil Color Vernel Təravəti ideal seçim ola bilər. 

Meyvə və ya tərəvəzdən düşən ləkələrin xalq üsulu lə təmizlənməsi

Paltarlara düşmüş ləkələri həmçinin, xalq üsulu ilə də təmizləmək olar. Buna baxmayaraq, bu üsullar həm parçanı, həm də  paltaryuyanı xarab edə bilər. Məhz, ona görə də, meyvə və ya tərəvəz ləkələrini təmizləyərkən, ləkə və çirkə qarşı xüsusi vasitələrdən istifadə etməyiniz tövsiyə edilir. Məsələn, Persil yuyucu vasitələri bu halda daha məqsədəuyğundur.

Meyvə və tərəvəz ləkələrini necə təmizləməli olduğunuzu bilmirsiniz? Yuxarıda verilən məsləhətlərlə faydalanaraq, sağlam qidalanmadan həzz alacaqsanız. Bununla belə artıq ləkə salmaqdan da qorxmağa ehtiyac yoxdur.

Bizimlə əlaqə