Persil

Paltar və digər əşyalardan palçıq ləkələrini necə təmizləmək olar

Yağışlı havada, yatmaq sizə rahatlıq bəxş etsə də, yağışdan sonra əmələ gələn gölməçələrin yanından uşaqlarınız sakitcə keçə bilməyəcək. Nəm, palçıqlı corab, köynək və ya şalvarla üzləşdiyiniz zaman bu cür vəziyyətdən necə çıxmalı olduğunuzu bilməlisiniz. Xoşbəxtlikdən, bu problemin öhdəsindən gəlmək olduqca asandır.

Palçıq ləkələrinin növləri

Paltarları yumadan öncə onların nədən çirkləndiyini öyrənmək lazımdır. Bu, quru torpaq izlərdisə, bu izlərdən, onlar tam ləkəyə çevrilməmiş, səliqəli şəkildə fırçayla təmizləyərək, qurtulmaq olar. Söhbət sulu palçıqdan gedirsə, bu cür ləkələr anında paltara hopur.

Palçıq ləkələrinin təmizlənməsi: mərhələli təlimat

Ləkəni təmizləməyə başlamadan öncə, etiketdə yazılmış məlumatlarla tanış olun. Daha sonra isə aşağıda göstərilmiş tövsiyələrə riayət edin:

  1. Müvafiq Persil yuyucu vasitəsini seçin (təmizlənən parçanın növündən asılı olaraq)
  2. Fırçanın köməyi ilə parçanın üzərindən qurumuş palçıq qalıqlarını təmizləyin.
  3. Məhsulun üzərində qeyd olunan məlumata uyğun olaraq, müvafiq miqdarda yuyucu vasitədən əlavə edin.
  4. Paltarların etiketindəki və yuyucu vasitənin üzərindəki məlumata əsaslanaraq, yuma rejimini seçin.
  5. Zərurət yarandıqda, ləkəni əvvəlcədən təmizləyin.
  6. Paltarları müvafiq temperaturda yuyun.
  7. Paltar üzərində palçıq ləkələrinin təmizlənməsindən əmin olun.
  8. Ehtiyac olduqda, yuma prosesini təkrarlayın.

Yuma və ləkələrin təmizlənməsi üçün uyğun vasitəni seçin

Paltarın ləkələrdən təmizlənməsinə başlamadan öncə, etiketin üzərindəki məlumatı yoxlayın. Avtomatik yumada ağ və açıq rəngli paltarlar üçün Persil Vernel Təravəti, Persil Lavanda və Persil Yaz Təravəti vasitələrindən istifadə etmək olar. Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel Təravəti vasitələrindən istifadə etmək olar. Palçıq ləkələri əsasən bərk piqmentlərdən ibarət olur. Bu cür olan halda hopmuş qara ləkələrin təmizlənməsi üçün paltar fırçası və  maye yuyucu vasitədən istifadə edin. Zərif parçaların xüsusi qulluq tələb edir, buna görə onları Perwoll vasitəsindən istifadə etməklə yumaq lazımdır.

Ləkələrin əvvəlcədən təmizlənməsi

Digər ləkə növlərindən fərli olaraq, palçıq ləkəsinin qurumasını gözləmək lazımdır. Daha sonra isə yumşaq tüklü fırçanın köməyi ilə parçanın üzərindən sərt çirk qalıqlarını təmizləmək lazımdır. Geldən istifadə etdiyiniz zaman çirklənmiş hissəyə az miqdarda Persil yuyucu vasitəsini vurun, sonra isə əl və ya fırçayla liflərə hopdurun və bir neçə dəqiqə gözləyin. Bundan sonra paltarı yumaq lazımdır. Hopmuş və ya köhnə ləkələr olduqda, paltarı əvvəlcədən yuyucu vasitə ilə qarışdırılmış suda ən azı iki saat islatmaq lazımdır.

Yuma və yaxalama

Paltarı yalnız müvafiq temperaturda yuyun (paltarın etiketindəki məlumata bax). Yuyucu vasitədən çox çirklənmiş paltar üçün qeyd olunmuş miqdarda istifadə edin (qablaşdırma üzərindəki dozaya bax).

Paltarlar üzərində ləkələrin təmizlənməsindən əmin olun

Yuyulmuş paltarı qurutmadan öncə, mütləq ləkənin təmizlənməsini yoxlayın. Paltar üzərində palçıq izləri qaldığı zaman, yenidən əvvəlcədən təmizləmə, islatma və yuma prosedurlarını təkrarlayın.

Xüsusi növ paltarların və parçaların palçıq ləkələrindən təmizlənməsi

Əllə yuyulan ipək kimi zərif parçalarda ləkələrin təmizlənməsi zamanı xüsusi diqqət tələb olunur. Zərif parçadan olan paltarlardan torpaq və ya qırmızı gil izlərindən qalmış ləkələrin təmizlənməsi üçün Perwoll vasitəsindən istifadə edin və paltarlarınızı əllə yuyun. Həmçinin paltarı əvvəlcədən bir neçə saatlıq islağa qoymaq tövsiyə olunur ki, bu da hopmuş ləkələrin daha tez təmizlənməsinə kömək edəcək.

Etiketin üzərində “quru təmizləmə” qeyd edildikdə isə risk etməyin - peşəkarlara etibar edin və paltarları kimyəvi təmizləməyə verin.

Pambıq və poliesterdən olan parçalar yüksək davamlılıqları və uzunömürlülükləri ilə fərqlənirlər. Onları paltaryuyan maşında, əllə, yumaq, paltarın yığılması və parça liflərinin zədələnməsi riski olmadan kimyəvi təmizləməyə vermək olar.

Ağ paltarların xalq üsulu ilə palçıq ləkələrindən təmizlənməsi

Bir çox hallarda yuxarıda qeyd olunmuş üsullar hətta ağ paltarlar üzərindəki palçıq ləkələri ilə mübarizədə effektiv olur. Əmələ gəlmiş problemdən qurtulmaq üçün bu tövsiyələrə riayət edin. Ləkələrin təmizlənməsi üçün heç bir halda xalq vasitələrindən istifadə etməyin, çünki bununla bəzi parçaları korlamaq olar.

Yağış özünü sizə çirkli ləkələrlə xatırladır? Bu xatirələrdən qurtulun! Yuxarıda göstərilmiş tövsiyələrə riayət etməklə, Siz asanlıqla torpaq və qırmızı gil ləkələrindən qurtula biləcəksiniz.

Bizimlə əlaqə