Persil

Ot ləkələrinin təmizlənməsi

Uşaq paltarlarındakı ot və ya yarpaq ləkəsi artıq öyrəşdiyimiz bir ləkədir. Sanki uşaqlar paltarlarını qəsdən ləkəyirlər. Siz gündəlik olaraq ot ləkələrinə, onların cinsində, idman maykasında, şalvarda və idman ayaqqabılarında rast gələ bilərsiniz. Xoşbəxtlikdən, bu ləkələri təmizləməyin bir neçə sadə üsulu var. 

Ot və yarpaq ləkələrinin çıxarılması: ardıcıllıq

Ləkəni təmizləmədən öncə, üzərindəki etiketdə qeyd edilən məlumatla tanış olun. Sonra isə, aşağıdakı məsləhətlərə riayət edin:

  1. Parçanın rənginə və növünə uyğun olaraq, Persil yuycu vasitəni seçin.
  2. Məhsulun üzərində qeyd olunan məlumata uyğun olaraq, müvafiq miqdarda yuyucu vasitədən əlavə edin.
  3. Paltarın etiketində qeyd edilən rejimi seçin.
  4. Yumadan əvvəl, paltarları Persil yuyucu vasitəsi ilə öncədən təmizləyin.
  5. Etiketdə qeyd edilən temperatura uyğun dərəcədə paltarları yuyun.
  6. Ləkənin təmizlənməsindən əmin olun.

Yuyucu vasitəni necə seçmək lazımdır

İdman şalvarlarından, şort və ya köynəkdən ot ləkəsini təmizləmək üçün, düzgün yuyucu vasitəsinin seçimi mütləqdir. Ləkəni təmizləmədən öncə, paltarınızın üzərindəki etiketdə qeyd olunan məlumatla tanış olun. Paltarın, avtomatik yuma üçün yararlı olmasından əmin olun. Avtomatik yumaya məhdudiyyət yoxdursa, ağ paltarlar üçün Persil Vernel Təravəti, Persil Lavanda və Persil Yaz Təravəti məhsullarından istifadə edin. Yalnız, yumadan öncə, paltarların oksigen əsaslı ağardıcı ilə yuyulmasının mümkünlüyünü yoxlayın. Rəngli paltarlar üçün isə, optimal seçim Persil Color və ya Persil Color Vernel Təravətdir.

Öncədən təmizləmə və yuma

Əgər Persil geldən istifadə edirsinizsə, o zaman parça üzərindəki ləkəyə Persil vasitəsini əlavə edin və ləkəni yüngülcə sürtün. Bir az gözlədikdən sonra paltarları müvafiq temperaturda yuyun. Maksimal istifadə edəcəyiniz temperatur rejimi barədə məlumatı paltarların üzərindəki etiketdən öyrənə bilərsiniz. Çətin çıxarılan və ya köhnə ləkələrlə qarşılaşdığınız halda, paltarı Persil yuyucu vasitəsi əlavə edilmiş isti suda bir neçə saat isladın. Hər zaman ləkəni öncədən təmizləməyə başlamadan əvvəl paltarın üzərindəki etiketdə göstərilmiş məlumatla tanış olmaq lazımdır.

Ləkənin yoxlanması

Ləkənin təmizlənməsindən əmin olmadan paltarları qurudulmaya qoymayın. Paltarları ləkəli halda qurutduqda, ləkələrin parçada həmişəlik qalma ehtimalı artır. Əgər paltarı yuduqdan sonra, ləkə hələ də təmizlənməyibsə, onda seçdiyiniz Persil yuyucu vasitəni  ləkənin üzərinə əlavə edin və iki saat saxlayıb, yenidən yuyun. Yalnız, ləkəni öncədən təmizləməyə başlamadan əvvəl paltarın üzərindəki etiketdə göstərilmiş məlumatla tanış olmaq lazımdır.

Xüsusi geyim və parça növlərindən ot ləkəsnin təmizlənməsi

 “Ot və yarpaq ləkəsi” dedikdə, çoxları şalvarlarda, diz nayihəsində yaranmış ləkəni təsvir edirlər. Lakin, ot ləkəsi idman ayaqqabılarını da korlaya bilər. İdman ayaqqabılarından ot ləkəsini təmizləmək üçün, fərqli üsullardan istifadə etmək gərəkdir. Yuyucu vasitədən istifadə etmədən əvvəl ayaqqabıların içərisində qeyd olunan məlumatla tanış olun. Ayyaqabıların yumaya münasib olması və rənglərin qarışma ehtimalına dair məlumatı tam öyrənin. Sonra, az miqdarda Persil yuyucu vasitəsini ləkənin üzərinə tökün. Sonra, təmiz diş fırçasının köməyi ilə, yuyucu vasitəni ayaqqabıya elə sürtün ki, çırki və yaşıl ot ləkələri islansın. Yuyucu vasitəsinin öz effektliyini göstərməsi üçün, ən azı 20 dəqiqə gözlədikdən sonra, idman ayaqqabılarını adı şəkildə yuyun. Əgər ləkə təmizlənməzsə, onda bu prosesi bir də təkrarlamaq lazımdır.

Fərqli növ parçalardan ləkəni necə təmizləmək olar

Bəzi parçalar, digərlərindən daha zərif olurlar. Əgər ot ləkələrini yun, ipək və ya atlas parçalardan təmizləmək istəyirsinizsə, onda xüsusi yuyucu vasitə olan, Laskadan istifadə edin.

Ot ləkələrinin rəngli paltardan təmizlənməsi

Paltarın rəngindən aslı olaraq, ləkələrin və parçaların təmizlənməsində uyğun yuyucu vasitədən istifadə etmək lazımdır. Persil Color və Persil Color Vernel Təravəti, xüsusilə rəngli paltarlarda istifadə üçün hazırlanmışdır.

Ot ləkələrinin xalq üsulu ilə təmizlənməsi

Çox güman ki, siz ot və yarpaq ləkələrinin təmizlənməsi üçün elarası üsullara müraciət etmisiniz. Lakin, bu üsullar həmişə özünü doğrultmur və bəzən paltara, hətta paltaryuyana da zərər verə bilər. Ləkələrin təmizlənməsi üçün, xalq üsullarının yerinə, təhlükəsiz və effektli yuyucu vasitəsi olan, Persil-dən istifadə edin.

Ot ləkələrinin kefinizi pozmağa imkan verməyin. Persil yuyucu vasitəsindən istifadə etməklə, siz çox asanlıqla ləkələrin təmizlənməsinə nail ola bilərsiniz.

Bizimlə əlaqə