Persil

Ləkələrin təmizlənməsi üzrə ümumi tövsiyələr

Parkda piknikdə yemək yeyərkən, qəflətən əlinizdən düşən yemək köynəyinizə ləkə salır. Uşağınız əylənərək vaxtını keçirərkən, üfürərək partlatdığı saqqız saçlarına və paltarına yapışır. Səhər yuxudan durarkən, gecə yerə atdığınız cinsinizin üzərində itinizin izləri sizi təəcübləndirir.   

Ləkələrdən qorunmaq çox çətindir. Bu, bizim gündəlik olaraq üzləşdiyimiz yetərincə böyük bir problemdir. Lakin düzgün yuyucu vasitə hətta ən dayanıqlı ləkələrdən də qurtulmağa kömək edəcək.

Ləkələrin təmizlənməsi

Paltarlarınızın yüksək keyfiyyətli yuyucu vasitə ilə yuyulması ləkələrin təmizlənməsinə kömək edəcək.

Ləkələrin təmizlənməsi zamanı ən əsası ləkələri vaxtında aşkar etmək və dərhal tədbir görməkdən ibarətdir. Axı ləkələrin çoxu, vaxtında aşkar olunmadan yuyulub qurudulduğu üçün daimi ləkələrə çevrilir. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, bir neçə ləkə növü mövcuddur. Onların bəziləri zülal əsaslı (misal üçün tər və qoltuqaltı ləkələr), bəziləri maye əsaslı (misal üçün meyvə şirəsi və şərab), digərləri isə yağ əsaslı (misal üçün piy və yağ ləkələri) ola bilər.

Qarşılaşdığınız ləkə növündən asılı olmayaraq, bilməli olduğunuz bir neçə ümumi qayda var:

  • İlk növbədə hət zaman geyiminizdəki etiketə qiqqət yetirin.  Etiketdə parçanın növü qeyd edilir. Bu məlumata əsasən Siz paltarınızı əllə yaxud avtomat rejimdə yuya bilərsiniz. Etiketdə həmçinin müvafiq geyimin hansı temperaturda yuyulması və qurudulmasına dair göstəricilər qeyd edilir.
  • Paltarların rəngindən və parça növündən asılı olaraq yuyucu vasitəni düzgün seçin. Ağ və açıq rəngli parçalar üçün Persil Vernel Təravəti, Persil Lavanda və Persil Yaz Təravəti yuyucu vasitələrdən istifadə edə bilərsiniz. Rəngli parçalar üçün Persil Color və ya Persil Color Vernel təravəti istifadə edin. Yun və ipək kimi zərif parçalardan hazırlanan paltarları Perwoll xüsusi yuyucu vasitə ilə yuyun.
  • Ləkə üzərində sərt çirk qalıqları və ya maye qalığı olduqda, Persil yuyucu vasitəsini istifadə etməmişdən  əvvəl onları təmizləmək lazımdır.  Bəzi ləkələri paltarı tərs üzünə çevirərək soyuq su ilə yumaq tələb oluna bilər.
  • Bəzi ləkələrin təmizlənməsi üçün onları öncədən təmizləmək tələb oluna bilər. Əgər Persil geldən istifadə edirsinizsə, o zaman parça üzərindəki ləkəyə kifayət qədər Persil vasitəsini əlavə edin. Çətin çıxarılan və ya köhnə ləkələrlə qarşılaşdığınız halda, paltarı  Persil yuyucu vasitəsi əlavə edilmiş suda isladın sonra yuyun. Hər zaman ləkəni öncədən təmizləməyə başlamadan əvvəl paltarın üzərindəki etiketdə göstərilmiş məlumatla tanış olun.
  • Yumadan əvvəl yuyucu vasitələrdən düzgün miqdarda istifadə etmək üçün müvafiq məlumatla tanış olun.
  • Yuma rejimini düzgün seçin. Bunun üçün paltarın etiketində göstərilmiş məlumtla tanış olun.
  • Ləkə tam təmizlənmədiyi haıda paltarı qurudulma rejiminə qoymayın, əks halda ləkə paltar üzərində həmişəlik qala bilər. Siz ləkənin tam təmizlənməsi üçün ön təmizləməni təkrar edə bilərsiniz. Bunun üçün ləkə nəm olmalıdır.

Ləkələrin təmizlənməsi zamanı əsas fərqlər

Müxtəlif növ ləkələrin təmizlənməsi üçün tələb olunan təmizləmə üsullarının öyrənilməsinə bir az zaman ayırmaq lazımdır. Bəzi üsullar bir-birinə bənzəsə də, fəqli cəhətləri də olur. Misal üçün bəzi ləkələri soyuq suda, digərlərini isə isti suda yumaq lazımdır.

Suallar və cavablar

Əgər paltarınızdakı ləkəni necə təmizləməli olduğunuzu bilmirsinizsə, aşağıdakı sual-cavablarla tanış olun.

1. Paltarları ağartmaq lazımdırmı?

Əksər hallarda yox. Ağardıcılar paltarları həqiqətən daha bəyaz etsələr də, həmçinin paltarın rəngini də tamamilə dəyişə bilərlər. Əgər Siz yalnız paltarın bir hissəsində ağardıcıdan istifadə etsəniz, o zaman paltarınızda yeni bir ləkə əmələ gələcək və həmin ləkəni aradan qaldırmaq bir qədər də çətin olacaq.  Bundan başqa ağardıcı həmçinin bəzi paltarların keyfiyyətinə və zahiri görkəminə pis təsir göstərir. Misal üçün poliester parçalar ağardıcıdan saralır, pambıq parçanın isə lifləri zədələnir.

2. Ləkələri təmizləyərkən  xalq üsullarından istifadə etmək olarmı?

Xalq üsulları Sizin vaxtınıza və pulunuza qənaət etsə də, paltarlara dəyən zərər daha çox ola bilər. Limon turşusu və hidrogen peroksid kimi bəzi maddələr rəngli paltarların rəngini soldura bilər. Sirkə və duz kimi digər vasitələr müəyyən zaman keçəndən sonra paltar yuyan maşınınızı sıradan çıxara bilər. Buna görə də biz Sizə xüsusilə paltar yumaq üçün hazırlanmış Persil yuyucu vasitələrdən istifadə etməyi tövsiyə edirik.  

3. Ləkənin yayılmasının qarşısını necə almaq olar?

Ləkəni nəmləndirin. Heç bir halda ləkəni sürtməyin və təmizləməyin. Yalnız nəmləndirin.

Paltarı ləkədən təmizləmək istəyirsiniz? Düzgün yuyucu vasitəsi Persil seçməklə və bir neçə məsləhətin köməyi ilə bunu etmək asan və tez olacaq.

Bizimlə əlaqə