Persil

Ev heyvanlarından qalan ləkələri necə təmizləmək lazımdır

Balaca qəşəng pişiyinizi və itinizin oynamağını  çox xoşlayırsınız. Lakin onlar sizin paltarları və ya evdəki digər əşyaları batırdıqda bu heç də ürəkaçan olmur. Bu ləkələri necə təmizləməyin yolları ilə tanış olun.

Ev heyvanlarından qalan ləkələrin təmizlənməsi: ardıcıllıq

  1. İlk növbədə etiketin qzərindəki məlumatla tanış olun.
  2. Platarınıza uyğun olan Pesril yuyucu vasitəni seçin  (parça və rəng).
  3. Bərkimi və qurumuş qalıqları təmizləyin.
  4. Su ilə isladın.
  5. Seçilmiş  Persil vasitəsilə ləkəni öncədən təmizləyin.
  6. İsitfadə etdiyiniz vasitənin miqdarında görə məhsulun üzərində yazılan məlumatı diqqətlə oxuyun.
  7. Müvafiq yuma rejimini seçin.
  8. Paltarlarınız üçün münasib olan temperaturda yuyun.
  9. Ləkələrin təmizlənməsindən əmin olun.

Yuyucu vasitənin seçimi

Persil yuyucu vasitənin seçimi sizin paltarın parçasının növündən və rəngindən asılıdır.

  • Ağ parçalar üçün Persil Vernel təravəti, Lavanda və Yaz təravəti.
  • Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel təravəti.
  • Zərif parçalar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə edin.

Ev heyvanlarından qalan ləkələrin öncədən təmizlənməsi

Ləkələrin üzərində bərkimiş hissəciklər olanda onları plastik qaşıqla qaşıyın. Maye artığı varsa onu təmiz bir bezlə silin. Seçdiyiniz Persil yuyucu vasitəni ləkə olan nahiyəyə əlavə edin və ehtiyatla sürtün. Bir neçə dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun və üzərinə süngərlə basmaqla suyu qurulayın.

Yuma və yaxalama

Yuyucu vasitədən “çox çirkli paltarlar üçün tələb olunan” (məhsulun üzərində qeyd edilib) miqdarda istifadə edin və paltarlar üçün müvafiq temperaturda onları yuyun. Bu məlumatla paltarın üzərindəki etiketdə tanış ola bilərsiniz.

Ev heyvanlarının qoyduqları ləkələrin təmizlənməsindən əmin olun

Ləkələrin tam təmizlənməsindən əmin olmadan paltarları qurudulmağa qoymayın. Belə ki, ləkələr daha dayanıqlı ola bilər. Ləkələr təmizlənmədikdə öncədən təmizləməni bir daha təkrarlayın.

Ev heyvanlarından qalan ləkələrin xüsusi növ parçalardan və tekstil məmulatlarından təmizlənməsi

Ev heyvanları mebel örtüyündə, xalçada ləkə qoyarsa, ləkə olan nahiyəni öncədən təmizləyin sonra yuyun və üzərini təmiz quru dəsmalla qurulayın. Ləkənin tam təmizlənməsi üçün bu proseduru bir neçə dəfə təkrar etmək tələb oluna bilər.

Ev heyvanlarından qalan ləkələri ipək və ya yun kimi zərif parçalardan təmizləmək üçün xüsusi Laska vasitəsindən və əldə yumadan istifadə edin. Bu parçanı zədələmədə ləkələrin təmizlənməsinə kömək edəcək.

Ev heyvanlarından qalan ləklərin xüsusiyyətləri

Ləkə nahiyəsinin təmizlənməsi ev heyvanlarından qalan köhnəlmiş sidik və ya digər ləkələrə təsir etmir? Paltarlarınızı bir neçə saatlıq islaqda qoymağa cəhd edin. Bu açıq ləkələrin getməsinə kömək edəcək. Daha tünd ləkələrin təmizlənməsi üçün bir az artıq müddətdə islaqda saxlaya bilərsiniz.

Ev heyvanlarından qalan ləkələrin təmizlənməsi üçün xalq üsulu

Bu cür ləkələrin təmizlənməsi üçün xalq üsullarından istifadə etmək könlünüzdən keçə bilər. Lakin isitfadə etdiyiniz vasitədən asılı olaraq, paltarınızın rəngi və ya paltaryuyuan maşınınız korlana bilər. Biz sizə xalq vasitələrinin əvəzinə məhz bu məqsədlər üçün yaradılmış xüsusi yuyucu vasitələrdən istifadə etməyi tövsiyə edirik.

Ev heyvanlarından qalan ləkələrin qırmızı və ya qara paltarlardan təmizlənməsi

Tünd paltar üzərində ləkəni müəyyən etmək, xüsusilə də ləkə düşərkən xəbərsiz olduğunuz halda, bir az çətindir. Ev heyvanlarından qalan ləkələri tünd-qəhvəyi, qara və ya qırmızı paltarlarda müəyyən etmək üçün iybilmə orqanı, yəni burnunuz köməyinizə çatacaq. Əgər bunu etmək istəmirsinizsə, və pişiklərin sidik ləkələrini təmizləmək lazımdırsa o zaman ultrabənövşəyi lampalardan istifadə edin. Bu işıq altında sidik ləkəsinin olduğu nahiyəni asanlıqla tapacaqsınız.

Əlbəttə ki, ev heyvanlarını çox sevirsiniz, amma bu o demək deyil ki, siz bu ləkələrlə yaşamağa məhkumsunuz. Məsləhətlərə riayət edin və bu cür ləkələrdən qurtulun.

Bizimlə əlaqə