Persil

Cins parçadan ləkələri necə təmizləmək lazımdır

Əksər hallarda cinsi tez- tez yumaq tələb olunmur. Tez-tez yuyulduqda cinslər tez də köhnələ bilər. Əgər cinsinizin üzərinə ləkə salmısınızsa, onda yubanmadan hərəkətə keçməlisiz. Xoşbəxtçilikdən, bu çətin deyil.

Cinsdən ləkələrin təmizlənməsi: ardıcıllıq

Ləkələri təmizləmək üçün sizdən aşağıdakılar tələb olunur:

  1. İlk növbədə paltarın üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun.
  2. Paltarınıza müvafiq olaraq  Persil yuyucu vasitəsini seçin (parça və rəng).
  3. Yuyucu vasitədən nə qədər istifadə etməyi dəqiqləşdirmək üçün yuyucu vasitənin arxa tərəfində qeyd edilən məlumatla tanış olun.
  4. Müvafiq paltaryuma rejimini seçin (bax paltarın üzərindəki etiketdə)
  5. Müvafiq Persil vasitəsilə ləkə nahiyəsini öncədən təmizləyin.
  6. Paltarın etiketinin üzərindəki temperatura uyğun temperaturda yuyun.
  7. Ləkələrin təmizlənməsini yoxlayın.

Yuyucu vasitəni seçin

Ağ və açıq rəngli paltarlar üçün Persil Vernel Təravəti, Persil Lavanda və Persil Yaz Təravəti  məhsullarından istifadə edin. Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel təravəti məhsullarından istifadə edin.

Ot və yarpaq ləkələri

Ot və yarpaqdan ləkə düşdükdə, ləkənin qurumasını gözləyin, sonra isə həmin ləkəni qaşıyın. Qurumuş çirk qalıqlarını təmizlədikdən sonra, ləkənin üzərinə Persil yuyucu vasitəsini əlavə edin və yavaşca sürtün. Sonra isə müvafiq temperaturda cinsi yuyun.

Qan ləkəsi

Əgər qan ləkəsi təzədirsə, soyuq su ilə isladılmış təmiz bez parçanı ləkənin üzərinə qoyun. Gel vasitələrdən istifadə edirsinizsə, Persil yuyucu vasitəsini ləkə olan nahiyəyə əlavə edin və təsir etməsi üçün bir neçə dəqiqə gözləyib sonra yuyun. Cinslərin yuyulması üçün müvafiq temperatura riayət edin.

Qan ləkəsi quruduqda, Persil yuyucu vasitədən soyuq suya əlavə edərək cinsinizi bir neçə dəqiqəliyinə isladın. Cinsi sudan çıxarın, qan ləkəsi olan nahiyəni mümkün dərəcədə isladın.

Yağ ləkələri

Əgər cinsinizə yağ ləkəsi salmısınızsa, cinsi Persil yuyucu vasitəsi ilə təmizlədikdən sonra onu yuyun. Başqa ləkələrdən fərqli olaraq, yağ ləkələri 30 °C və 40 °C dərəcə arasında yuyulmalıdır. Bu yağ ləkələrinin qalmasının qarşısını alır.

Şərab (çaxır) ləkəsi

Nahar yeməyində bir qədəh çaxır içmək sizə xoş təəssüratlar bağışlasa da, eynisini çaxırdan düşən ləkələr üçün söyləmək çətindir. Ləkənin həmişəlik iz buraxmamsı üçün, dərhal hərəkətə keçmək lazımdır. İlk öncə, dağılmış maye artığını ağ quru bezlə silin, sonra isə paltarınızı tərs üzünə çevirərək soyuq su ilə çoxlu yuyun. Persil yuyucu vasitəni ləkə düşən tərəfdən əlavə edin. Bundan sonra, yuyucu vasitənin parçaya hopması üçün bir neçə dəqiqə gözləyin və paltarı etiketində qeyd edilən temperatura uyğun dərəcədə yuyun.

Ağ cinsdən ləkələrin təmizlənməsi

Tünd cinslərə nisbətən ağ cinslərdən ləkələrin təmizlənməsi daha çətin ola bilər. Amma yuxarıda yazılanlara deyilən qaydada əməl etsəniz, ləkəni tez bir zamanda təmizləyə bilərsiniz. Sadəcə, ağ rəngli cinsiniz üçün, müvafiq Persil yuyucu vasitəsindən istifadə etməyi unutmayın. Ləkənin növündən asılı olmayaraq, siz yuxarıda qeyd edilən tövsiyələrə əməl etməklə Persil yuyucu vasitəsindən istifadə edərək ləkələrdən qurtula bilərsiniz.

Bizimlə əlaqə