Persil

Ağ paltarı ləkələrdən necə təmizləmək olar

Ləkəsiz və təmiz ağ paltar – əsl qəhrəmanlıqdır. Nə qədər səliqəli olmağınızdan asılı olmayaraq, ağ paltarlar sanki maqnit kimi ləkələri özünə çəkir. Əlbəttə ki, bu ləkələri təmizləmək də çox çətin olur: xardal, ketçup və ya sous, yemək ləkələri, dezodorant izləri, qan damcısı, tər izi, şərab ləkələri, çay və ya qəhvə ləkələri və qoltuqaltı nahiyəsində izlər. Hətta kiçik bir şokolad belə əsl fəlakətə çevrilə bilər. Paltar üzərində bu cür ləkələri heç bir halda diqqətsiz saxlamaq olmaz. Ağ paltarların ləkələrdən təmizlənməsi problemi ilə qarşılaşmışsınızsa, aşağıda qeyd olunmuş tövsiyələrlə tanış olun.

Ağ köynəyin ləkələrdən təmizlənməsi

Paltarların üzərinə yemək, sous və ya şirə ləkəsini salmaqdan asan heç bir şey yoxdur. Lakin daha tez-tez biz qoltuqaltı nahiyədə dezodorant və ya tər ləkələri ilə qarşılaşırıq. Bu sarı dairəvi ləkələrin paltarlardan iz saxlamadan təmizlənməsi çox səy tələb edir. Bundan əlavə, bu cür ləkələrlə birlikdə adətən köynəkdə xoşagəlməz qoxu da qalır.

Ağ şalvar və ya şortların ləkələrdən təmizlənməsi

Ağ şortlar və şalvarlar daha çox ot, palçıq, gün kremi, losyon və digər kosmetik vasitələrdən ləkələnir. Balaca uşaqları olanlar daha yaxşı bilir ki, uşaqların ağ şalvarları, şortları bəzən meyvə və ya tərəvəz şirələrinə görə korlanır. Belə ki, təkcə uşaqlar deyil, hətta böyüklər belə, bəzən unutqanlıq edərək, əllərini şalvarlarına silir və nəticədə paltarların üzərində yemək və yağ ləkələri qalır.

Ağ paltarın ləkələrdən təmizlənməsi

Ağ don hər zaman yaraşıqlı görünür və diqqətləri üzərində toplayır. Ona görə də ağ paltarların təmiz qalması çox önəmlidir. Harada olmağınızdan asılı olmayaraq (nəqliyyat vasitəsində və ya teatrda oturacaqlar arasından keçməyə cəhd göstərirsiniz, yaxud sadəcə təbiətdə qoynunda  gün işığında dincəlirsiniz), ağ don daha çox kosmetika və qan izləri ilə ləkələnir. Təsadüfi deyil ki, ağ donları çox zaman zərif parçalardan tikirlər. Bu o deməkdir ki, onları yalnız əldə yumaq və ya kimyəvi təmizləməyə (ləkələrin təmizlənməsi üçün zərurət yarandıqda) vermək olar. Ləkənin təmizlənməsinə başlamazdan öncə, donun üzərindəki etiketlə tanış olun. Paltarı düzgün şəkildə təmizləməyinizə dair şübhə yarandıqda mütəxəssisdən soruşmağınız daha məqsədəuyğundur.

Ağ idman ayaqqabılarından (krosovkaların) ləkələrdən təmizlənməsi

Ağ idman ayaqqabıları sanki onların üzərində palçıq, ot və ya yarpaq izlərinin əmələ gəlməsi üçün yaranmışdır. Buna baxmayaraq, bu ayaqqabılar daha çox məktəbdə və ya idman sahəsində idman formasının mütləq elementi olur. Ağ idman ayaqqabılarında ləkələri tamamilə başqa cür təmizləyirlər. Ləkəni təmizləməyə başlamazdan öncə, idman ayaqqabılarının içindəki etiketdə qeyd olunan məlumatlarla tanış olun. Ayaqqabını palçıqdan təmizləmək lazımdırsa, o, tamamilə quruyanadək gözləyin və yumşaq tükləri olan fırça vasitəsilə ayaqqabının səthini təmizləyin. Daha sonra onları isti su ilə silin. Ehtiyatlı olun – çoxlu miqdarda su istifadə etməyin, əks halda ayaqqabı islana bilər. Daha sonra Persil yuyucu vasitəsindən istifadə edin. Sonda isə idman ayaqqabılarını bir daha fırça ilə təmizləyin və ya  dəsmalla təmizləyin. Yaxşıca yaxalayın. Zərurət yarandıqda, bu proseduru təkrarlayın.

Ləkələri təmizlədikdən sonra idman ayaqqabılarının içinə kağız salfetlər qoyun. Bu, ayaqqabılar quruyarkən, onların formasını qoruyub saxlamağa kömək edəcək. Ayaqqabıları ventilyator qarşısında da qoymaq olar. Beləliklə onlar daha tez quruyacaq.

Ağ paltarın ləkələrdən təmizlənməsi: mərhələli təlimat

Ağ cins, şort, şalvar və ya köynəyin ləkələrdən təmizlənməsi problemi ilə üzləşmisiniz? O zaman aşağıda qeyd edilmiş tövsiyələrə riayət edin.

  1. Ləkələri təmizləməyə başlamazdan öncə etiketinin üzərindəki məlumatlarla tanış olun.
  2. Parçanın rəngi və növünə uyğun olaraq Persil yuyucu vasitəsini seçin. Ağ və açıq rəngli paltarlar üçün Persil Vernel Təravəti, Persil Lavanda və Persil Yaz Təravəti vasitələri ideal seçimdir.
  3. Məhsuldan hansı miqdarda istifadə etmək üçün onun  üzərindəki məlumatla tanış olun.
  4. Paltarın etiketindəki göstəriciyə uyğun olaraq paltaryuma rejimini seçin.
  5. Ləkənin üzərinə yuyucu vasitə tökərək, öncədən ləkəni təmizləyin.
  6. Paltarı yuyun və yaxalayın
  7. Yuyulmadan sonra paltarın üzərində ləkələrin qalıb-qalmadığını yoxlayın. Zərurət yarandıqda, proseduru ən başdan təkrarlayın.

Ləkə təmizləyici vasitənin seçimi

Persil Vernel Təravəti yuyucu vasitəsi xüsusi olaraq ağ paltarların çirkdən təmizlənməsi üçün hazırlanmışdır. Ona görə də ağ paltarların ləkələrdən təmizlənməsi üçün digər vasitələrdən istifadə etməyə ehtiyac yoxdur. Heç bir halda paltarların təmizlənməsi üçün limon şirəsi və ya hidrogen peroksid kimi vasitələrdən istifadə etməyin, çünki onlar paltarın rəngini dəyişə bilər.

Ləkələrin öncədən təmizlənməsi

Ləkə növündən asılı olaraq bir neçə mərhələdə öncədən təmizləmə tələb oluna bilər. Müxtəlif mayelərdən, məsələn, şirə (və ya istənilən digər içki), qan və qırmızı çaxır ləkələrini üzərindəki maye tam hopana qədər təmiz parça bezlə qurulamaq, sonra isə tərs üzünə çevirərək su ilə yaxalamaq lazımdır. Yemək və ya yağ ləkəsi zamanı, ilk öncə, bərkimiş yemək qalıqlarını təmizləmək, daha sonra isə ləkə nahiyəsinə seçilmiş (birbaşa ləkənin üzərinə) müvafiq Persil vasitəsini əlavə edərək biraz gözləmək lazımdır. Lakin, bu cür vasitələrdən istifadə etməzdən öncə, paltarların üzərindəki etiketlə tanış olmaq lazımdır.

Çətin təmizlənən və ya köhnə ləkələr zamanı paltarları xüsusi yuyucu vasitə əlavə edilmiş ilıq və ya soyuq suda islatmaq olar.

Yuma və yaxalama

Ağ paltarı yumağa başlamazdan öncə, paltarın üzərindəki etiketdə istehsalçı tərəfindən təqdim olunmuş məlumatla mütləq tanış olmaq lazımdır. Zərif yuma tələb edən paltarlar üçün Laska vasitəsindən istifadə edin. Digər paltarları isə onlar üçün uyğun olan temperaturda yuyun.

Paltarların üzərindəki ləkələrin təmizlənib-təmizlənmədiyinin yoxlanması

Paltarlar yuyulduqdan sonra, paltar üzərində ləkə izlərinin qalıb-qalmadığını yoxlayın. Paltar üzərində ləkələr qaldığı zaman öncədən təmizləməni təkrarlayaraq, paltarınızı “çirklənmiş paltarların yuyulması” rejimi ilə bir daha yuyun.

Ağ paltarlar sizə  baş ağrısı deyil, sevinc bəxş etməlidir. Burada qeyd edilmiş tövsiyələrə riayət edin, qoy Sizin ağ paltarlarınız daima təmiz olsun!

Bizimlə əlaqə