Persil

Şokolad ləkəsinin paltar və parçalardan təmizlənməsi

Bir çoxumuz vaxtaşırı olaraq şokolad dadmağı sevirik, xüsusilə də uşaqlar. Lakin şirin bir sevinc, asanlıqla yayılmış palçıq ləkəsinə bənzər xoşagəlməz ləkələrə çevrilə bilər. Əgər şokolad ləkələrinin təmizlənməsi problemi ilə qarşılaşmışsınızsa, Sizə onları necə təmizləyəcəyinizə dair bir neçə tövsiyəmiz olacaq.

Şokolad ləkələrinin növləri

Şokoladlı dondurma, şokoladlı süd, şokoladlı sous, şokoladlı piroq – şokoladlı şirniyyatların siyahısını çox uzatmaq olar. Ola bilər ki, Siz paltarınızı ləkələrdən qorumaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Amma yenə də ləkələrin necə təmizlənməsini bilmək önəmlidir. Xoşbəxtlikdən, xoşagəlməz qəhvəyi ləkələrini təmizləmək elə də çətin deyil.

Şokolad ləkələrinin təmizlənməsi: mərhələli təlimat

Ləkəni təmizləməmişdən əvvəl, paltarın üzərindəki etiketdə qeyd edilən göstəricilərlə tanış olun. Daha sonra aşağıda təqdim olunmuş göstərişlərə riayət edin:

  1. Parçanın üzərini şokolad qalıqlarından təmizləyin.
  2. Paltarı tərs üzünə çevirin və çirklənmiş nahiyəni soyuq suyla yaxalayın.
  3. Parçanın növünə uyğun olaraq Persil yuyucu vasitəsini seçin.
  4. Yuyucu vasitədən hansı miqdarda istifadə etmək üçün vasitənin üzərindəki  miqdara dair məlumatı diqqətlə oxuyun.
  5. Paltarın üzərindəki etiket göstəricisinə əsasən müvafiq rejimi  seçin.
  6. Ləkələnmiş hissələri öncədən təmizləyin.
  7. Paltarı müvafiq temperaturda yuyun.
  8. Ləkə izlərinin təmizlənməsindən əmin olun.

Yubanmadan hərəkətə keçin

Şokolad ləkəsini parçadan tam təmizləmək üçün, ilk öncə, paltarı şokolad qalıqlarından təmizləmək lazımdır. Daha sonra paltarı tərs üzünə çevirərək ləkəni iç üzdən axar soyuq su ilə yuyun.

Yuyucu vasitənin seçilməsi

Yuyucu vasitəni parçanın növü və rənginə uyğun olaraq seçmək lazımdır:

  • Ağ və açıq rəngli paltarlar üçün Persil Vernel təravəti, Lavanda və Yaz təravəti
  • Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel təravəti
  • Zərif parçalar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə edin
Persil Vernel Təravəti hopmuş və ya qurumuş şokolad ləkələrinə effektiv təsir göstərir, lakin yumadan öncə ağardıcıdan istifadə etməyin mümkünlüyünü yoxlayın (Paltarların üzərindəki etiketdə qeyd edilən məlumatla tanış olun).

Ləkələrin əvvəlcədən təmizlənməsi

İlk öncə ləkəli paltarın yuyulma üçün müvafiq olduğunu yoxlayın. Geldən istifadə etdiyniz zaman Persil vasitəsindən kiçik miqdarda ləkə olan yerə əlavə edin və ehtiyatlı şəkildə onu, parçaya hopdurun. Daha sonra paltarı 15 dəqiqəlik isladın və vaxtaşırı olaraq parça üzərindəki çirklənmiş hissəni sürtün.

Yuma və yaxalama

Paltarın üzərindəki etiketlə tanış olun və paltarı müvafiq temperaturda yuyun. Yuma zamanı müvafiq Persil yuyucu vasitəsindən çox çirkli paltarlar üçün nəzərdə tutulmuş miqdarda istifadə edin.

Şokolad ləkələrinin tamamilə təmizlənməsindən əmin olun

Yumadan sonra paltar üzərində ləkə izlərinin qalıb-qalmadığını mütləq yoxlamaq lazımdır. Nəticə qənaətbəxş olmadıqda, yuxarıda qeyd edilmiş ardıcıllığı ən başdan təkrarlayın və (zərurət yarandıqda) Persil yuyucu vasitəsinin miqdarını, habelə paltarların islaqda qalma müddətini artırın.

Xüsusi növ paltar və parçaların şokolad ləkələrindən təmizlənməsi

Bir çox halda, yuxarıda təsvir olunmuş tövsiyələr köynək, şalvar və corablar üzərindəki ləkələrə qalib gəlməyə kömək edəcək. Əldə yumaq üçün nəzərdə tutulan paltarların (viskoz, yun, təbii və ya süni ipək kimi materiallardan) ləkələrdən təmizlənməsi üçün, Perwoll vasitəsindən istifadə edin.

Ağ paltarları şokolad ləkələrindən necə təmizləmək olar

Ağ köynəyi və ya şalvarı şokolad ləkələrindən təmizləmək istəyirsiniz? Ehtiyatsızlıq üzündən, sevimli şirniyyatınız ağ paltarınızda qəhvəyi ləkə kimi həmişəlik iz qoya bilər. Paltarın ləkədən təmizlənməsinin ən yaxşı üsullarından biri həmin maddənin sərt halına qaytarılmasıdır. Bunun üçün korlanmış paltarı plastik paketə yerləşdirin və donması üçün buzxanaya yerləşdirin. Daha sonra qaşıq və ya küt bıçaq vasitəsilə şokoladı parçanın üzərindən qaşıyın.

Bu üsulla şokolad qalıqlarından qurtularaq, yuxarıda göstərilmiş təlimatlara riayət edin.

Şokolad ləkələrinin çətin təmizlənməsi

Bəs şokolad ləkəsi hopmuş və ya qurumuş ləkəyə çevrildikdə nə etmək lazımdır? Bu problem, ilk baxışdan göründüyü kimi çətin deyil. Sirri çox asandır: paltarı isti suda isladın. Paltarı bir gecəlik Persil yuyucu vasitəsi ilə qarışdırılmış məhlulda saxlayın, növbəti gün isə onu yuyun. Lakin, paltarı əvvəlcədən islatmamışdan öncə, məmulatın etiketi üzərində yazılmış məlumatları diqqətlə oxuyun.

Əgər həyatınızda şokolad üçün yer varsa, ləkələr üçün də yer tapılar. Təsadüfi ehtiyatsızlığın sevimli paltarınızı həmişəlik korlamasına imkan verməyin! Yuxarıda qeyd edilmiş tövsiyələrə riayət etsəniz asanlıqla bu problemdən qurtula biləcəksiniz.

Bizimlə əlaqə