Persil

Şirə ləkələrini necə təmizləmək lazımdır

Təbii şirələrin tərkibindəki maddələr, sağlam qidalanmanın ayrılmaz bir hissəsidir. Uşaqların şirəni xoşlayaraq içməsi çox sevindiricidir. Yeganə problem ondan ibarətdir ki, uşaqlar üstlərini tez-tez batırır və siz gözünüzü qırpmağa belə çatmadan kiminsə köynəyi artıq ləkəli ola bilər. Bəs nə etmək olar? Aşağıdakı tövsiyələr sizə bu vəziyyətdən çıxmaq üçün kömək edəcək.

Şirə ləkəsinin növləri

Meyvə və tərəvəzlərdən biz istənilən şirəni hazırlaya bilərik, məsələn:

  • Üzüm şirəsi,
  • Limon suyu,
  • Kool-Аid içkisi,
  • Albalı şirəsi,
  • Quşüzümü şirəsi,
  • Kərəviz şirəsi,
  • Çuğundur şirəsi,
  • Çiyələk şirəsi,
  • Tomat şirəsi,
  • Alma şirəsi,
  • Nar şirəsi,
  • Kök şirəsi,

Meyvə və ya tərəvəz şirəsi olmasından asılı olmayaraq, ləkələrin təmizlənməsi üçün dərhal hərəkətə keçmək lazımdır.

Şirə ləkələrinin təmizlənməsi: ardıcıllıq

  1. İlk növbədə paltarın etiketində qeyd edilən məlumatla tanış olun.
  2. Paltarınıza müvafiq olan Persil yuyucu vasitəsini seçin (parça və rəng).
  3. Qurumuş və bərkimiş ləkə qalıqlarını təmizləyin.
  4. Ləkənin üzərini isladın.
  5. Seçilmiş Persil yuyucu vasitə ilə ləkəni öncədən təmizləyin.
  6. Məhsulun üzərində qeyd olunan məlumata uyğun olaraq, müvafiq miqdarda yuyucu vasitəsi istifadə edin.
  7. Uyğun paltaryuma rejimini seçin.
  8. Etiketdə qeyd edilən temperatura uyğun dərəcədə paltarları yuyun.
  9. Ləkələrin təmizlənməsindən əmin olun.

Yuyucu vasitə və ləkə təmizləyicinin seçimi

İlk növbədə, paltarınızın rənginə və parçanın növünə görə təhlükəsiz istifadə edə biləcəyininz yuyucu vasitəni seçin:

  • Ağ parçalar üçün Persil Vernel təravəti, Lavanda və Yaz təravəti.
  • Rəngli paltarlar üçün Persil Color və ya Persil Color Vernel təravəti.
  • Zərif parçalar üçün Perwoll xüsusi yuyucu vasitəsindən istifadə edin.

Öncədən təmizləmə

Ləkənin üzərində və ətrafındakı maye artığını təmiz ağ bezlə qurulayın. Paltarı iç üzünə çevirin. Axar soyuq su altında paltarı iç tərəfindən yuyun. Sonra paltarı düz üzünə çevirərək üzərinə Persil yuyucu vasitə əlavə edin. Bir neçə dəqiqə gözləyin.

Yuma və yaxalama

Paltarın üzərindəki etiketdə qeyd edilən maksimal temperatur göstəricisini yoxlayaraq bu temperatura uyğun dərəcədə paltarlarınızı yuyun.

Ləkələrin təmizlənməsindən əmin olun.

Yumadan sonra ləkələr təmizlənməyib? O zaman paltarları qurutmaya qoymayın. Bunun əvəzinə Persil yuyucu vasitəsindən suya əlavə edin və paltarı bir saatlıq bu suda isladın. Bəzi dayanıqlı ləkələr üçün islatma müddətini uzada bilərsiniz.

Şirə ləkələrinin xüsusi növ parçalardan və tekstil məmulatlarından təmizlənməsi.

Poliester, cins, və ya pambıq köynək və şalvardan şirə ləkələrini təmizləmək asan olsa da, təəssüf ki, digər əşya və parçalar da bu ləkələrə məruz qala bilər. Məsələn mebel örtüyü və süfrələr. Bunlardan bir çoxu üçün avtomatik yuma münasib sayılmadığı üçün, müəyyən hissələrin xüsusi Laska vasitəsilə təmizlənməsi tələb oluna bilər. Bunun üçün təmizləyəcəyiniz məmulatı yaxşıca isladın, yuyucu vasitəsən əlavə edərək yaxalayın. Sonra isə üzərini silərək qurulayın. Ləkələr təmizlənənə qədər təkrarlayın.

Ağ paltarlarda qırmızı şirə ləkələrinin təmizlənməsi

Qırmızı ləkələrin təmizlənməsi çətindir, xüsusilə də ağ paltarlardan. Ağ paltarlarınızı çiyələk və ya quşüzümü şirəsindən təmizləmək üçün tövsiyələrə ciddi şəkildə riayət edin. Nəzərə alın ki, qırmızı ləkələri təmizləmək üçün, öncədən təmizləmə və yuma prosedurlarını bir neçə dəfə təkrarlamaq tələb oluna bilər.

İlk növbədə bu ləkələr ümidsizlik hissi bağışlasa da, onları təmizləmək mümkündür. Əlbəttə ki, tələb olunan tədbirləri zamanında görməklə. Ləkələrin təmizlənməsi üçün burada qeyd edilən tövsiyələrə riayət edin.

Bizimlə əlaqə